15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bir ədəbi nəsilin həzin nekroloqu...
Tarix: 25-04-2018 06:42 | Bölmə: Elnur ASTANBƏYLİ

Uzun sürən ölgünlükdən sonra yeni yüzilliyin ilk onilliyinin əvvəllərində Azərbaycanda qaynar, canlı bir ədəbi ortam yaranmışdı. Azad Yazarlar Ocağının (AYO) və onun nəşri “Alatoran” dərgisinin öncüllüyündə yeni yaradıcı simalar ortaya çıxmış, bu simalardan daha gənc, yenilikçi qələmlərin qoşulması ilə ədəbi proses fərqli yön və sürət qazanmışdı. Partiya və hökumətin hər cür dəstəyinə baxmayaraq, sovetdənqalma Azərbaycan Yazıçılar Birliyi (AYB) özünün ədəbi proses üzərində təsir imkanlarını tamam itirmiş, divarları kif qoxuyan bu qurumun əli ilə ədəbiyyatı dövlət nəzarətində saxlamaq mümkünsüzə çevrilmişdi. “Cin şüşədən çıxmışdı”: yeni çağın yazarları qollarında heç bir qandal, ağızlarında heç bir qıfıl istəmirdilər. Ki, doğru olan da bu idi.
Hər nə qədər kütlənin qulağını cırmaqlasa, camaat eşitməkdən xoşlanmasa da, uzun illər gizlədilməyə çalışılan ədəbi həqiqətlər ən sərt biçimdə dilə gətirilməyə başlamışdı. Sovet hakimiyyətinin onilliklər boyunca “böyük yazıçı”, “görkəmli şair” kimi təqdim etdiyi, ödülləndirdiyi, göz üstündə saxladığı adamların gerçək kimliyi, bədii çəkisi çılpaq şəkildə ortaya qoyulmağa başlanmışdı. Özəlliklə “60-cılar” kimi bilinən ədəbi nəsilin ədəbi prosesdə süni hegemonluğuna son qoyulmaqda idi. Hələ də yaradıcı ortamın tormozlayıcısı kimi çıxış edən, ədəbi ortamda hər şeyi öz kontrollarında görməyə alışmış və bunun əksini hətta düşünmək belə istəməyən bu ədəbi nəsilin “toxunulmazlığı” faktiki olaraq, başa çatmışdı. İndi yeni ədəbiyyat onların iradəsindən də, idarəsindən də (AYB) tamamilə kənarda yaranırdı.
Bu sətirləri yazdıqca ağlıma gəlir: əslində 2000-ci illərin ədəbi mənzərəsini ümumiləşdirmək, bu gün, təqvim yeni yüzilliyin ikinci onilliyinin sonlarına yaxınlaşarkən necə də rahat və asandır. Osa yuxarıda sadaladıqlarımın hər biri çox çətin, ağır şərtlər altında mümkün olmuşdu. Yeni yaradıcı nəsilin qarşısında güclü bir tərəf vardı. Maddi inkanları bir yandan, kürəklərində dövlətin əli, yaxalarında son yarım əsrdə gəlib-getmiş bütün hökmdarların orden-medalları, şar kimi üfürülərək şişirdilmiş tərcümeyi-halları, televiziya kanalları, qəzetlər, ən əsası isə az qala onlardan başqa şair, yazıçı tanımayan, hətta tanımaq belə istəməyən, boz kütlə!
Belə bir durumda uğur qazanmaq asan deyildi, nə isə ki, bir ovuc azad ruhlu yazarın qorxmaz və yorulmaz səyləri, inadı və israrı sayəsində həqiqət parladı.
Azərbaycan ədəbiyyatı öz tarixində bəlkə də (hətta bəlkəsiz də!) heç vaxt olmadığı qədər asudə bir nəfəs aldı, çiyinlərindəki ağır və mənasız yüklərdən, yasaqlardan qurtulmağın məmnunluğunu yaşamağa, onu buxovlayan əskimiş klişelərdən qurtulmuş, yeni ətə-sümüyə bürünməyə başlamışdı.
Üstəlik, artıq cəmiyyətdə də dəstək yaranmaqda, hətta artmaqda idi – baxmayaraq ki, indinin özündə də cəmiyyətin mədəniyyət və ədəbiyyatla gerçəkləri öyrənmək, müdafiə etmək sarıdan həssaslığı ürəkaçan səviyyədə deyil. Hələ də sovet düşüncə sisteminin məhsulu olan süni, əldəqayırma “dühalara” bir heyranlıq, bir tapınma söhbət mövzusudur. Ürəkağrıdıcı bir gerçəklikdir bu.
Və gələk əsas məsələyə: nədir ədəbiyyat tariximizdə bu qədər şanlı işlərə qol qoymuş 2000-cilərin faciəsi?
Bu ədəbi nəsil “60-cılar” barədə bütün həqiqətləri çılpaqlığı ilə ortadan qaldırdıqdan sonra nə yazıq ki, sanki onların izindən yürüməyə başladı. Onlara xas olan karyerizm və komfortizm xəstəliyinə yoluxdu. Yeni yüzilliyin ilk onilliyinin başlarından etibarən 2000-cilərin cəsarətində, açıqgörüşlülüyündə sınma, qırılma yarandı. Bu ədəb nəsilin nümayəndələrinin çoxu, lap elə, 60-cıların əksər nümayəndələri kimi, hakim siyasi gücsüz, bu hakim siyasi gücün tanıdığı maddi imkanlar və imtiyazlarsız yaşamağın qeyri-mümkünlüyü qənaətinə gəldilər birdən-birə, həm də sanki bir-birlərinin ağızlarına tüpürübmüşcəsinə. Bəli, onlar ağır sosial-iqtisadi şəraitdə yaşayırdılar. Evsiz idilər, işsiz idilər, pulsuz idilər, qəpik-quruş qonorar müqabilində qəzet köşəsinə sığınmışdılar. Özlərini istedad və intellekt baxımından topluma qəbul etdirsələr də, ancaq kütlələr bu adamları layiqincə qiymətləndirmək bacarığına da, imkanına da sahib deyildi.
Hər şey isə ona gətirib çıxardı ki, bir vaxtlar haqlı, gərəkli təftişçiliklə məşğul olaraq, “60-cılardan”, ümumiyyətlə isə sovet dövründə yetişmiş nəsillərə münasibətdə onların hər birindən yaradıcılıq və şəxsiyyət anlamında tamlıq, bütövlük tələb edən “2000-cilər” və onlara ruh, ilham vermiş “90-cılar”ın azad, cəsarətli simaları üzləşdikləri inanılmaz dərəcdə ağır maddı sıxıntılardan çıxış yolunu ölkə həqiqətlərinə susmaq bahasına da olsa, hakim gücə sığınmaqda gördülər. Əslində proses qarşılıqlı baş verirdi: Azərbaycanda onun nəzarətindənkənar heç nə və heç kimin olmasını istəməyən hakimiyyət də artıq cəmiyyətdə imza kimi qəbul edilən adamları öz kontroluna çəkməkdə maraqlı idi. Bu adamlarla bağlı iki arzu vardı: ya onları ənənəvi yaltaqların cərgəsinə qatmaq, onlardan yeni anarlar, elçinlər, fikrət qocalar düzəltmək, ya da – yəni bu mümkün olmadıqda da heç olmasa, onların ağzını mumlamaq, onları “çanaqlarına çəkilməyə” məcbur etmək. Nəticədə hər iki arzunun meyvələrindən dadmağı bacardı hakimiyyət. Bir zamanlar qorxusuz şəkildə yazan və danışan adamlar tədricən qeyb oldular. İllərlə “60-cıları” ədəbiyyatın maraqlarını sarayın mənafelərinə satmaqda günahlandıranlar indi eyni yoldan yürüməyə başlamışdılar.
Yeni yüzilliyin ilk onilliyində yaxşı mənada tarix yazan bir ədəbi nəsil artıq ikinci onillikdə bunun əksi ilə məşğul idi: yazdıqları tarixi qaralamaqla!
Nəticə ortadadır: bu gün onların Azərbaycanın taleyüklü məsələlərinə münasibəti (daha doğrusu, münasibətsizliyi!) münasibətsizliyi ilə bir zamanlar üsyan və ifşa etdikləri sovetdənqalma karyerist və komformist şair-yazıçıların münasibəti arasında nə fərq var? Hətta az qala Elza Seyidcahanın saç düzümünə də səssiz qalmayan, mövqe bildirən bu nəsil nümayəndələri nə yazıq ki, məmləkətin bu günü və gələcəyi ilə bağlı mövzularda ən yaxşı halda səssizdirlər, heç dəxli də yoxdur ki, bunun səbəbi nədir: indi hakimiyyət KİV-lərindən aldıqları yaxşı maaş, yaxud qonorarmı, hökumət qrantlarından bəslənmələr və ya onun hansısa qurumlarından, yüksək post sahiblərindən umacaqlarımı, yoxsa gələcəklə bağlı hansısa təmənnalarmı, AYB-nin təqaüdlərimi, mənzil vədlərimi? Səbəbi nə olursa olsun, 2000-cilərin bir zamanlar başqalarına yönəlik (həm də haqlı, lazımlı!) qınaqları, tənqidləri indi özləri barədə eşitməli olmaları həqiqətən faciəvidir. Təbii ki, kimsə acından ölməli deyil. Ancaq kimsə bir qarın çörəyin müqabilində həqiqəti söyləməmək, yazmamaq öhdəliyi götürməli də deyil. Kimsə onlara iş, qonorar-maaş təklif edənin bunun qarşılığında onun düşüncələrini buxovlamasına da icazə verməli deyil. Bəli, hətta əlli il öncə ilə müqayisədə belə, yaşam şərtləri çox ağırdır, hətta qatbaqat ağırdır, bioloji olaraq sağ qalmaq inanılmaz dərəcədə çətindir, ancaq bu, mənəvi şikəstliyi qəbul etmək bahasına başa gəlməməlidir. Cəmi 10 il öncə cəmiyyətə təklif və təqdim etdiyin dəyərləri çiynəmək, çığnamaq yolverilməzdir.
Yoxsa bunun bədəli ağır olur, ilk növbədə də ədəbiyyat üçün? Hanı 2000-ci illərin o qaynar, azad ruhlu ədəbi ortamı? Çılğın müzakirələr, polemikalar hanı? Bu gün ayrı-ayrı oliqarx saytlarının ətrafında üçbir-beş bir toplanıb ürəkbulandırıcı şəkildə bir-birini özünütərifdən tutmuş kiflənmiş ədəbi “dəyərlər”ə geridönüşədək hər cür rəzilliyin, mənasızlığın baş alıb getməsinin əksinə olaraq, 2000-cilərin həqiqət axtarışlarına hesablanmış cəsarətli, hürr ədəbiyyat atmosferi hanı?!
Yazıq, çox yazıq... Hər şey o qədər gözəlcə başlamışkən bu qədər çirkincə bitməməli idi.
P.S. Bu yazını isə nə qədər ağır da olsa, yazmaya bilməzdim. Hətta anarların, fikrət qocaların onu oxuyaraq necə əllərini ovuşdurduqlarını, mənalı-mənalı qımışdıqlarını, tərəfini tutduqları hakim gücün də istəyi və dəstəyi ilə daha bir ədəbi nəsilin başını əzməkdən necə məmnun olduqlarını bəri başdan göz önündə canlandırmaq da mənim üçün çətin deyil. Onları sevindirmək ürəyimdən deyil, lakin...
Lakin həqiqəti gizləmək də ürəyimdən deyil.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək