15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Kompas” səmtini azıb
Tarix: 17-03-2024 12:16 | Bölmə: Siyasət

Rəsmi Tehranın nəzarətində olan “Səhər” telekanalı Azərbaycana və türklüyə qarşı qarayaxma ruporudur
“Səhər” TV kimi İran İnqilabı Keşikçiləri Korpusuna (SE3A+) yaxın media qurumlarında Azərbaycanın siyasi müstəqilliyini şübhə altına alan videomaterialların yayılması mütəmadi hala çevrilib. 1992-ci ildə yaradılan, ölkə hüdudlarından kənarda da yayımlanan 20 elektron mediadan biri olan “Səhər” telekanalı anti-Azərbaycan missiyasını tək icra eləmir. Şimali Azərbaycanda dövlətçiliyin bünövrəsini sarsıtmağı, özünün məzhəbçi təbliğatı ilə insanlarımızın dini hissləri üzərində məkrli siyasətini təlqin etməyi hədəfləyən iki radio kanalı da fəaliyyət göstərir. Onlardan biri Təbrizdə (AZƏRİ M), digəri isə Ərdəbildə (ARAN FM) yerləşir. Onların əsas məqsədi Azərbaycan dövlətçiliyinə, Azərbaycan türklərinə qarşı təbliğat aparmaqdır. Öz rəiyyətinin taleyini zülmətə çevirən bu ölkənin media qurumları doğma torpağının azadlığı, haqq-ədalət uğrunda mübarizədə zəfər qazanmış dünyəvi Azərbaycana insan hüquqlarından, dindən, milli kimlikdən ağıl öyrətməyə girişirlər. Tehran rejimindən maliyyə dəstəyi aldıqları şübhə doğurmayan bu ideoloji terror şəbəkəsinin bölücü, təxribatçı “ideoloji qvardiya”sının öndə gedən zərbəçi dəstələrdən biri də, cənublu soydaşlarımızın öz aralarında “Zəhər televiziyası” adlandırdığı “Səhər” telekanalıdır. Əsas qayəsi Azərbaycan dövlətçiliyini, xalqımızı, milli-mənəvi dəyərlərimizi ləkələməkdən ibarət olan bu telekanalın efirindən hər cür hədyanlar eşitmək mümkündür.
“Panazərizm” ixtirası
“Səhər” telekanalında yayımlanan “Kompas” proqramında mənbəyi və adları bəlli olmayan “tarixi sənədlərə istinadla” danışan aparıcı Fəridə Bəqai Qafqazın milli kimliyini təhrif etmək, yaxud dəyişdirilmək cəhdlərinin ən azı yüz illik tarixə malik olduğunu ərz edir. “Avropalı yəhudilərin Azərbaycanda “pantürkizm”i, Sovetlər Birliyinin isə “panazərizm”i qurduğunu” iddia edən “araşdırmaçı-telejurnalist” bunları iki fərqli baxış kimi təsnifatlandırır. O, SSRİ dağılandan, bölgədə Qərbyönlü və “anti-şiə” hökuməti olan Azərbaycan Respublikası adında yeni hüquqi-siyasi vahidin formalaşmasından sonra “panazərizm” məsələsinin məhz Qərb tərəfindən idarə olunduğu fərziyəsini irəli sürür. Guya, məhz sionist Qərbin siyasəti nəticəsində “pantürkizm” və “panazərizm” bir-birinə uyğunlaşdırılıb. Daha çox daxili auditoriyaya hesablanmış “pantürkizm” və “panazərizm” tezislərini gündəmə gətirən “Səhər” TV bəs nədən “panfarsizm”in üzərindən sükutla keçir" dünki rejimin özünə potensial təhlükə mənbəyi saydığı 40 miylonluq Azərbaycan türkünün beynini zəhərləməyə xidmət edən “pantürkizm” və “panazərizm” moizələri şimaldakılar üçün deyil, məhz cənubdakı bu kontingent üçün düşünülüb. Keçmiş Fars imperiyasının qaranlıq səhifələrindən boylanan “panfarsizm” isə bugünki teokratik hakimiyyətdən ötrü o qədər də cəldbedici elmi-fəlsəfi, siyasi təmayül deyil.
Dostumuzu da tanıdıq, düşmənimizi də
“Pantürkizm” düşüncəsinin ilk dəfə avropalı yəhudilər tərəfindən ortaya atıldığını iddia edən aparıcı efirdən ərz edir ki, son illər Azərbaycan sionistlərə həddindən artıq yaxınlaşaraq, etnosentrizm bayrağı altında Qafqazın şiə və İslam kimliyini dəyişdirmək, tarixi-mədəni mirasını təhrif etməkdən ötrü səyləri daha da artırıb. Fəridə Bəqai deyir ki, apardığımız təhlillər müasir Azərbaycanda ötən əsrlərdən gəlmə yəhudi-millətçi ideyaların icrasının həyata keçirildiyini göstərir. Bu xüsusda “Kompas”ın aparıcısı təkcə peşə etikasını deyil, həm də siyasi həddini aşaraq İlham Əliyevin andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatını Azərbaycan üçün prioritet saydığını və azərbaycanlıların Türk dünyası ailəsinə mənsub olduğunu bildirməsini də sionizmə qulluq kimi təqdim edir.
Bəli, Azərbaycan İsraillə diplomatik əlaqələr qurub və iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bəlkə, rəsmi Bakı xarici siyasətini müəyyənləşdirərkən İranın Ali Dini Şurasından rüsxət istəməli idi? Qulaqlarınızı açıb yaxşı-yaxşı eşidin: Azərbaycan dövlətinin başçısı nəinki Tehranın özünə düşmən elan etdiyi İsraillə, hətta otuz il mübarizə apardığımız və sonda qalib gəldiyimiz işğalçı Ermənistanla da qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bəyan edib. Çünki, Azərbaycan bu məsələlərdə İİR kimi, dini-ideoloji cəbhədən deyil, çağdaş dünyanın getdiyi sivil yoldan, tolerantlıq platformasından çıxış edir. Bizim onlardan əsas fərqimiz də bundadır. Yaxşı, “Kompas”ın aparıcısı efirdən üfürdüyü növbəti hədyanının qarşılığında ikinci sualımıza cavab versin: Türk Dövlətləri Təşkilatında təmsil olunan Azərbaycan böyük Türk ailəsinin, Turan Birliyinin üzvü olmayıb da, dünyada terroru dəstəkləyənlərin siyahısında adı keçən farsdillilər blokunamı qoşulsun?
Torpaqlarımızın işğal altında inlədiyi həmin otuz il ərzində dostumuzu da tanıdıq, düşmənimizi də. İşğal dövründə fars-erməni ortaq işbirliyini, İsfahan tüccarlarının Qarabağda talançılıq fəaliyyətini, Tehrandan İrəvana uzanan hər çeşiddə yardım karvanlarını görsək də, abrımıza sığınıb susduq, qonşuluq münasibətlərini qoruyub saxlamağa, nə qədər çətin olsa da, məkrə səmimiyyətlə cavab verməyə çalışdıq. Amma haylara “qardaş” deyən yaşıl əbalı “diplomatlar” bütün bunları görməzdən gələrək dindaşlarını heçə saydılar. Bu azmış kimi, tez–tez İİR-in hərbi-siyasi, eləcə də dini rəhbərliyinin dilindən ölkəmizin və xalqımızın ünvanına aşağılayıcı, təxribat xarakterli, hədə-qorxu ilə “süslənmiş” bəyanatlar eşitdik. Daha bəsdir!
Qorxunun yaratdığı suallar
Tehran rejiminin ruporu rolunu oynayan “Səhər” TV-də ən müxtəlif formalarda ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı ultimativ çıxışların, digər tərəfdən isə Ermənistanla “qardaşlığı”n təşviqinin şahidi olduq. Belə hədyanların yaxın qonşuluq münasibətlərinə xələl gətirməsi bir yana, beynəlxalq hüququn, diplomatik etiketin elementar tələblərinin belə gözlənilmədiyi şəksizdir. İran gah Ermənistanın ərazi bütövlüyünü, gah da Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyünü bəhanə edərək açıq-aydın anti-Azərbaycan fəaliyyəti göstərdi. Əgər bu məsələlər, doğrudan da, Tehranı bu qədər narahat edirdisə, onda nəyə görə Azərbaycan ərazilərinin 30 il işğal altında qalmasına dözdü?
“Səhər” TV-də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin Ermənistanla Qarabağ arasındakı “dəhlizlə” müqayisəsi isə yumşaq desək, uğursuz diplomatik gedişin, xəbis siyasətin təzahürü idi. Naxçıvan Azərbaycan ərazisidir və öz ərazisinə maneəsiz yolu təmin etmək onun təbii haqqıdır. Ermənistan isə Azərbaycanın daxilində olan erməni icması ilə “maneəsiz keçidə” cəhd edirdi. Cənubdakı şovinist məmurlar, yəqin ki, bu fərqi bilməmiş deyillər. Proqramda yenidən sionizm mövzusuna qayıdan aparıcı tamaşaçılara belə bir sual ünvanlayır: “Bəs, bu cür təfriqatçı ideyaları irəli sürənlərin əsas məqsədi nə idi?”. Ardınca ritorik sualını verir: “Niyə Avropada inteqrasiyadan, Yaxın Şərq və İslam dünyasında isə parçalanmadan söhbət gedir? Bu separatçı ideyaların gerçəkləşməsində azərbaycanlıların rolu nədən ibarətdir?”.
Belə məqamda deyirlər: “Adımı sənə qoyum, səni də yana-yana”. Bir də ki, qorxunun yaratdığı suallara cavab verməyə hacət yoxdur. Əslində, İranın dərdi nə sionizmdir, nə də İsrail. Onun bir dərdi var: bölgədə özünün geosiyasi maraqlarını təmin etmək. Yəhudizm, sionizm kimi havadan qapılan mövzular isə əsl niyyəti və məramı pərdələmək üsulundan başqa bir şey deyil.
Bütün cəhdləriniz boşa çıxacaq!
Azərbaycanımızın dini və etnik zənginliyini heç cür qəbul edə bilməyən “Səhər” TV kimi məzhəbçi – təxribatçı media ruporları unudurlar ki, şiəsi, əhli sünnəsi, türkü, talışı, ləzgisi, tatı, yəhudisi, molokanı ilə biz bütöv bir xalq –azərbaycanlıyıq! Azərbaycanda heç vaxt məzhəb ayrı-seçkiliyi aparılmayıb və əslində, bu, mümkün deyil. Ən azı ona görə ki, bu Vətənin torpağı onun uğrunda canını fəda edən müxtəlif dinlərə və milli azlıqlara mənsubların qanları ilə yoğrulub. Şərə xidmət edən “Kompas”ın məqsədi isə sonadək ifşa olunacaq. Bilirik ki, “Səhər” TV-nin missiyası daxildəki casus şəbəkəsi vasitəsilə, guya, Azərbaycanda məzhəb probleminin olduğunu göstərmək, necə deyərlər, qaşınmayan yerdən qan çıxartmaq istəyidir. Buna imkan verilməyəcəyik və bu yöndə bütün cəhdlər boşa çıxacaq. Necə ki, dövlətimizin xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı, ayıq-sayıqlığı sayəsində fars rejiminə casusluq edən bütöv bir şəbəkə ifşa olundu. İndi ETTALAT tərəfindən zərərli, mövhumatçı dini təbliğatla beyinləri yuyulmuş, pulla ələ alınmış gerizəkalı şəxslər, Azərbaycan əleyhinə casusluq edən xəfiyyələr bir-birinin ardınca ələ keçirlər.
2023-cü il sentyabrın 20-dən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallığı hələ də həzm edə bilməyən İİR-in teokrat rejimi bundan o dərəcədə əndişələnib ki, az qala, bütün maraqlarının əlindən çıxdığını zənn edir. Tehran rejiminin yemlədiyi medianın, “Kompas” kimi səmtini azmış proqramların məkrli ideoloji siyasəti heç bir halda müsbət sonluğa çatmayacaq. Zamanın təkərini geri fırlatmaq istəyən rejimlərin, sistemlərin mövcud olduğu müddətdə bu mücadilə daim davam edəcək.
İmran BƏDİRXANLI
“Xalq qəzeti”, 17 mart.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək