15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qarabağın antropoloji baxımdan tədqiqinin əsas istiqamətləri...
Tarix: 19-07-2024 09:49 | Bölmə: Siyasət

Azərbaycanın Qarabağ bölgəsinin tarixinin və antropologiyasının öyrənilməsinə obyektiv yanaşma göstərir ki, Ermənistanın bu əraziyə iddiaları tamamilə əsassızdır və erməni milli şüurunda dərin kök salmış ekspansiya siyasətinin təzahürüdür. Təsadüfi deyil ki, Qarabağın dağlıq hissəsi, əsasən, XIX əsrin sonlarından, Qərbi Asiya və Qafqazın böyük bir ərazisinin mifik "Böyük Ermənistan" adı altında birləşdirilməsi ideyası irəli sürüldükdən sonra Ermənistanın iddia obyektinə çevrilib. Bu ideyanın güclənməsinə əsas təkan XIX əsrin əvvəllərində Qafqazın Rusiya imperiyası tərəfindən işğalı olub. Eyni zamanda, Qarabağ istər əhalinin etnik tərkibinə, istərsə də dövlət mənsubiyyətinə görə həmişə Azərbaycan ərazisi olub və Ermənistanla heç bir əlaqəsi olmayıb.
Azərbaycan-Ermənistan münasibətlərində mühüm amillərdən biri bu iki xalqın birgə yaşadıqları bölgələrdə psixoloji uyğunluq dərəcəsidir. Həmişə bu münasibətlərdə böhranlı dövrlərdə qarşılıqlı dözümsüzlük artır. Bunu 1905-ci, 1918-1920-ci illərdə və təbii ki, bu gün iki xalq arasında münasibətlərin ən faciəli dövrləri sübut edir. Əvvəllər göstərildiyi kimi, azərbaycanlılarla ermənilər arasında münasibətlərdə ən kəskin dəyişikliklər Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra baş verib. Azərbaycanlılara qarşı açıq ayrı-seçkilik siyasəti, ermənilərin İran və Türkiyədən köçürülməsi hər iki xalq üçün iz buraxmadan keçə bilməzdi. Erməni intellektual elitasının səyləri ilə etnik miflər və qərəzlər yaradıldı ki, bu da münaqişə potensialını artırdı. Münasibətlərin bu xarakteri dəyərlər sistemində, sosial normalarda və mənəvi mədəniyyətdə nəzərəçarpacaq fərqlərlə möhkəmləndi.
Bura əlavə etmək lazımdır ki, XX əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən hadisələr erməni ideoloqlarının səyləri ilə məqsədli şəkildə Azərbaycan xalqının üzərinə proyeksiya edilmişdir. Erməni ənənəsi əslində azərbaycanlıları və türkləri bir xalq hesab edərək eyniləşdirir, baxmayaraq ki, onların qədim etnogenetik və dil əlaqələri nəzərə alınmaqla iki müstəqil etnosu təmsil etdikləri məlumdur. Xüsusilə "düşmən azərbaycanlı" obrazı erməni ictimaiyyəti arasında XX əsrin 70-80-ci illərində intensiv şəkildə formalaşmağa başladı. Z.Balayan, S.Xanzadyan, S.Kaputikyan və başqalarının əsərlərində ermənilərin həyatında baş verən bütün mənfi hadisələrdə azərbaycanlılara qarşı açıq nifrət təbliğ olunurdu. Artıq həmin illərdə ermənilər azərbaycanlılara qarşı açıq şəkildə döyüşə çağırılırdı. Beləliklə, Qarabağ müharibəsinin sosial-psixoloji əsası yarandılırdı.
Qarabağın işğal edilmiş torpaqlarının azad edilməsi Azərbaycan üçün, onun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu qələbənin siyasi, iqtisadi nəticələri Azərbaycanın bütün sahələrində inkişafı üçün böyük perspektivlər açır. Bu perspektivlər sırasında təbii, iqtisadi, tarixi, mədəni baxımdan zəngin olan Qarabağ bölgəsində otuz il bundan qabaq məcburən dayanmış elmi araşdırmaların bərpa edilməsi və onların nəticələrinin Qayıdış Proqramının əhəmiyyətli hissəsi olmasıdır.
Heç şübhəsiz, ilk növbədə Qarabağ əhalisinin etnomədəni xüsusiyyətlərinin tədqiqi davam etdirilməlidir. Bu çoxsahəli zəngin irsi hərtərəfli araşdırmadan, onun tarixini və perspektivlərini yüksək elmi səviyyədə tədqiq etmək və müəyyənləşdirmək qeyri-mümkündür. Burada xüsusi yük ənənəvi etnoqrafiyanın boynuna düşür. Azərbaycan etnoqraflarının bu sahədə mühüm nailiyyətlərini nəzərə almaqla yanaşı qarşıda duran vəzifələri də nəzərə çatdırmalıyıq. İlk növbədə Qarabağ əhalisinin ənənəvi təsərrüfat mədəniyyətinin tədqiqinin davam edilməsi, bu mədəniyyətin xüsusiyyətlərinə təsir edən tarixi, mədəni, ekoloji amillərin aşkar edilməsi, tarixən formalaşan etnoslararası münasibətlərdə təsərrüfat fəaliyyətin yerinin və rolunun müəyyənləşdirilməsi qarşımızda duran mühüm vəzifələrdəndir.
Azərbaycan alimlərinin etnoloji və antropoloji tədqiqatları bir daha sübüt edir ki, Azərbaycan xalqının zəngin və özünəməxsus mədəniyyəti sistemində yüksək inkişaf səviyyəsinə çatmış sahələrindən biri də sənətkarlıqdır. Azərbaycanın zəngin təbii xammal ehtiyatı, əkinçilik və maldarlıq məhsulları qədim zamanlardan başlayaraq, müxtəlif sənət sahələrinin meydana gəlməsi üçün əlverişli şərait yaratmışdır. Bu baxımdan Qarabağ əhalisinin sənətkarlığın müxtəlif növlərində tarixən formalaşmış ənənələri mövcuddur ki, onların tədqiqinin davam etdirilməsi, bu ənənələrin formalaşmasında bu bölgədə qədim dövrlərdən yaşamış əhalinin mədəniyyəti ilə qırılmaz əlaqələrin müəyyən edilməsi vacib elmi problemlərdən hesab edilməlidir.
Etnologiyanın mühüm sahələrindən olan ailə-məişət münasibətlərinin yerli xüsusiyyətlərinin tədqiqi də Azərbaycan etnoloq və antropoloqlarının maraq dairəsinə daxil ola bilər. Şübhəsiz, Azərbaycan ailəsi də qədim zamanlardan bəri bəşəriyyət üçün səciyyəvi olan bu əsaslar üzərində qurulmuşdur. Tarixən mövcud olmuş ailə formaları, onların təkamülü, Azərbaycan ailələrinin quruluşu, onlarda mülkiyyət bölgüsü, ailədaxili qarşılıqlı münasibətlərin xüsusiyyətləri kimi problemlərin öyrənilməsini də etnoloqların əldə etdiyi mühüm nəticələr kimi qeyd etmək lazımdır. Qarabağ bölgəsində maraqlı elmi problemlərdən biri də məişət sahəsində tarixən mövcud olmuş etnoslararası münasibətlər sistemində davranış stereotipləri, mübadilə qaydalarının araşdırılmasıdır. Burada Azərbaycan xalqının başqa xalqlara münasibətdə tolerantlıq ənənələrinin tarixən formalaşması proseslərini izləmək həm elmi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edə bilərdi.
Müxtəlif elmi sahələrdə olduğu kimi Qarabağda etnologiya, sosial-mədəni antropologiya sahəsində aparılacaq elmi tədqiqatların mühüm tədbiqi əhəmiyyəti var. Bu ilk növbədə sosial-mədəni antropologiyanın praktik sahədə zəngin tarixə malik olması və bu gündə də dünyanın müxtəlif ölkələrində geniş tədbiq olunması ilə şərtlənir. 1941-ci ildən etibarən ABŞ-da "Tətbiqi antropologiya" jurnalı nəşr olunur və bu jurnalda tətbiqi antropologiyanın nəzəri və praktiki məsələləri geniş müzakirə olunur. Qeyd etmək lazımdır ki, elmi ədəbiyyatda tətbiqi antropologiya həyatın müxtəlif sahələrində konkret praktiki məsələlərin həllinə yönəlmiş məlum antropoloji biliklərin tədbiq edilməsi ilə və ya xüsusi metodların işlənib hazırlanması ilə məşqul olan sahə kimi tanınır. Başqa sözlə, tədbiqi antropoloqlar öz fənlərinin bilik, bacarıq və yanaşmalarından istifadə edərək insan problemlərinin həllinə yardım etmək və dəyişikliyə səbəb olmaqla məşğuldurlar.
II Qarabağ savaşının nəticələri Azərbaycan xalqının milli özünüdərkedilməsi prosesində, kimlik hissinin daimi bərqərar olmasında mühüm bir mərhələnin başlanması kimi dəyərləndirilə bilər. Bu baxımdan sosial-mədəni antropoloqlar qarşısında elmi nöqteyi nəzərdən çox maraqlı, eyni zamanda mürəkkəb olan qeyd etdiyimiz məsələlərin araşdırılması vacib vəzifələrdən hesab olunmalıdır. Xüsusilə, Qarabağdan məcburi köçkün olan insanlar arasında milli özünüdərkedilməsində baş verən mümkün transformasiyalar, bu əhalinin müxtəlif yaş, sosial qrupları arasında bu transformasiyaların dərk edilməsinin öyrənilməsi, onların doğma torpaqlara qayıdışına, "yeni"-"kohnə" yaşayış yerlərinə adaptasiyasına (uyğunlaşmasına) uğurlu reallaşdırılması proqramlarının işlənib hazırlanmasına yardım edə bilər.
İşğaldan azad olunan ərazilərdə bütün kənd, qəsəbə, şəhərlər tam dağılıb və bu da bərpa işlərinin uzunmüddətli və genişmiqyaslı olduğunu şərtləndirir. Amma eyni zamanda belə bir vəziyyət bərpa işlərinin yeni texnologiyaların tədbiq edilməsi ilə, memarlıq, infrastruktur, həyat təminatının müxtəlif sahələrinin yenidən qurulması ilə çox güman müşayiət olacaq. Burada xüsusilə ənənəvi mədəniyyətin müasir şəraitə uyğunlaşma prosesini qeyd etmək olar. Qeyd olunan mövzu həyat təminatı sistemində (məskunluq mühiti, təsərrüfat yönümləri, əməyə münasibət, qida mədəniyyəti) dəyişmə proseslərini və dünyaqavranmasını (inanclar, etnotarixi yaddaş, mərasimlər və ənənələr) əhatə edir. Bu baxımdan ənənəvi həyat tərzi, davranış stereotiplərilə innovasiyaların uzlaşması məsələsi xüsusilə diqqəti cəlb edir. İşğaldan azad olunan ərazilərə qayıdan insanların həyat ukladında (tərzində) dəyişikliklərin xarakterinin aşkar edilməsi, onların yeniliklərdən gözləntilərinin öyrənilməsi, bu proseslərlə etnik psixologiya arasında qarşılıqlı təsir dərəcəsinin araşdırılaraq üzə çıxarılması, təhlil edilməsi və bunların əsasında tövsiyələrin hazırlanması gələcək qayıdış proqramların işlənməsində istifadə oluna bilər.
Sosial-mədəni antropologiya sahəsində tədqiqatların perspektivləri Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafı ilə və bu inkişafda müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir. Dünyada aparılan bu istiqamətdəki tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, baş verən sosial-siyasi, iqtisadi dəyişikliklərin xarakteri müəyyən dərəcədə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrindəki etnomədəni xüsusiyyətlərlə şərtlənir. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi və tədqiqi Azərbaycanın inkişafının strateji istiqamətlərinin işlənib hazırlanması üçün tutarlı elmi baza kimi çıxış edə bilər.
Əliağa MƏMMƏDLİ,
AMEA Arxeologiya və Antropologiya İnstitutu, Antropologiya elmləri doktoru, professor
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun “Cənubi Qafqaza erməni köçü: xronikası, mahiyyəti” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək