Tarix: 02-12-2025 13:14 | Bölmə: Siyasət

Barəsinddə həbs qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimlinin vəkilləri apeliyasiya şikayəti verəcək.
Reyting.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi açıqlama verib.
O bildirib ki, şikayətdə Səbail Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin ləğvi tələb olunacaq: “Bu məsələdə lazımi bütün hüquqi prosedurlar həyata keçiriləcək. Əli bəylə bağlı məhkəmənin qərarı dünən verilib və biz apelliyasiya şikayətini bu gün hazırlayıb təqdim edəcəyik. Apelliyasiya müraciəti məhkəmə qərarının dəyişdirilməsi və həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı olacaq”.
Xatırladaq ki, DTX trəfindən saxlanılan və dünən barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilən Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilir. O, Ramiz Mehdiyevlə əlbir olmaqda təqsirləndirilir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək