15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sahibə Qafarova Özbəkistan parlamenti sədrinin birinci müavini ilə görüşüb
Tarix: 24-01-2024 16:44 | Bölmə: Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Reyting.az xəbər verir ki, Özbəkistan nümayəndə heyətini səmimiyyətlə salamlayan Milli Məclisin sədri, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib və qeyd edib ki, xalqlarımız dil, din, tarix, mənəvi cəhətdən oxşardırlar. Spiker, Özbəkistan nümayəndə heyətinin belə böyük və nüfuzlu tərkibdə ölkəmizə səfərinin də əlaqələrimizin yüksək səviyyəsinin daha bir göstəricisi olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan müstəqil, inkişaf edən və özünü təmin edən ölkələrdir. Ölkə başçılarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, onlar eyni baxışlara malik böyük dövlət xadimləridir. Onlar öz xalqlarının daha da inkişafına, tərəqqisinə xidmət edirlər. Spiker hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini qeyd edib.
Söhbət zamanı Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən söhbət açaraq, qanunverici orqanlar arasında münasibətlərin də yüksək səviyyədə olmasını, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. O, özünün Özbəkistana səfərlərini və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Ali Məclisin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovla görüşlərini məmnunluqla xatırlayaraq bildirib ki, bu cür qarşılıqlı səfərlər və müsbət dialoq münasibətlərimizin daha da genişlənməsinə töhfələr verir. Sahibə Qafarova parlamentarilərimizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA, MDB Parlamentlərarası Assambleya və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini bildirib.
Sahibə Qafarova Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamasından, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən və ölkəmizin öz suverenliyini tam bərpa etməsindən danışıb. Milli Məclisin sədri qeyd edib ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədən sonra özbək ictimaiyyətinin də böyük sevincinin şahidi olduq. O, işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistanın tikdiyi məktəbin xalqlarımız və dövlətlərimiz arasındakı doğmalığın bir nümunəsi olduğunu qeyd edib.
Milli Məclisin sədri təəssüf hissi ilə bildirib ki, hazırda dünyada mövcud olan ikili standartlar bir sıra ölkələrə qarşı ədalətsiz mövqeyin sərgilənməsinə gətirib çıxarıb. O, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etdikdən sonra bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatlarının Azərbaycana qarşı qərəzli münasibətinin təəssüf doğurduğunu nəzərə çatdıraraq, dost və qardaş xalqlar olaraq bu kimi hallara, ikili standartlara qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd edib.
Görüşdə, həmçinin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri deyib ki, bu seçkilər Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfədir ki, seçkilər Azərbaycan ərazilərinin hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçiriləcək. Ona görə də, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazılacaq və Azərbaycan xalqının, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində öz əksini tapacaqdır. Spiker vurğulayıb ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir və cənab Prezident İlham Əliyev xalqımızın və dövlətimizin daha da inkişafı və rifahı naminə öz işlərini davam etdirəcək.
Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidov göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, dost ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini söyləyib. O, dövlətlərimizin və xalqlarımızın oxşar tarixə malik olduğunu diqqətə çatdıraraq, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Akmal Saidov deyib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamışdısa, Prezident İlham Əliyev Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu isə həm də o deməkdir ki, Heydər Əliyev tərəfindən başladılan işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, dövlət başçılarımızın müəyyən etdiyi xəttə uyğun olaraq, parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Akmal Saidov Özbəkistanda ötən il keçirilmiş konstitusiya islahatları zamanı Azərbaycanın 2018-ci ildə bu sahədəki təcrübəsindən istifadə olunduğu barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Akmal Saidov Milli Məclisin sədrinə Özbəkistan və Azərbaycan alimlərinin birgə əməyinin bəhrəsi olan tarix və mədəniyyət sahələrinə dair kitablar təqdim edib. Bu kitablardan biri Azərbaycan, Özbək və İngilis dilində nəşr olunan "İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın ictimaiyyət tərəfindən qəbul edilmiş uğurları və nailiyyətləri" kitabıdır. Qeyd edək ki, kitabda ixtisasca hüquqşünas olan Akmal Saidovun ölkəmizin son 20 ildə əldə etdiyi uğurlarına dair beynəlxalq ekspert rəyinə yer verilmişdir. Burada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin və təhlükəsizliyin qorunması, davamlı iqtisadi artım, müasir infrastrukturun yaradılması, enerji müstəqillyinin təmin olunması, geniş sosial təminat proqramlarının həyata keçirilməsi, texnoloji tərəqqi və elektron hökumətə keçid və digər uğurlar təhlil olunmuşdur.
Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək