15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...” - Açıqlamalar
Tarix: 07-10-2024 17:24 | Bölmə: Siyasət

Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb, general-mayor Quliyev Vilayət Bərxuda oğlu isə 2-ci ordu korpusuna komandir təyin olunub.
Bir neçə gündür ki, Mayis Bərxudarovun vəzifədən getməsi barədə ictimaiyyət arasında müxtəlif fikirlər səsləndirilir. Bəziləri bu hadisəni “Tərtər işi” ilə bağlı onun adının hallandırılması, bəziləri də mediada şərti olaraq "Beyləqan İşi" adlandırılan faciəvi olayda adının hallandırılması ilə əlaqələndirirlər.
Yeri gəlmişkən, bu gün Mayis Bərxudarov mediaya açıqlamasında (gununsesi.info) vəzifədən azad olunması barədə suallara cavab verib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".
"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına isə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.
Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mayis Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Bundan əvvəl isə 2016-cı il, aprelin 1–5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa savaşa qatılıb, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çox sayda qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib, sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mayis Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.
Müdafiə Nazirliyi sistemində baş verən bu dəyişikliklər yeni ordu modelinin formalaşması ilə bağlıdırmı? Deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?
Reyting.az xəbər verir ki, hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a mövzu ilə bağlı deyib ki, bu məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir: “Çünki mətbuatda, xüsusilə sosial şəbəkələrdə bəzi lazımsız müzakirələr gedir. Bu gün generallardan biri Mayis Bərxudarov özü də açıqlama verib ki, sərəncamdadır, “yeni təyinatın başını buraxın”. Əslində, tək Mayis Bərxudarovla bağlı deyil, 4-5 generalla bağlı qərar verilib, mənim şəxsən məlumatım var. Bir neçəsi sərəncama götürülüb, bir neçəsi yeni vəzifəyə təyin olunub. Bu, məndə olan çox ciddi məlumatdır. Gözləyirəm ki, Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini bildirsin, sonra fikir bildirək. Misal üçün, quru qoşunlarında müəyyən təyinatlar həyata keçirilib. Amma Mayis Bərxudarov yaşına, rütbəsinə görə ordudan tərxis olunmaq üçün uyğun deyil. Yaşı o yaş deyil, rütbəsi də general-leytenant kimi hələ bir neçə il xidmət edə bilər. Sərəncama götürüblər, ola bilsin ya quru qoşunlarında, ya da Müdafiə Nazirliyində vəzifəyə təyin olunacaq. Amma bu günə qədər mətbuatda adı çəkilən generallarla bağlı qərarlar verilib, yəqin ki, Müdafiə Nazirliyi açıqlayacaq. Hər halda gələn ilə qədər orduda xeyli yeni ştatlar, strukturlar yaradılır. O istiqamətdə Müdafiə Nazirliyi sistemində yeni adlar, yeni simalar görəcəyik. Bəli, Mayis Bərxudarov və digər generallar bir neçə gündür ki, yerdəyişmə və sərəncama götürülmə ilə bağlı qərarlara məruz qalıblar. Bərxudarovu uzun illərdir izləyirəm, o, Tovuz istiqamətində briqada komandiri olub, sonra isə döyüşlərin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində iştirak edib. Məlum “Tərtər işi” ilə əlaqədar həm Bakı Apelyasiya Məhkəməsində, həm də Sumqayıt Məhkəməsində zərərçəkənlər, təqsirləndirilən şəxslər bir neçə dəfə onun adını hallandırıblar. Onun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə Baş Prokurorluq, yaxud da İstintaq Komissiyası qiymət verib-verməyib, bilmirəm. Təkcə Bərxudarovun adı hallanmayıb, başqa generallar da var. Onu da deyim ki, “Tərtər işi”ndə adı hallanan generallardan bir neçəsi artıq yerdəyişməyə məruz qalıb. Onlar arasında generallar, polkovniklər var. Düşünürəm ki, yaxın saatlarda Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini açıqlayacaq. Ümumiyyətlə, Müdafiə Nazirliyi sistemində çox ciddi işlər görüləcək, yaxın aylarda biz bunu görəcəyik. Çünki hər şey ona doğru gedir”.
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov da mövzu ilə bağlı fikirlərini bölüşüb:
“Son günlər ictimaiyyətdə bu xəbərlər rezonansla qəbul olunur. Amma bunu normal qəbul etmək lazımdır. Quru qoşunlara yeni komandan təyin olundu, Hikmət Mirzəyev. Orduda müəyyən islahatlar aparılır. NATO standartına uyğun türk modelinə keçid prosesi başlayıb. Bərxudarovun yeri dəyişdirildi o, leytenant olan vaxtdan general rütbəsinə qədər, ömrünün bütün hissəsini döyüş bölgəsində keçirib. Türkiyədə təhsil almış zabitdir.
Aprel döyüşləri, 44 günlük müharibədə və antiterror əməliyyatında döyüşüb. Uzun illərdir mərkəzdən uzaqda xidmət aparır. Prezident tərəfindən ona general-leytenant hərbi rütbəsi verildi. “Qarabağ” ordeninə və sair adlara layiq görülüb. Onu hələlik sərəncama götürüblər, gələcəkdə hansı vəzifəyə təyin olunacaq, bunu Ali Baş Komandan bilər. Rotasiya ilə vəzifədən uzaqlaşan, general rütbəsi olan bir vəzifəli şəxslə bağlı qərarı Prezident verir. Mən Bərxudarov haqqında yalnız müsbət fikirlər bildirirəm. Çünki o, öz gücü ilə səngərlərdə yata-yata, əzab-əziyyət çəkə-çəkə general-leytenant rütbəsinə qalxıb. Bu, ali bir rütbədir. Hər zabitə də bu qismət olmur.
Üç korpus komandirini də rotasiya ediblər. Rotasiya prosesi olmalıdır. Bu ,ajiotajla qəbul olunmamalıdır. Çünki biz türk modelinə keçirik. Türkiyədə təhsil almış komandirlərimiz var. Yeni komandanın islahatları gedir. Bunu islahat kimi qəbul etmək lazımdır. Kiminsə vəzifədən çıxarılması kimi qəbul etmək lazım deyil. Güman edirəm ki, bu dəyişikliklər ordu islahatları ilə bağlı həyata keçirilir”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək