Tarix: 02-12-2025 10:43 | Bölmə: Siyasət

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş Assambleyasını keçirməyi planlaşdırır.
Reyting.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ADA Universitetində keçirilən "Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan AQEM-ə sədrliyi dövründə əvvəlki təcrübələrindən yararlanaraq liderliyini nümayiş etdirib:
"Təşkilat Azərbaycanın səyləri və üzv dövlətlərin dəstəyi ilə cəmi bir il ərzində özünün institusional inkişafı istiqamətində zəruri addımları atmağa və regionda etimadı artırmağa nail olub. Bu inkişafı göstərmək üçün üzv dövlətlərin yekdil dəstəyini qazanan AQEM-in Qadınlar Şurasının yaradılması üzrə tərəfdaşlıq təşəbbüsünü xüsusilə vurğulaya bilərik. Eyni zamanda, AQEM-in Maliyyə Sammitini təsis etmişik. Hər iki qurum gələcəkdə də təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək. Bütün bunlar göstərir ki, Azərbaycan sədrlik çərçivəsində öz iddialı məqsədlərinə nail olub".(Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək