Tarix: 07-12-2024 11:10 | Bölmə: Siyasət

"Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər".
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk müqaviləsini məhz Osmanlı dövləti ilə bağlayıb: "Həmin dövrdə millətimizin atəşdən köynək geyindiyi dönəm idi. Lakin bir-birimizə dəstəyi azadlıq mübarizəmizdən kənarda tutmadıq".
F.Oktay bildirib ki, mərhum Prezident Heydər Əliyevin “Bir millət, iki dövlətik” sözləri Türkiyə Azərbaycan əlaqələrinin ən səlis ifadəsidir: “Bütün sahələrdəki əlaqələrimiz iki dövlətin deyil, iki qardaşın arasındakı əlaqələr kimi güclü və sağlam irəliləyir. Bu birlik İkinci Qarabağ müharibəsində bir daha ən pik səviyyədə özünü göstərdi. Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağına inanırıq. 44 günlük müharibədən sonra yaranan bu şans Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək