15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ananas sifətli diktator kokain və qadın düşkünü olub - Fotolar
Tarix: 22-10-2018 21:16 | Bölmə: Siyasət

Panamanın diktatoru Manuel Noryeqe narkotik alverçiləri ilə sövdələşməyə gedib və ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edib, eyni zamanda “Call of Duty” oyununun əsas mənfi personajlarından biri olub.
“Panama lideri narkotik alverçiləri ilə pozğun həyat sürüb: dəbdəbəli villalar, axşamlar gur musiqi sədaları altında kokain və spirtli içkilər qəbul edib, qədim silah kolleksiyası toplayıb”, - bioqraflar diktator Manuel Noryeqanın həyatını təxminən belə təsvir edir.
Çoxları hələ də baş sındırırlar ki, bu adam iki stulda necə otura bilib: bir tərəfdən, Amerika kəşfiyyatı və narkotiklərlə mübarizə üçün işləyib, digər tərəfdən Amerikanın sirlərini ABŞ-ın düşmənlərinə satıb, narkotik kartellərinə basqınlarla bağlı xəbərdarlıq edib.

1990-cı ildə Riçard Koster və Qilermo Sançes Borbon yazdıqları “Zalım hökmdarların illəri” kitabında diktatorların ikili təbiəti haqda da bəhs ediblər. Müəlliflər iddia edirlər ki, Noryeqa Kuba hökumətinin sirlərini ABŞ-a ötürüb, Fidel Kastro isə minlərlə Panama pasportu satmaqla, sonradan həmin şəxslərdən Kubanın gizli casusları kimi istifadə edib. O, həmin vəziyyətdən istifadə edərək yüz milyonlarla dollar toplayıb.
Xarabalıqdan diktatorluğa
Manuel Noryeqa Panamanın paytaxtı Panama-sitidə 1934-cü il fevralın 11-də anadan olub. Onun atası mühasib, anası aşpaz və paltaryuyan olub. Ailə kasıbların məskunlaşdığı məşhur Perrplen xarabalıqları rayonunda yaşayıb. Bu rayon prezident sarayından cəmisi 5 dəqiqəlik yol olan məsafədə yerləşir. Manuel məhz o vaxt yoxsulluqdan canını qurtarıb dəbdəbə içində yaşamaq arzusu ilə alışırdı.

Valideynləri öləndən sonra oğlanı böyütmək üçün ixtisasca müəllim olan xaç atası götürüb. O, təkid edirdi ki, Manuel məktəbi bitirib tibb kurslarına getsin.
Orada sosialist tələbələrlə tanış olur və onun üçün az miqdarda təqaüd təyin etdirə bilirlər. Bioqraflar iddia edirlər ki, lakin təşəkkür əvəzinə, o, Panama Sosialist Partiyasının planları barədə Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat verir.
Belə hesab edilir ki, məhz amerikalılar onun Peruda hərbi məktəbə daxil olmasına kömək ediblər. Limadan qayıdandan sonra karyera pilləkənində sürətlə irəli gedir. Latın Amerikasında hərbçilərin böyük avtoriteti və nüfuzu var. Noryeqa da bundan istifadə etmək qərarına gəlir.
Əsl uğuru 1960-cı illərin sonunda gəlib: O vaxtkı diktator Ömər Torrixosun diqqətini cəlb edib. Noryeqa tezliklə generalın köməkçisi olub. O, 1968-ci il hərbi çevrilişində iştirak edib. Ölkəyə rəhbərlik edən Torrixos Manuelə polkopvnik rütbəsi verir və hərbi kəşfiyyat və əks-kəşfiyyatın idarə olunmasını ona tapşırır. Noryeqa siyasi opponentlərini təqib edib, şayiələrə görə, ABŞ kəşfiyyatı ilə daha çox əməkdaşlıq edib.
Noryeqanın bioqrafları əmindir ki, Mərkəzi Kəşfiyyat İdarəsinə işləmək ona 10 milyon dollardan çox qazandırıb. Yeni vəzifə və Vaşinqtonla əməkdaşlıq nəticəsində Manuel varlı və nüfuzlu olur. Lakin bu, onun üçün az görünür.
Torrixos 1981-ci ildə müəmmalı şəkildə hava qəzasında ölür. Buna qədər 4 il əvvəl o, Panama kanalının tədricən Panamaya verilməsi üçün amerikalılarla razılığa gələ bilmişdi.

Hamisinin ölümündən sonra Noryeqanın hakimiyyətə yolu açılır: özünü general və Milli müdafiə qüvvələrinin komandanı elan edərək hüdudsuz hakimiyyət əldə edir və faktiki Panamanın diktatoruna çevrilib. O, tədricən hakimiyyətini möhkəmləndirib, öz namizədlərinə parlamentdə yer təmin edib. Amerika hakimiyyəti Noryeqanı Beynəlxalq Valyuta Fondunun hazırladığı iqtisadi islahatlar keçirməyə inandıra bilib. Yeri gəlmişkən, o bunu etmir: ölkənin əhalisi daha da yoxsullaşmağa doğru gedir. Latın Amerikası ölkəsinin lideri bunu vaxtında anlayır və ABŞ-dan üz döndərərək üzünü qonşu Mərkəzi Amerika ölkələrinə tərəf çevirir.
Noryeqa o zaman özünə hətta “güclü adam” ləqəbi də tapır, ancaq xalq arasında özünü doğrultmadı. Sifəti çopur-çopur olduğundan panamalılar ona “ananas üzlü” ləqəbi verirlər. Bu arada Noryeqanın narkotik alverçiləri ilə əlaqələri daha da möhkəmlənir.

Panama əzəldən narkotik dilerləri üçün yükboşaltma məntəqəsi və yeri hesab olunur. Buradakı yüzlərlə bankın heç biri çirkli pulları qəbul etməyə bilməz. Ölkənin hər bir lideri istər-istəməz bu biznesə cəlb olunub və Noryeqa orada daha fəal iştirak etmək qərarına gəlib.
Panamada kolumbiyalılardan yerli banklarda narkotik pullarının yuyulmasına görə haqq alınıb, dövlətin ərazisində daha çox yeni laboratoriya və yükboşaltma məntəqəsi yaranıb, kolumbiyalılar dafa fəal şəkildə Panama pasportları alıb, sonradan yeni sənədlə ABŞ-a gediblər.
Pul Noryeqanın cibinə çay kimi axırdı. Bu arada Amerika KİV-lərində diktatoru ifşa edən yazılar görünməyə başlayıb. O, buna görə cavab olaraq yalnız hökumət üzvlərini günahlandıraraq onları istefaya göndərib.
Noryeqa cəzalandırılmayacağına arxayın idi. Amerika hakimiyyəti də əvvəldə baş verənlərə göz yumurdu, ancaq sonra Panama diktatorunun həyasızlığı onları əməlli-başlı təngə gətirib. 1989-cu ilin yanvar ayında ata Corc Buş prezident olur. Ağ ev Noryeqa ilə haqq-hesab çəkmək qərarına gəlir.
ABŞ-la ikili oyun
ABŞ yaxşı başa düşürdü ki, Noryeqa ikili oyun oynayır, ancaq onları razı salırdı, üstəlik, digər Latın Amerika ölkələrində həmin dövrdə sol yönlülük yaranmışdı. Lakin ildən-ilə Panama diktatoru daha çox nəzarətdən çıxırdı. Vaşinqtonun səbri 1989-cu ildə tükəndi, o zaman Panama kanalının Panamaya verilməsi müddəti başa çatırdı. Noryeqa bu məsələdə daha inadkarlıq edərək sazişin şərtlərinə yenidən baxılmasını irəli sürərək, daha amerikalılara güzəştə getməkdən imtina edib.
Bu arada ölkə daxilində müxalifət yetişib. Müxalifətlə haqq-hesab çürütmək üçün diktator xüsusi bölmə yaradır. Xalq arasında “doberman” adlanan bu bölmələr müxalifət fəallarına amansız divan tuturdular. Liberal doktor Uqo Spadaforun həbsi son damla olub. Ona uzun müddət işgəncə verilib, sonra edam edilib.
ABŞ Senatı 1986-cı ildə qətnamə qəbul edərək Panamanı diktatoru devirməyə, ona korrupsiya, seçkilərin nəticələrinin saxtalaşdırılmasında, narkotik ticarəti və qətllərdə ittiham təqdim etməyə çağırıb. ABŞ Panamaya hərbi və maliyyə yardımını da dayandırıb. Ölkədə iqtisadi böhran başlayıb.
ABŞ-da hələ ki Noryeqa üzərində qiyabi məhkəmə gedəndə, o, Amerika əleyhinə sərt şüarlarla çıxış etməyə başlayıb. 1989-cu ildə Panamanın Milli Assambleyası ABŞ-a müharibə elan edib. Panama-sitidə silahsız Amerika əsgəri öldürülüb, daha biri yaralanıb, üçü isə həbs olunub. Bu hərəkət ABŞ prezidenti ata Corc Buşu Panamaya müdaxiləni elan etməyə vadar edib. Bu əməliyyat çoxlarının zəiflikdə günahlandırdığı Ağ ev sahibinin əlində idi. Buşun reytinqi Panamada əməliyyat başlayandan sonra bir anda artıb.

Amerikalılar tezliklə Panama ordusunu dağıdırlar. Diktator özü həbs olunmamaq üçün Vatikanın Panamadakı səfirliyinə sığınır. Amerikalı əsgərlər diplomatik missiyanın binasını mühasirəyə alıb xevi-metalın hitlərini yayıblar. Bu taktika uğurlu olub: Noryeqa 1990-cı il yanvarın 3-də amerikalılara təslim olub və Floridadakı həbsxanaya göndərilib.
O, ABŞ-da 40 il azadlıqdan məhrum edilib, ancaq ardınca müddət 30 ilə qədər azaldılıb, sonra onu hərbi əsir elan ediblər ki, bu da telefonla istifadəyə və qohumları ilə görüş üçün əlavə saat almasına imkan verib.
Panamada keçmiş diktatorun “sadist, zalım və pozğun” olması ilə bağlı söz-söhbətlər dolaşıb. "Call of Duty" oyunun yaradıcıları Noryeqanı baş antaqonistə çevirib. Belə ki, o, bir missiya ilə Mərkəzi Kəşfiyyat İdarəsinə terrorçu və narkotik ticarətçisi Raul Menedesin izlənilməsində və tutulmasında yardım edir, sonra əsas qəhrəmanlarını ələ verərək ona qaçmağa kömək edir. Noryeqa 2014-cü ildə oyun hazırlayanları razılığı olmadan onun mənfi qəhrəman obrazını yaratdıqlarına görə məhkəməyə verib. Məhkəmə şirkətin həmin tarixi şəxsiyyətin qondarma süjetdə təsvirinə tam hüququ olması haqda qərar çıxarıb.
1990-cı ilin iyul ayında Fransa Noryeqa və onun həyat yoldaşını bu ölkənin bankında narkotik ticarətindən əldə edilən 3 milyon dollar yumaqda günahlandırıb. Keçmiş diktatorun müdafiəçiləri iddia ediblər ki, bu pulu onlar Mərkəzi Kəşfiyyat İdarəsindən əldə ediblər. Nümunəvi davranışına görə Noryeqa ABŞ-da həbsxanadan vaxtından əvvəl buraxılıb və Fransaya ekstradasiya edilib. Onu burada da 7 il azadlıqdan məhrum ediblər. Keçmiş diktator 2011-ci ildə vətəninə qayıdıb, orada onu hakimiyyətdə olduğu illərdə insan haqlarını pozmaqda, qətl və korrupsiyada mühakimə ediblər.
Panama qanunlarına görə, yaşı 74-dən yuxarı olan insanlara cəzalarını ev dustaqlığında çəkmək razılığı verilib. Ancaq hakimiyyət Noryeqaya qarşı sərt mövqedə olub. O, yalnız 2017-ci ilin əvvəlində ev dustaqlığına buraxılıb. O zaman insult keçirən generalda beyin şişi aşkarlanıb.
Panama prezidenti Xuan Karlos Varela o zaman bildirib ki, Manuel Noryeqanın ölümü ilə bu ölkənin tarixinin bütöv bir fəsli bağlanıb və qohumları onu sakit şəkildə dəfn etməyə layiqdirlər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək