Tarix: 05-12-2025 10:48 | Bölmə: Siyasət

Azərbaycan və Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı birgə layihələr həyata keçirə və bu istiqamətdə əməkdaşlığı gücləndirə bilər.
Bunu bu gün Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
İcraçı direktor xatırladıb ki, Medianın İnkişafı Agentliyi cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması üçün artıq ənənə halını almış sistemli tədbirlər həyata keçirir. Hər ilin dekabr ayında Azərbaycanda “Media savadlılığı” həftəsi start götürməsi bu sahədə maarifləndirmə işlərini daha da gücləndirir.
“Biz bu istiqamətdə də Gürcüstanlı həmkarlarımızla əməkdaşlıq etməyə, təcrübə mübadiləsi aparmağa hazırıq. Azərbaycan–Gürcüstan dostluğu və strateji tərəfdaşlığı yaşadığımız regionda nümunəvi əməkdaşlıq modelidir.
Bizim ilk forumumuz isə əlaqələrimizin media sahəsində də yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq”, - deyə o fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək