Tarix: 10-05-2016 15:24 | Bölmə: Siyasət

"Biz hazırda özünü Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandıran tərəflərdən heç birini tanımırıq”.
Bunuhakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
"Əli Kərimli özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri elan edib. O partiya ilə bağlı böyük narazılıq yaranıb. O partiyanın üzvlərinin bir qrupu başqa bir nəfəri dəstəkləyir, onun ətrafında birləşiblər. Hər iki tərəf məhkəməyə müraciət edib. Məhkəmənin qərarından asılı olaraq qərar veriləcək. Bunların sənədlərində problem var ki, Azərbaycan məhkəmələri iddianı təmin etməyib. Ona görə də onlar Avropa Məhkəməsinə müraciət etmək istəyirlər. Hesab edirlər ki, Avropa Məhkəməsi bunların iddiasını təmin edəcək”,- S.Novruzov əlavə edib.
YAP funksioneri bildirib ki, hazırda AXCP məsələsində partiya anlayışından söhbət gedə bilməz: "Sadəcə, dərnəkdir. Ədliyyə Nazirliyi və məhkəmə onlardan hansını partiya sədri kimi tanıyacaqsa, fəaliyyətini davam etdirəcək. Tanımaq məsələsinə gəldikdə isə, biz heç birini tanımırıq”.
Report
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək