Tarix: 16-05-2016 14:25 | Bölmə: Siyasət

"AXCP və Müsavatda siyasi inkişaf olmadığı üçün əməkdaşlıq edə bilmirlər”.
Reyting.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S.Cəlaloğlu son günlər AXCP və Müsavat arasında əməkdaşlıqla bağlı aparılan danışıqlara münasibət bildirərək, hər hansı əməkdaşlığın mümkünlüyünə inanmadığını deyib: "O ideyalar ki, reallaşması mümkün deyil, bunları irəli sürmək və müdafiə etmək olmaz. Bu, xeyirdən çox ziyan gətirir. AXCP və Müsavat Partiyasının da ittifaq məsələsi real deyil”.
ADP sədri qeyd edib ki, hər iki partiyanın rəhbərliyində hərəkatçılıq əhval-ruhiyyəsi bu təşkilatların siyasi partiya kimi fəaliyyətə mane olur: "AXCP və Müsavat Partiyası hərəkatdan çıxmış insanlardan təşkil olunub. Ona görə də bu iki partiyanın əməkdaşlığı ilə bağlı hər hansı ideya gerçəkləşə bilməz”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək