Tarix: 26-05-2016 14:41 | Bölmə: Siyasət

Milli Şuranın sədri Cəmil Həsənli və Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP lideri Əli Kərimli mayın 26-da Avropa Birliyi ölkələrinin şəfirləri ilə görüşüb. Görüş AB-nin Bakıdakı nümayəndəliyində keçirilib. Bu barədə AXCP sədri özünün feysbuk səhifəsində məlumat yayıb.
"Bu gün Milli Şuranın sədri professor Cəmil Həsənli ilə birlikdə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində, nümayəndəliyin başçısı xanım Malena Mardın təşkilatçılığı ilə Avropa Birliyinə üzv olan 20 dövlətin səfir və diplomatları ilə görüşümüz keçirildi. Görüşdə Azərbaycan-AB əlaqələri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri və digər aktual məsələlər müzakirə edildi. Olduqca maraqlı və səmərəli görüş oldu”, – deyə məlumatda qeyd olunur.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək