Tarix: 25-05-2016 20:25 | Bölmə: Siyasət
Sabiq millət vəkili Gülər Əhmədova yenidən siyasətə qayıdır.
Reyting.az Mia.azsaytına istinadən xəbər verir ki, G.Əhmədova bundan sonrakı fəaliyyətini Müasir Müsavat Partiyasında davam etdirmək istəyir.
MMP-dən sayta verilən məlumatda bildirilir ki, sabiq deputatın partiyaya gəlməsi üçün danışıqlar başlayıb. Hətta ilkin razılıq da əldə olunub və G.Əhmədova MMP-də önəmli post tutacaq.
MMP sədri Hafiz Hacıyev faktı təsdiqləyərək bildirib ki, Gülər Əhmədovanın MMP-yə gəlməsi real məsələdir: «Bu istiqamətdə danışıqlarımız olub. Hələlik söhbətimiz müzakirə ərəfəsindədir, ancaq nəticədə Gülər xanımın MMP-yə qoşulması müsbət hadisədir. Gülər Əhmədova Heydər Əliyev siyasi kursunun əsas fiqurlarından olub. Onun bizimlə bir yerdə olması önəmlidir. Düşünürəm ki, Gülər Əhmədova MMP sıralarında təmsil olunaraq, qardaşım İlham Əliyevin siyasi kursunu davam etdirəcək. Eyni zamanda, hakimiyyətdə olan mənfur qüvvələrə qarşı birgə mübarizə aparacağıq».
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək