15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Blinkenin zəngi, yaxud forpostluğun diversifikasiyası
Tarix: 04-04-2024 13:24 | Bölmə: Siyasət

Okeanın o tayından edilən zəng Cənubi Qafqazda və qlobal geosiyasi dəyişikliklər fonunda bu həssas bölgə ilə sıx əlaqədə olan geniş bir ərazidə Azərbaycanın qəbul etmədiyi istənilən prosesin iflasa uğrayacağı reallığını bir daha ortaya qoydu.
Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı məlumatlar dəqiqləşən kimi, sağdan, soldan yayındırıcı bəyanatlarla sözçüləri və söz daşıyanları üzərindən, qafalarına görə, bizi “yola verməyə”, diqqətimizi yaxın və uzaq hədəflərindən yayındırmağa çalışırdılar. Nə imiş..., Ermənistanın ticarət tərəfdaşlarının diversifikasiyası, nə bilim daha nələr üzərindən müzakirələr aparacaqlarmış...
Bu “diversifikasiya” nə deməkdirsə, son zamanlar Ermənistanın və himayəçilərinin dilindən düşmür. Gah xarici siyasətlərini, gah təhlükəsizliklərini, gah silah və hərbi texnikalarını, gah da iqtisadiyyatlarını... diversifikasiya edəcəklərini deyirlər.
Dövlətlər də insanlar kimidir, qürurlusu, qürursuzu var. Bunlar, vaxtilə Azərbaycandan qoparılan bir ovuc torpaq üzərində özgələrin lütfü ilə “qurulan” dövlətlərini belə çoxdan diversifikasiya ediblər, olmayan ləyaqətlərini də Anait məbədindən götürdükləri nəsnələrlə birlikdə piştaxta üzərinə çıxarıblar. Proses millətlər və dinlər arası təfriqəçiliyin klassik daşıyıcısı olan bu rəzil tayfanın, pavlikian pozucularının Romadan qovulduqları zaman kəsiyindən üzü bəri davam etməkdədir...
...Kəsəsi, dünyanın ən qədim təfriqəçilərindən Cənubi Qafqaza sızmaq üçün təkrar istifadə etməyə çalışanlar, “Ermənistan” adlanan ərazidə yenidən bölücülük toxumlarını cücərtməyə cəhd göstərənlər, Brüsseldə keçiriləcək görüş ətrafında ən müxtəlif bəhanələrlə humanizm fonu yaratmaq istədilər, amma alınmadı... Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatıyla üç tərəfin bir, vahid planının bütün detallarını gün işığına çıxardı. Çarə uzaqdan-uzağa sapdırıcı bəyanatlar verənlərin başbiləninə, Birləşmiş Ştatların siyasi hakimiyyətinin de-fakto rəhbərinin Bakıya zənginə qaldı. Beləcə, özünü dünyanın hegemon gücü hesab edən ölkənin dövlət katibi Azərbaycan liderinə zəng edərək aprelin 5-də Brüsseldə keçiriləcəyinə ümid bəslənilən görüşlə və bütövlükdə Cənubi Qafqazla bağlı mövqelərini izah etməyə çalışdı...
Çalışdı, vəssalam!
Milli maraqlarından, haqlı, qürurlu və ləyaqətli duruşundan bir addım da olsun belə geriyə çəkilməyən Azərbaycanın mövqeyində isə hər hansı bir dəyişiklik baş vermədi...
Keçirilməsi planlaşdırılan ABŞ-Avropa İttifaqı-Ermənistanın görüşü ilə bağlı rəsmi Bakının mövqeyi, bu üçtərəfli oyuna “qırmızı don” biçənlərdən fərqli olaraq, kifayət qədər açıq və aydındır. Çünki həyata keçirilməsi planlaşdırılan ssenarinin detallarını çox yaxşı bilir və əsl niyyətin nədən ibarət olduğunu ən incə detallarına kimi göz önünə sərgiləməyi bacarır. Məqsəd 30 ilə yaxın Rusiyanın forpostu, plasdarmı olan Ermənistanın özünü diversifikasiya etməkdən və Fransanın avanpostuna çevirməkdən ibarətdir. Ermənistan üçün bu prosesin içərisində, sadəcə, plasdarmın ərazisi funksiyasını yerinə yetirmək missiyası nəzərdə tutulub. Zatən bu ölkəni dövlət gözündə görən bir kimsə də yoxdur. Ermənistanın siyasi hakimiyyətinin təmsilçiləri isə bu ssenarinin üçüncü və bəlkə də onuncu dərəcəli oyunçularıdır. Molla Nəsrəddinin məşhur lətifəsində deyildiyi kimi “suyunun suyunun suyu”...
…Bu prosesdə özünü “imperializmə qarşı mübarizənin öncülü” elan edən region ölkələrinin burunlarının ucunda baş verənlərə münasibətdə sükuta qərq olunmaları maraq doğurur. Konkret olaraq, İranı nəzərdə tuturam. Yeri gəldi-gəlmədi tarixi Azərbaycan torpaqlarına qanla “əkilmiş” “Ermənistan” adlı şər yuvasının sərhədlərini bəlağətli ifadələrlə özünün “qırmızı xətti” olduğunu bildirən Tehran, nədənsə ermənilərin İranın maraqlarının “qırmızı xətti” üzərində uzun müddətdir ki, necə atılıb-düşdüyünü izləməkdən başqa bir iş bacarmır. Və heç bir məntiqi izahı olmadan, klassik kin-kidurətinə, ədasına, hikkəsinə yenilərək, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışmaq istəmədiyini nümayiş etdirməyə çalışır. Halbuki məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin zəkası və qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti başahına bölgəni qan gölünə çevirmək, elə İranın özünü də ən yaxşı halda küncə sıxışdırmaq istəyənlərin oyunları pozulub. Amma bu reallıqlar uzun illər boyu Azərbaycan torpaqlarının işğalı üzərindən bölgəyə nüfuz etmək istəyənləri qane etmir, onlar Cənubi Qafqaza davamlı sülhün gəlməsində əsla maraqlı deyillər. Hədəf Cənubi Qafqazda ikinci cəbhə açmaq, buradan daha geniş bir əraziyə, bütün Qərbi və Mərkəzi Asiyaya bölücülük toxumu səpməkdən ibarətdir.
Təəssüf ki, yaxın tarixdə baş verənlərdən ciddi nəticələr çıxara bilməyən bəzi ölkələr hələ də Qərbdən üzərimizə səmum yeli kimi əsən və özüylə, bəlkə də on illər boyu davam edəcək qarşıdurmalar gətirən məkrli planların mahiyyətini dərk etmək istəmir və hələ də ikili oyunlarla hadisələrin epidsentrindən kənarda qalacaqlarını düşünürlər. Bu xüsusda rəsmi Tiflisin mövqeyi hələ də aydın deyil. Daha doğrusu aydındır, amma yanlışlıq limitinin sərhədləri üzərindən hərəkət edir. Bir addım o yana isə geriyə dönüşü olmayan proseslərin “dəhlizi” başlayır.
Ermənistanın isə “qum saatı” dolmaq üzrədir. Moskvadan verilən son bəyanatlar, indi sadəcə xəbərdarlıq xarakteri daşımır. Rusiya heç bir halda Ukraynada olduğu kimi gözləmə mövqeyində dayanmayacaq. Çünki vaxt tükənmək üzrədir.
Azərbaycan isə regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyini təmin edib və heç bir halda Ermənistanın yenidən dirçəlməsinə, regionda yeni münaqişə ocağının yaranmasına imkan verməyəcək.
Elçin MİRZƏBƏYLİ
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək