Tarix: 02-12-2025 22:40 | Bölmə: Siyasət

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəliblər.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-ləri yayıb.
Danışıqlardan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Michelin ulduzlu Moskva restoranlarından birində nahar ediblər, - bu barədə TASS agentliyi məlumat verib.
Danışıqlarda Ukraynada sülhün təmin olunması məsələsi müzakirə olunacaq. Gözlənilir ki, Donald Trampın xüsusi elçisi Rusiyaya Ukraynada sülhün əldə olunmasına dair yeni plan təqdim edəcək.
Kremlin mətbuat xidməti ABŞ-ın ilkin planını “sülh danışıqları üçün çox yaxşı əsas” adlandırmışdı, - “Kommersant” xəbər verir.
***
Rusiya prezidenti V. Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi S. Uitkoff və C. Kuşnerlə Kremldə görüşü başlayıb.
Rusiya KİV-ləri xəbər verir ki, görüşdə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edir.
***
Putin, Uitkoff və Kuşnerin görüşündə Ukrayna böhranının həlli, o cümlədən bu məsələyə dair ABŞ-ın təklifləri müzakirə olunur.
Reyting.az TASS-a istinadla bildirir ki, görüşün müddəti üçün dəqiq bir reglament yoxdur. Kremlin məlumatına görə, görüş “lazım olduğu qədər” davam edəcək. Orada qeyd olunurdu ki, Putin, Uitkoff və Kuşnerin Kiyev və Vaşinqton arasında sülhün əldə olunması yolları üzrə aparılmış danışıqlarda əldə edilən razılaşmaları müzakirə etmək imkanı olacaq.
Xatırladaq ki, Vaşinqton daha əvvəl Ukrayna nizamlanması ilə bağlı 28 bəndlik plan təklif etmişdi. Sənəd Kiyevin və onun Avropadakı tərəfdaşlarının narazılığına səbəb olmuş, onlar bu planı ciddi şəkildə dəyişməyə çalışmışdılar. 23 noyabrda ABŞ və Ukrayna Cenevrədə məsləhətləşmələr aparmışdı. Sonradan Tramp bildirmişdi ki, ilkin Amerika sülh planı Moskva və Kiyevin mövqeləri nəzərə alınaraq yenidən işlənib, yalnız bir neçə mübahisəli məsələ qalıb. O həmçinin qeyd edib ki, bəndlərin sayı 22-yə endirilib.

E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək