15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Pekin Qafqazda ən çox Bakıya etibar edir
Tarix: 23-12-2023 17:28 | Bölmə: Siyasət

Son illər siyasətçilər və beynəlxalq ekspertlər təkqütblü dünya erasının sona çatdığını, hazırda Sovet İttifaqının 1991-ci ildə süquta uğramasından bəri ən ciddi geosiyasi transformasiyaların getdiyini bildirir. Bu transformasiyanın, geosiyasi güc mərkəzlərinin yerini dəyişməsinin səbəbkarı və çoxqütblü dünya nizamını yaradan lokomotiv ölkənin birmənalı olaraq Çin olduğu düşünülür. Həqiqətən də son 20 ildə dünya iqtisadiyyatının əsas artım payı Çinin üzərinə düşür.
Dünya ölkələri supergücə çevrilmiş Çinlə isti, sıx münasibətlər saxlamağa, onun iqtisadi gücündən faydalanmağa çalışır. Amma heç də bütün ölkələrə belə münasibətlər qurmaq müyəssər olmur.
Azərbaycan isə rəsmi Pekinlə sıx siyasi və iqtisadi münasibətlər qurmuş ölkələr sırasındadır. Bu özünü ötən gün Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ilə də göstərdi.
“Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram”, - deyə Si Cinpin Azərbaycan prezidentinə xüsusi münasibətini məktubda vurğulayıb.
Çin Azərbaycanın Cənubi Qafqazdakı hakim siyasi-iqtisadi rolunu, artan iqtisadi qüdrətini, mühüm nəqliyyat-logistika yolları üzərində yerləşdiyini və enerji daşıyıcıları ilə zəngin olduğunu anlayır.
Ölkəmiz Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşıdır. 2022-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,2 milyard ABŞ dolları təşkil etmişdisə, bu ilin 9 ayında həmin göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz artıb və bu rəqəmlər artmağa davam edir.
Çox önəmli faktlardan biri ondan ibarətdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Həqiqətən, ölkəmiz istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba yüklərin daşınmasında vacib beynəlxalq haba çevrilib. Müasir hava limanları, magistral yollar, Bakı-Tbilisi-Qars kimi yeni dəmir yolu xətti və Ələtdə tikilən, ildə 25 milyon tona qədər yük çevirmə imkanı olan Bakı Beynəlxalq Ticarət Limanı Azərbaycanın daxili nəqliyyat infrastrukturunun tam hazır səviyyədə olduğundan xəbər verir. Digər tərəfdən, rəsmi Bakının tranzit daşımalarında əlverişli tarif siyasəti onu digər ölkələrdən cəlbedici şəkildə fərqləndirir.
Bu kontekstdə, Çindən Türkiyəyə, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutan, Çinin “Bir yol, bir kəmər” təşəbbüsünün tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ikitərəfli əməkdaşlıqda əhəmiyyətli yer tutur. Xüsusən, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycandan keçən bu nəqliyyat dəhlizinin əhəmiyyəti və rolu artıb.
Çin Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutunu Azərbaycandan keçdiyini yaxşı anlayır. Çünki məlumdur ki, Çindən Avropaya mallar göndərilməsi dənizlə orta hesabla 36 gün, Transsibir marşrutu ilə 20 gün, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, “Orta Dəhliz”lə isə cəmi 12 gün çəkir.
Çinin Azərbaycanla bağlı maraqları olduğu kimi, Azərbaycanın da Çinlə bağlı gözləntiləri var. Bu, iqtisadi sferada xüsusilə qabarıqdır. Azərbaycan Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsinin və texnologiyasından yararlanmaq istəyir. Bundan başqa, Çindən öz energetika, nəqliyyat və digər sahələrinə investisiya cəlb etməyə, Çinə daha çox məhsul ixrac etməyə maraq göstərir. Xüsusən də, “yaşıl enerjiyə” keçid dövründə Çinin günəş panelləri və elektrik mühərrikli avtomobil istehsalında dünya lideri olması faktı Azərbaycanın bu ölkə ilə təcrübə mübadiləsini aktuallaşdırır.
Si Cinpinin Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək sözləri bu kontekstdə həm də Azərbaycanın geostrateji önəmini bir daha isbat edir.
Amma Çin liderinin Azərbaycana münasibəti təkcə ölkəmizin mövqeyi, nüfuzu ilə deyil, həm də Azərbaycan prezidenti İlham Əliyev arasında yaranmış səmimi işgüzar münasibətlərdən qaynaqlanır. Dünya praktikasında sirr deyil ki, bir çox halda ölkələr arasında münasibətlərdə onların dövlət rəhbərləri arasında yaranan şəxsi münasibətlər önəmli rol oynayır. Şəxsi münasibətlər gərgin olanda bu ölkələr arasında əlaqələrə də dolayısı ilə sirayət edir, səmimi, mehriban münasibətlər isə əksinə, dövlət arasında yaxınlaşmaya ekstra pozitivlik verir.
Azərbaycan prezidenti İlham Əliyev Çin lideri Si Cinpinlə həm Çində rəsmi səfərləri zamanı, həm də beynəlxalq tədbirlər zamanı görüşüb. İki ölkə başçısı arasında həmin görüşlər zamanı səmimi münasibətlər yaranıb. Bu münasibətlərin ən bariz nümunəsi 2020-ci ildə dünyanı saran COVID-19 virusu zamanı özünü biruzə verdi. Azərbaycan ilk başlarda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdi və bu məsələdə Azərbaycana yardım edən yeganə ölkə Çin oldu. Prezident İlham Əliyev Çin sədri Si Cinpinə yardım ilə bağlı məktub yazmış, məsələyə dərhal cavab verilmiş və peyvəndlərin ilk həcmi - bir milyon doza Azərbaycana təqdim edilmişdi.
Bu amil Si Cinpinlə İlham Əliyev arasında səmimi dostluq münasibətlərinin ölkələrarası ilişkilərə pozitiv təsirinin sadəcə bir nümunəsi idi. İki lideri və ölkəni yaxınlaşdıran daha bir amil siyasi müstəvidə, beynəlxalq tədbirlərdə bir-birinə verdikləri dəstəklə bağlıdır. Çin Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyıb, rəsmi Bakı da Tayvan məsələsi kontekstində Vahid Çin konsepsiyasını daim dəstəklədiyini bildirib.
Azərbaycanın və Çinin bir-birinə siyasi dəstəyi fonunda xarici siyasət konsepsiyasında yeni geosiyasi “ağa” axtarışında olan Ermənistanın Hindistana yaxınlığı da diqqət çəkir. Azərbaycanın düşünülmüş, uzaqgörən xarici siyasət konsepsiyasından fərqli olaraq, spontan və situativ xarici siyasəti olan Ermənistanın Çinlə gərgin rəqabətdə olan Hindistana üstünlük verməsi onun siyasi konfuzu sayılmalıdır. Belə ki, Hindistanı öz geoiqtisadi prioriteti seçməklə Ermənistan Çinin “Bir yol, bir kəmər” təşəbbüsündən kənarda qalır. Bu təşəbbüsdən, “Orta Dəhliz” layihəsindən kənarda qalmaq isə regionun infrastruktur layihələrindən, nəqliyyat arteriyalarından kənarda qalan Ermənistan üçün iqtisadi tənəzzül deməkdir. Çünki özünə müttəfiq seçdiyi Hindistan həmin nəqliyyat layihələrinin yerinə ona alternativ təqdim edəcək iqtisadi gücdə deyil. Bu bir daha Azərbaycanın dünyanın əsas superdövlətlərindən biri olan Çinlə sıx siyasi və iqtisadi münasibətlər qurmasının müdrik addım olduğunu təsdiqləyir.
Geosiyasi səviyyədə bu gün dünya nizamı Altantik okeanı sahillərindən Sakit okean sahillərinə yönəlir. Yəni, dünyanın geosiyasi və geoiqtisadi ağırlıq mərkəzi ABŞ və Qərbi Avropadan Çinə və Cənubi-Şərqi Asiya regionuna doğru dəyişir. Asiya qitəsi “dünya fabriki” statusundan “dünya istehlakçısı” statusuna keçid edib. Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur ardınca digər ölkələri də aparır.
Son illərdə Çində çoxsaylı külək və günəş stansiyaları qurulub. Paralel olaraq, ölkə daş kömürü də ehtiyat enerji mənbəyi kimi əldə etməyə davam edir, 47 nüvə reaktorunun tikintisini aparır. Çinin iqtisadi hədəflərindən biri xarici ölkələrdən enerji daşıyıcılarından asılılığı azaltmaqdır.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı sürətlə inkişaf edir. Yaxın onilliklərdə Çinin ABŞ üzərində tam texnoloji üstünlük qazanacağı gözlənilir. Bu, Qərbin sanksiyaları altında olan Çinin “Huawei” şirkətinin çip istehsalına başlamasından tutmuş, “Boeing”ə dünya bazarlarında ciddi rəqib olacaq “C919” sərnişin təyyarələrinin istehsalına başlamasına qədər iqtisadiyyatın fərqli sahələrində özünü büruzə verir. Qərb Çinin istənilən texnoloji irəliləyişini intellektual mülkiyyət oğurluğu adlandıraraq sənaye casusluğu ilə əlaqələndirsə də, bu iddialar Çinin xeyrinə dəyişən siyasi-iqtisadi proseslərin qarşını ala bilmir.
Bu gün Avropa İttifaqında sənaye məhsulları sayılan kimya, elektronika, avtomobil sferalarında Çin şirkətlərinin dominant rola malik olduğunu görə bilərik. Dünyada günəş batareyalarının fərqli komponentlərinin istehsalında Çinin bazardakı payı 70-97 faiz arasında dəyişir.
Bu qədər böyük iqtisadi imkanlara malik ölkə ilə Azərbaycanın sıx münasibətlərdə olması təbii ki ölkəmiz üçün yeni perspektivlər açır.(Mənbə:APA)
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək