15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Zatulin: “Bakı və İrəvan Rusiyanı regionda sıxışdırmaqda həmfikirdir”
Tarix: 01-11-2023 13:09 | Bölmə: Siyasət

“Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdirlər - Rusiyanı regionda sıxışdırmaqda”.
Reyting.az xəbər verir ki, bunu “Danışır Moskva” radiostansiyasına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
“Azərbaycan və Ermənistana gəlincə, əlbəttə ki, məsələ həll olunmayıb, çünki Azərbaycanın bütün ambisiyaları təmin edilməyib, regionda hər şeyə nail olunmayıb. Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdirlər - Qarabağla bağlı bütün hadisələr, Qarabağ müharibəsi və s. nəticəsində Rusiyanı regiondan sıxışdırıb çıxarırlar. Belə olan halda Paşinyan erməni xalqının şüurunu yenidən formalaşdıraraq Qərbdə müttəfiqlər axtaracaq və Rusiyaya qarşı nifrət yaradacaq”, - Zatulin əlavə edib.
Ermənistanın baş naziri Paşinyanın Tbilisidə Azərbaycanın baş naziri Əsədovla görüşündən də danışan siyasətçi bunu “görüşlərdən biri” adlandırıb: “Bu, Azərbaycan və Ermənistan arasında razılaşma şəklində tamamlanacaqmı? Müxtəlif proqnozlar var: ilin sonuna qədər yekunlaşacaq, ilin sonuna qədər yekunlaşmayacaq.
Məsələn, mən də başqaları kimi Türkiyənin Ermənistanla normallaşmaq üçün öz şərtlərini irəli sürdüyünü deyən türk mənbələrinin bəyanatına diqqət yetirdim ki, bunlar arasında Ermənistan ərazisindən keçən - Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizi, Qarabağdan və nəhayət “Erməni soyqırımı”nı pisləmək siyasətindən imtina var. İlk iki suala gəlincə, məncə, Paşinyan razılaşmağa hazır olardı. Üçüncüsünə gəlincə, Paşinyan bundan necə imtina edə bilər, əgər həqiqətən də bu, sülh müqaviləsinin imzalanması üçün şərtdirsə”.
Zatulinin sözlərinə görə, Paşinyanın siyasi karyerası üçün bu, (Uydurma soyqrımdan imtina nəzərdə tutulur-red.) Qarabağın təslim olmasından da pis olacaq, çünki o, artıq bunu izah edə bilməyəcək: “Qarabağa gəlincə, o, artıq Ermənistanda hamıya başa salır ki, Qarabağı ruslar təslim edib, hər şeydə günahkar Rusiyadır. Bizim bununla işimiz yoxdur, bütün məsuliyyəti öz üzərinə götürür. O, əslində Qarabağı müharibəyə atdı və Ermənistanı döyüşə səfərbər etməkdən imtina etdi. Özü də ötən il demişdi ki, bu, daxili məsələdir - Qarabağ Azərbaycanın bir hissəsidir. Amma belə çıxır ki, hər şeydə günahkar Rusiyadır”.
Sədr müavininin fikrincə, Rusiyanın günahı odur ki, o, yavaş-yavaş əvvəldən bəlli olana gəlir: “2018-ci ildə hakimiyyətə gələn Paşinyan Qarabağı təslim etməyə, Rusiya ilə yollarını ayırmağa gəlirdi. Uzun müddət Rusiyada belə bir təəssürat var idi ki, o, özünəməxsus şəkildə Ermənistanın vətənpərvəridir və hansısa məqsədlərə çatmağa çalışır, müttəfiqə hörmətlə yanaşılmalıdır və s. Müttəfiqə hörmətlə yanaşmaq lazımdır, lakin bu gün bu müttəfiqin kürsüsündə oturan kəs əslində sizin müttəfiqiniz deyil”.
Zatulin zaman-zaman azərbaycanıların üzləşdiyi faciələrdən, soyqırımdan, deportasiyadan söz açmır, amma Qarabağ ermənilərinin başına gələnləri “ədalətsiz” hesab edir:
“Nədənsə müəyyən mərhələdə əməl etməyə başladığımız xəttimiz sanki dayandı. “Ah, Paşinyan dedi ki, Qarabağ Azərbaycanın bir hissəsidir”. Paşinyan erməni xalqının Papasıdır? Onun bütün erməni xalqının, xüsusən də Ermənistanın heç vaxt rəsmi struktur kimi tanımadığı Qarabağın adından danışmağa haqqı varmı? Hələ sovet dövründə də aydın idi ki, ermənilərin Azərbaycan SSR tərkibində dözümlü şəkildə yaşaması üçün onların zəmanəti olmalıdır. Zəmanət statusdur. O, Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı. İndi isə statusdan söhbət getmir, Paşinyan bu problemi tamamilə aradan qaldırıb. Biz də onun ardınca getdik və razılaşdıq – bəli, biz də bu gün bu mövzu haqqında danışmırıq”.
Rusiyanın buna niyə razı olduğunu soruşduqda isə, ermənipərəst Zatulin deyib: “Çünki erməni xalqının rəsmən seçdiyi baş nazir Paşinyan bunu bəyan edib, biz ermənilərdən artıq erməni ola bilmərik. Bu yanaşma nəticəsində gözümüzün qabağında sülhməramlı kontingentimizin iştirakı ilə faktiki olaraq erməniləri Qarabağdan qovduq. Biz ora sülhməramlılar göndərdik, lakin onları aktivləşdirməkdən imtina etdik. Biz neçə ay dözdük ki, Azərbaycan Laçın dəhlizini bağladı. Azərbaycan hiss etdi ki, nə istəsə, edə bilər, istədiyini də etdi. Qafqazda başqa nə istəyirsiniz?”.
Rusiyalı deputat Bakının “Zəngəzur dəhlizi” adlanan ərazini aşacağını istisna etmir: “Bu, tamamilə mümkündür. Paşinyan Rusiya ilə münasibətlərdən faktiki olaraq imtina edəndə, bu, daha çox mümkündür. O, erməni xalqını dalana dirədir. O, bunu bir səbəbdən edir, çünki birincisi, çox oynayıb, ikincisi, Qərb əmisinin onu qiymətləndirib Ermənistanın Qaleiteri kimi saxlayacağını gözləyir”.
Zatulin Paşinyanın mövqeyinin Qərbə doğru olduğuna inanır: “Qoy ermənilər Paşinyanın nə qədər pis olduğunu və onu niyə qovmadıqlarını başa düşsünlər, çünki bu, onların məsuliyyət zonasındadır.
İkincisi, onlar bu addımı atmadılar, çünki Moskvadan Rusiyanın bunun tərəfdarı olduğuna dair aydın bir siqnal hiss etmədilər. Hər halda, məsələ buna yaxınlaşanda buradan siqnallar göndərilirdi. Biz özümüzü qorxutduq və vəziyyətin həqiqətindən yayındıq”.
E. KAMAL
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək