15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Keçmiş polis rəisi Prezident İlham Əliyevlə görüşmək istəyir - Səbəb
Tarix: 18-03-2019 12:50 | Bölmə: Siyasət

Keçmiş polis rəisi Eldar Quliyev Prezident İlham Əliyevə müraciət edərək onunla görüşmək istədiyini bildirib.
Reyting.az Eldar Quliyevin həmin müraciətini təqdim edir
“Möhtərəm cənab Prezident!
1983-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə dövlətçiliyə xidmət etmişəm.
Sonuncu təyinatım şəxsən Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Əli-Bayramlı (indiki Şirvan) şəhəri Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunmağım olub. Bu təyinatla bağlı əmr aldıqdan dərhal sonra sabiq daxili işlər naziri məni iş otağına dəvət edib təbrik etdi və bildirdi ki, ölkə Prezidenti mənə tapşırdı ki, onun adından sənə mühüm bir göstəriş verim. Nazir mənə qətlə yetirilən mərhum polis rəisinin qatilinə və havadarlarına qarşı heç bir güzəşt olmadan sonadək mübarizə aparmağı tapşırdı. Daha sonra sabiq nazir mənə bildirdi ki, bu göstərişi yerinə yetirəcəyin təqdirdə dövlət sonadək sənin arxanda dayanacaqdır. Beləliklə, bu şərtlə işə başladım. İlk gündən dönmədən ölkə Prezidentinin bu mühüm göstərişini heç bir güzəşt olmadan yerinə yetirməyə çalışdığım üçün böhtan, şantaj, provokasiyalara məruz qaldım. Hədələrin heç bir nəticəsi olmadığı üçün mənə yaxınlarım vasitəsi ilə fantastik təkliflər olunmağa başlandı. Bu da heç bir nəticə vermədikdə mənə qeyri-adi təkliflər olundu. Heç bir nəticə olmağını görən Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin sabiq başçısı və şəhərin sabiq prokuroru məni icra hakimiyyəti binasının qarşısındakı “besetkaya” dəvət edib açıqca dedilər: “Cavan oğlansan, bu boyda böyük şəhərin polis rəisisən. Mərhum polis rəisinin qətli ilə bağlı mühüm işlər müstəntiqinin və şəhər prokurorunun dedikləri kimi əməliyyat tapşırığına cavab ver. Daha sonra necə istəyirsən elə də işlə”.
Mən də onlara bildirdim ki, bütün dövlət tədbirlərində əlimdən gələn köməyi etməyə hazıram. Lakin mərhum polis rəisinin qətli ilə bağlı heç bir güzəşt olmadan qanunun tələbinə əməl edəcəyəm! Mövqeyimi öyrəndikdən sonra mənə qarşı daha şiddətli böhtan, şantaj, qarayaxma, qara piar kampaniyasına başladılar. Bir-birinin ardınca ölkə rəhbərliyinə böhtan dolu müraciətlər etməyə başladılar. Bu müraciətlərin həqiqətə uyğun olmaması DİN-nin yoxlama komissiyası tərəfindən hər dəfə tam təsdiq olunurdu. (23 dekabr 1994-cü il tarixli “Müstəqil qəzet”ində bu barədə tam ətraflı qeyd olunub).
Möhtərəm cənab Prezident!
Bütün bunlara baxmayaraq, mənə qarşı əsasız təzyiq və təqib davam etsə də, ən ağır şərtlər altında, hətta terror təhlükəsi ilə üz-üzə qalsam da, DİN-nin hospitalında müalicə oluna-oluna ölkə Prezidenti, Ulu Öndər Heydər Əliyevin adından sabiq nazirin mənə verdiyi göstərişi layiqincə yerinə yetirdim. Qatil haqq etdiyi ən ağır cəzaya məhkum edildi.
İndiki daxili işlər naziri, cənab Ramil Usubova da məlum göstəriş barədə məruzə etmişdim. O da mənim tutduğum mövqedə olduğunu bildirmişdir. Bununla yanaşı, mən üzərimə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlmək üçün gecə-gündüz yorulmadan çalışdım. Hətta 1994-cü ilin yekunlarına həsr edilən DİN-nin kollegiyasında Prezident Aparatının o zamanki Hüquq şöbəsinin müdiri, Prezidentin indiki köməkçisi, cənab Fuad Ələsgərov son çıxışında “Azərbaycanda cinayətkarlığa qarşı mübarizəni düzgün təşkil edən, vətənə, dövlətçiliyə sədaqətlə xidmət edən iki polis rəisindən biri Əli-Bayramlı şəhər Polis Şöbəsinin rəisi Eldar Quliyevdir”, -dedi. Kollegiyanın məlum iclasından sonra nazir cənab Ramil Usubovun əmri ilə rəhbərlik etdiyim Əli-Bayramlı şəhər Polis Şöbəsinin qabaqcıl iş təcrübəsi daxili işlər orqanlarında yayıldı. Bu tədbir nazirliyin orqanı olan “Mübariz keşikdə” qəzetində və 1995-ci ili fevralında dövlət televiziyasının “İnsan və Qanun” proqramı vasitəsi ilə ölkə ictimaiyyətinə çatdırıldı.
Məlum mart 1995-ci il hadisəsinin baş verməməsi, sülh və barış yolu ilə sona çatması üçün əlimdən gələni əsirgəmədim. Mənim amalım o idi ki, müharibə gedən ölkəmizdə milli birliyimiz pozulmasın, müstəqilliyini yeni əldə edən dövlətimiz sarsılmasın. Xidmət etdiyim Əli-Bayramlı şəhərində məlum hadisələr zamanı asayiş, siyasi sabitlik pozulmadı, heç bir qanunsuzluq qeydə alınmadı. Təəssüflər olsun ki, məlum qarşıdurmanın qarşısını almaq mümkün olmadı. Mərhum rəisin qatilini havadarları mart hadisəsinin baş verməsindən, və mənim qohumluq münasibətimdən məharətlə istifadə edərək hər tərəfdən mənə qarşı hücuma keçdilər. Yanlış, həqiqətə uyğun olmayan məlumatlara əsasən iştirakım olmadan 21 mart 1995-ci ildə tutduğum vəzifədən azad olundum. Bununla kifayətlənmədilər, 28 mart 1995-ci ildə rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetində barəmdə həqiqətə uyğun olmayan məqalə dərc olundu. Həmin məqalədə yazılan əvvəlcədən təşkil olunmuş iddialar 04 aprel 1995-ci il tarixdə dövlət televiziyası vasitəsi ilə də efirdə yayıldı. Mən bununla bağlı hər iki orqana təkzib vermələri ilə üçün teleqram ünvanladım. Lakin təkzib vermədikləri üçün mən də məcbur olub aprel ayında “Mühakimə” və “Müstəqil qəzet”də müsahibələr verib məlumatların həqiqətəuyğun olmaması, böhtan xarakteri olmasını bildirdim. Bundan sonra isə 1995-ci il mayın əvvəlində DİN-nin kadrlar üzrə nazir müavini Əsgər Ələkbərovun qəbulunda olduğum zaman bildirdi ki, cənab Bəylər Əyyubov mənə zəng edib dedi ki, “Kişi (yəni Prezident, Ulu Öndər Heydər Əliyev) deyib ki, Əli-Bayramlı şəhər Polis Şöbəsinin rəisi Eldar Quliyevin məlum hadisələrdə heç bir təqsiri, günahı olmayıb. O, dövlətə qarşı çıxmadı, bizə silah çevirmədi, barış mövqeyində dayandı, sülh yaratmağa çalışdı”.
Lakin təəssüflə qeyd edirəm ki, mərhum polis rəisinin qatilinin havadarlarının durmadan atdıqları şər və böhtanlar nəticəsində barəmdə edilən böhtan xarakterli müraciətlər məlum mart 1995-ci il hadisələri ilə bağlı yaradılan istintaq qrupuna göndərildi. Uzun müddətli mənasız araşdırmalardan sonra yalnız 1998-ci ilin yazında Baş Prokurorluq adından ölkə rəhbərliyinə məlum qrupun müstəntiqi, daha sonra isə qrupun rəhbəri olan Zahid Məhərrəmov tərəfindən geniş arayış göndərildi. Arayışda qeyd olundu ki, Əli-Bayramlı şəhər Polis Şöbəsinin sabiq rəisi Eldar Quliyev barəsində ünvanımıza daxil olan müraciətlər tam hərtərəfli yoxlanılıb araşdırıldı. Əli-Bayramlı şəhər Polis Şöbəsinin sabiq rəisi Eldar Quliyevin məlum mart 1995-ci il hadisələrində heç bir iştirakı, əlaqəsi olmamışdır. Araşdırma zamanı məlum oldu ki, Eldar Quliyev barəsində göstərilənlər qətiyyən həqiqətəuyğun deyildir. Eldar Quliyev polis rəisi kimi yerində olmuş, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmış, dövlətçiliyə sədaqətlə xidmət etmək üçün əlindən gələni əsirgəməmişdir.
Bundan sonra da hüquqlarımı bərpa etmək istəsəm də heç bir müsbət nəticə əldə olunmadı. Hər dəfə mənə xəbər göndərdilər ki, bu məsələ ölkə rəhbərliyi tərəfindən həll olunmalıdır. Bu görə də ölkə Prezidentinə dəfələrlə müraciət etdim, PA-nın hüquq şöbəsinin müdir müavini Aftandil müəllimin qəbulunda oldum. O, da mənim heç bir təqsirim olmaması ilə razılaşdı. Lakin hüquqlarımın bərpası üçün heç bir addım atılmadı. Ölkə Prezidenti, Ulu Öndər Heydər Əliyevin adından mənə söz verilsə də, dövlət mənim arxamda dayanmadı. Üstəlik, mən mətbuat və televiziya vasitəsi ilə qondarma ittihamlarla Cinayət Məcəlləsinin 6 maddəsi ilə ağır dövləti cinayətdə ittiham edildim. Ölkə Konstitusiyasının 46 və 63-cü maddələrində nəzərdə tutulan hüquqlarım pozuldu və tapdandı.
Beləliklə, məni anlamadığım bir siyasi burulğanın labirintinə salındım, ifadəmdən kənar şiddət, təqib və təzyiqlə üzləşdim. Bu proses bu günə kimi hələ də davam edir.
Möhtərəm cənab Prezident!
2004-cü ilin sentyabrında Siz humanist addım ataraq bütün ölkə vətəndaşlarına əl uzadaraq Azərbaycanda milli (2012-ci ildə isə siyasi) barış elan etdiniz! Bildirdiniz ki, kim məni dəstəkləsə şad olaram! Kim məni dəstəkləməsə, məsuliyyət onun üzərində qalır.
Mən Sizin bu humanist çağırışınızı eşidən elə ilk gündən müharibəyə cəlb olunan ölkəmizdə dövlətçilik və milli barış naminə bu gözəl təşəbbüsünüzü ən ağır şərtlər altında dönmədən dəstəklədim. Ədalətinizə güvəndiyim üçün bu gün də dəstəkləyirəm.
Bununla yanaşı, həmin gündən Sizin həyata keçirdiyiniz böyük həcmli layihələri, uğurlu siyasi və sosial islahatları bütün Prezident, parlament seçkilərində və referendumlarda dəstəkləmişəm. Ətrafımda sözüm keçən, nüfuzlu ziyalıları, sadə insanları da Sizin yeritdiyiniz siyasəti dəstəkləməyə çağırmışam.
Mən hər zaman olduğu kimi, bu gün də milli birlik və sabitlik, daha güclü və firavan Azərbaycanla bağlı təşəbbüslərinizi dönmədən dəstəkləyirəm. Bu məsələlərdə mövqeyim dəyişməz olaraq qalır.
Sizin ədalətinizə güvəndiyim üçün son 15 ildə ünvanınıza xəbərnaməli, eləcə də Prezident.az saytınıza yüzlərlə müraciət göndərmişəm, məni şəxsən qəbul etmənizi xahiş etmişəm. Bu gün də bir ölkə vətəndaşı, bu dövlətin qurulmasında əməyi olan, ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etmiş bir insanı şəxsən özünüz 20-25 dəqiqə qəbul edib dinləmənizi milli-siyasi barış, birlik və humanizm prinsipləri, ədalət naminə dinləmənizi Sizdən xahiş edirəm!
Hörmətlə,
Eldar Əmir oğlu Quliyev
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək