15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dəmiri isti-isti… - Vahid Qazi yazır
Tarix: 01-11-2022 14:34 | Bölmə: Vahid Qazi

Vahid Qazi
İsveçin “P2” radio kanalında qulağım tanış bir hava aldı. Qürbət eldə doğma musiqinin doğurduğu hissdən danışmayım, özümlə qalsın.
Dinləyirəm, amma sonacan kəsdirə bilmirəm - Qara Qarayevin “İldırımlı yollarla” baletidir, ya Fikrət Əmirovun simfonik muğamlarından biri? Radioya səs verib xəyallara dalmışam. Birdən orkestr 100 faiz əminliklə tanıdığım musiqiyə keçdi. Bu ki Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı rəqsdir! Beynim sanki yenidən oyandı. O bəstəkarlar öz əsərlərində Hacıbəyovun musiqisindən istifadə ediblərmi? Eşitməmişəm!
Dalağım sancdı. Konsertin sonunda… diktor əsərin və müəllifin adını deyəndə bildim nə məsələdir. Aram Xaçaturyanın “Qayane” baleti imiş!

İndi düşünüb durmuşam, Qarayev, Əmirov, o vaxtın başqa korifeyləri Moskva dərgilərində bir yazı yazıb, haray salıb Xaçaturyanın bu qədər açıq-aşkar oğurluğunu ifşa ediblərmi? Eləsəydilər, bu gün İsveç radiosu xəmiri bizim musiqi ilə yoğurulan əsəri erməni baleti kimi təqdim etməzdi.
Nə demək istəyirəm? Dəmiri isti-isti döyərlər! Vaxtında görülməyən iş sonra müşkülə çevrilir. İndi dünyanın ən məşhur orkestrlərində çalınmış o baleti kimə, neçə sübut edəsən ki, bu, oğurluq musiqidir…
Rusiyanın ermənilər üçün Xankəndidə oktyabrın 30-da təşkil etdiyi böyük mitinq 9 noyabr 2020-ci ildə sona çatdırılmayan işin fəsadıdır. Məsələ birdəfəlik həll olunmasa, Qarabağda sülh növbəti 30 ildə də olmayacaq.
Hələ də gec deyil, tarixi şans qaçırılmasın – Rusiyanın elə son iki ildə Xankəndidə elədikləri rus qoşunlarını işğalçı elan edib dərhal çıxarılması tələbini qoymağa bəsdir.
Yetər ki, ortaya iradə qoyaq – xalq kimi, dövlət kimi, hakimiyyət kimi…
Vahid Qazi
31 oktyabr, 2022
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Vahid QAZİ
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək