15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qır o zəncirləri, Paşinyan!
Tarix: 16-11-2023 09:05 | Bölmə: Siyasət

Deyəsən, ermənipərəst dairələr sülh müqaviləsinin özündən də dividend götürməyə çalışır
İrəvan özü də etiraf edirdi ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması yolunda əsas maneələrdən biri Xankəndidəki separatçı daşnak rejimi idi. Ona görə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələbinə uyğun şəkildə ərazimizi tərk etməyə tələsməyən Ermənistan ordusunun tör-töküntüsü və yerli silahlı quldur dəstələri davamlı olaraq təxribatlar törətməklə qarşılıqlı etimad mühitinin yaranmasını əngəlləyir, sülh danışıqlarını məntiqi sonluğa daşıyacaq sağlam məcraya yönəlməsinin qarşısını alırdılar. Nəhayət, səbri tükənən Azərbaycan bir sutka ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri ilə separatçı xunta rejiminə son qoydu. Bundan sonra sülhün perspektivi daha aydın və yaxında görünür. Çünki məhz rəsmi Bakı İrəvanın boynuna götürdüyü öhdəliyi özü icra etməklə, o səddi aradan qaldırdı.
* * *
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır gecikdirir. Prezidentin köməkçisi qeyd edib ki, 2023-cü il sentyabrın 11-də Azərbaycan Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağına ümid edərək ikitərəfli kanallarla sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə qarşı tərəfə təqdim edib: “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıq gecikdirir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur”.

H. Hacıyev paylaşımında daha sonra qeyd edib ki, sülh müqaviləsinin mətni nüvə fizikası deyil: “Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl bağlana bilər. Top Ermənistanın meydanındadır!”.
Bəli, ötürmə var və indi növbə İrəvanındır. Amma masaya əyləşib sülh sazişini imzalamasından ötrü Ermənistanın baş naziri Nikol Paşinyandan siyasi iradə tələb olunur. Zarafat deyil, hazırda o, iki milyon doqquz yüz min erməninin deyil, dünyaya səpələnmiş on milyona yaxın soydaşının tam diqqət mərkəzindədir. Bu prizmadan yanaşdıqda, fikrimizcə, 45 yaşlı Paşinyanın vəziyyətinə siz də qibtə etməzsiniz. Amma ortada Azərbaycanın yaratdığı reallıq və ədalət var. Hayastan lideri, nə qədər çətin olsa da, bu reallığın qarşısında daxildən və xaricdən boynundan sallanmış zəncirlərdən mütləq azad olmalıdır. O, təkcə, lobbili, diasporlu zəngin hayların deyil, həm də onu alətə çevirməyə çalışan Qərbin təsirindən yaxasını qurtarmalıdır. Onu da anlamalı və qəbul etməlidir ki, qarşıdakı sülh müqaviləsi Qərbin siyasi oyunları və saxta “dəstəkçi” səyləri nəticəsində deyil, Bakının hərbi və diplomatik addımları, İrəvanın isə komplekslərdən uzaq siyasi iradəsi nəticəsində mümkün olacaq.
* * *
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olmayan qüvvələrin əsl niyyətləri barədə yazmışdıq. Qısaca onu xatırladaq ki, həmin güclərin məqsədi bölgəyə sabitliyi və inkişafı gətirəcək sülh deyil, qarşıdurmanın, münaqişənin yenidən alovlanması və nəticədə buraya geosiyasi və hərbi nüfuzunu yeritməkdir. Bu mənada, həmin qaraguruha qarşılıq verən Azərbaycan həm də sabitliyə hamıdan çox ehtyac duyan Ermənistanın mənafeyinə xidmət etmiş olur. Bundan ötrü Bakı həmin Qərbin sağlam institutları ilə əməkdaşlıqdan imtina eləmir. Elə ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kaumanın (Finlandiya) və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksenin (Norveç) ölkəmizə səfərinə də bu kontekstdə yanaşmaq mümkündür. ATƏT nümayəndələri səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlərdə Bakının bu qurumda fəal iştirakının regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət əlamət olduğunu qeyd ediblər. Bildirilib ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının hazırda davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanına malik olduğu deyilən açıqlamada ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışladıqlarını vurğulayıblar. Nümayəndə heyətinin üzvləri, həmçinin, ərazilərin mina təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndiriblər.
Sonda sülhə tərəddüd edən rəsmi İrəvanın diqqətinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısındakı çıxışından bir sitatı çatdırmağı münasib sayırıq: “Ermənistan illərlə Türkiyənin torpaqları ilə bağlı xəyallar qurub, İkinci Qarabağ müharibəsində dərsini alıb, yerində oturub”.
Hesab edirik ki, Türkiyə prezidentinin bu fikirlərindən nəinki İrəvan, eyni zamanda, onu yerində dinc oturmağa qoymayanlar da nəticə çıxarmalıdırlar.
İ. HƏSƏNQALA
(“Xalq qəzeti” 16 noyabr)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək