Tarix: 02-12-2025 00:53 | Bölmə: Siyasət

Azərbaycan Ermənistanla münaqişənin başa çatmasından sonra iqtisadiyyatın və infrastrukturun inkişafına xüsusi diqqət yönəldib.
Reyting.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Brussels Signal" nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçmiş ərazi mübahisələri artıq tarixdə qalıb və gündəlikdə olan əsas prioritet genişmiqyaslı layihələrdir:
"Bu layihələr arasında Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı, Ermənistanı, İranı və Türkiyəni birləşdirəcək yol-dəmir yolu xətti Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilə bilər".
Onun sözlərinə görə, Bakı həmçinin Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsini təklif edir. Qaz tədarükü, həmçinin bərpaolunan enerji sahəsində birgə layihələr gündəmdədir. Bundan əlavə, qızıl və nadir torpaq elementləri üzrə geoloji kəşfiyyat imkanları da nəzərdən keçirilir.
“Biz müharibəni qazandıq, indi gəlin sülhü də qazanaq”, – deyə Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycanın əsas məqsədi regionda sabitlik, geniş inkişaf və ümumi rifahın təmin olunmasıdır.(APA)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək