15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rus ordusu haqda mifin sonu - Vahid Qazi yazır
Tarix: 26-09-2022 18:32 | Bölmə: Vahid Qazi

Vahid Qazi
Rəşadətli rus əsgəri haqda rus tarix kitablarında yazılanlar, filmlərində göstərilənlər mifdir!
Bu mif rus əsgərinin qeyri-adi qəhrəmanlığına görə yaranmayıb. Əsgərinə dəyər verməyən, onu güllə ağzına cəmdək kimi atan rus dövlət rəhbərlərinin, ordu generallarının amansız əmrləri yaradıb bu mifi.
“Пушечное мясо!” Bu sözün birbaşa tərcüməsi “top yemi” olsa da, əsgərlərin kütləvi şəkildə mənasız ölümə göndərilməsi anlamında işlədilir.
Rusların sevimli sərkərdəsi Jukovun sözüdür: “Бабы новых нарожают”, yəni arvadlar yenilərini doğub-törədəcəklər. Onun hərbi istedadı yalnız əsgəri güllə ağzına atmağa çatırdı. Döyüşə iki əsgəri bir silahla göndərməklə qazanırmış qələbəni, sağ qalan ölənin silahını götürürmüş.
Deyilənə görə II Dünya Müharibəsi vaxtı rus komandanlığının öz əsgərlərini dirigözlü ölümə göndərməsi alman generallarını dəhşətə gətirirmiş. Elə odur ki, iki cəbhədə vuruşan Almaniya müharibədən 9 milyon itki ilə çıxdığı halda, SSRİ 27 milyon qurban verdi.
Stalin haqqında çox bəyəndiyim bir film var. Qızı Svetlananın dedikləri, real hadisələr əsasında İvan Passerin 1992-ci ildə çəkdiyi ”Stalin” filmini deyirəm.
Filmdə bir yer var – marşal Voroşilov Hitlerin hücum şokundan üç gün sonra ayılan Stalinə cəbhədəki vəziyyəti izah edir, xəritədə son durumu göstərir. Bütün cəbhə boyu ordunun bir hissəsi əsir düşüb, yerdə qalanlar qaçır. Bu yerdə Stalin “Beriya!!!” deyib bağırır. Beriyaya NKVD qoşunlarını cəbhəyə göndərməyi, qaçan əsgərləri yerindəcə güllələməyi əmr edir!

Ordunu qarşıda düşmən, arxada özününkülər əldə silah gözləyir. Belə şəraitdə düşmən tərəfə könüllü keçənlər də az deyildi. Almanlarla əməkdaşlıq edən general Vlasovun “Rusiya Azadlıq Ordusu”nda 500 minəcən əsgər və zabit varmış. Bu ordu rus-sovet əsirlərindən formalaşdırılmışdı.
“Бабы новых нарожают” ibarəsini rus hərb tarixinin bütün zamanlarına aid etmək olar!
Sən demə, Napoleon ordusunun Moskvaya qədər gəlməsinin səbəbi də rus əsgərinin döyüşdən qaçması idi. İndi məlum olur ki, fransızları geri oturtmağa çar I Aleksandra köməyə qıpçaq çöllərindən bugünkü qazaxların, qırğızların, tatarların, başqırdların ulu babaları at belində gəlibmişlər. Bunu qazax tarixçiləri Fransa arxivlərində tapılan sənədlərə əsaslanaraq, iddia edirlər. Rus tarixi isə bu haqda, təbii ki, susur.
Demək, Napoleonun aforizmə çevrilmiş “Rusu sıyırsan altından tatar çıxar” fikrinin əsasları varmış.
Tarix boyu rus əsgərini döyüşə iki şey aparıb – qorxu, bir də araq.
Qorxudan danışdım, indi rusların vodkasından deyim. Bir dəfə oxumuşdum ki, müharibə vaxtı hər əsgərin çörək, qənd kimi, araq norması da varmış, günə 100 qram, döyüşə gedənlərə 200 qram. O müharibədə yaralanan Salman babam sonralar deyirmiş ki, araq payını qəndə dəyişərmiş.
Bax o arağın spirtini bilirsiniz, nədən hazırlayırmışlar? Sibirdə “xalq düşmənləri”nə qırdırılan meşələrdəki ağac yonqarından. O zəhərin insan orqanizminə zərəri, xəstəliklərə, xüsusən korluğa səbəb olması isə ölkə, ordu rəhbərliyinin vecinə də deyildi.
Bunları niyə yazıram?
Rusiya prezidenti V.Putin səfərbərlik əmri imzalayandan sonra ruslar ölkədən kütləvi halda qaçmağa başlayıblar. Ayağı yer tutan Rusiya ilə sərhədi açıq olan ölkələrə üz tutur. Monqolustandan Gürcüstanacan.
14 il öncə Gürcüstana tankla girən ruslar bu gün ora sığınacaq yeri kimi pənah aparırlar!
Döyüşməmək üçün vətəndən kütləvi qaçmaq da varmış dünyada ən böyük ərazi işğal edən xalqın taleyində.
Bunları həm də ona görə yazıram ki, rus ordusu, rus əsgəri haqda bizdə də formalaşmış qorxunc obrazın mif olduğunu anlayaq – Xankəndi qarışıq Qarabağın rus işğalında qalan hissəsini də azad edə biləcəyimizə inanaq.
Və azad edək!
Vahid QAZİ
25 sentyabr 2022
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Vahid Qazi
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək