Tarix: 03-06-2016 13:02 | Bölmə: Siyasət

"Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanınması haqqında 2 iyun 2016-cı il tarixli qətnaməsi bizi məyus etdi. Alman parlamentinin bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk".
Reyting.az xəbər verir ki, bu sözlər Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin bəyanatında yer alıb.
Bəyanatda daha sonra deyilir:
"Təəssüf edirik ki, Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya, erməni təbliğatına uyaraq, tarixə və faktlara əsaslanmayan siyasi və hüquqi baxımdan yanlış bir qərar qəbul edib. Regionda olan indiki həssas geosiyasi dövrdə alman hakimiyyəti bu məsələyə ehtiyatla və məsuliyyətlə yanaşmalı idi.
Bu səhv qərarın həm Türkiyə, həm Azərbaycan cəmiyyətlərinin Almaniyaya olan münasibətinə arzuolunmaz xələl gətirə biləcəyi bizdə narahatlıq doğurur.
Ümid edirik ki, bu yanlış addım Türkiyə-Almaniya müttəfiqlik münasibətlərini bərpaolunmaz vəziyyətə salmayacaq".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək