15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Yarımçıq cəsarət
Tarix: 13-06-2019 01:10 | Bölmə: Elnur ASTANBƏYLİ

Budur, biz gecə-gündüz “o boyda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) nə işlə məşğul olurlar? Hanı əldə etdikləri elmi uğurlar, kəşflər, ixtiralar?” deyə sorğu-sual eləyib, baş sındırarkən cavab tapıldı: saytlar AMEA əməkdaşları üçün tikilən mənzillərin rəhbər şəxslər arasında pay-püşk edilməsindən, dədə malı kimi bölüşdürülməsindən yazırlar. Necə deyərlər: dava yorğan davasıdır. Həmişə olduğu kimi. Yoxsa nə elm, nə ixtira, nə kəşf-zad?
Sovetdənqalma institutların mahiyyəti budur. Onlar elm, ədəbiyyat, mədəniyyət adı ilə pərdələnmiş, əslində isə siyasi hakimiyyətlərə yarınmaq yolu ilə müxtəlif imtiyaz qazanmağa hesablanmış qurumlardır.
Bir dəfə də yazmışdım, yenə yazmaqda fayda var: 1992-93-cü illərdə rus ordusunun Azərbaycandan çıxarılması nə qədər tarixi hadisədirsə, Elmlər Akademiyasını ləğv etmək təşəbbüsü də bir o qədər qiymətli idi! Nə yazıq ki, işğalçı ordunu ölkədən çıxarmağa cəsarət göstərənlər eyni cəsarəti sovetdənqalma institutların ləğvi ilə bağlı göstərə bilmədilər. Başda AMEA olmaqla, Yazıçılar, Bəstəkarlar, Rəssamlar, canım sizə desin, Aşıqlar, Nağaraçalanlar, Züytutanlar kimi birliklər, ittifaqlar öz mövcudluqlarını davam etdirdilər. Partiya və hökumətin “elmə və mədəniyyətə atalıq qayğısına” bürünmüş bu qurumlar, eynilə, Sovet hakimiyyəti illərində olduğu kimi hakimiyyətin əlində dəyənək rolu oynayırlar: alimi, şairi, yazıçını, rəssamı, bəstəkarı, aşığı, nağaraçalanı, züytutanı dürlü-dürlü imtiyazlarla süsləyib toplumu istədikləri yönə istiqamətləndirirlər. “Akademik”, “xalq şairi”, “xalq yazıçısı”, “xalq rəssamı” kimi “yüksək” adların çətiri altına topladıqları adamların cəmiyyətdə missiyası aydındır: elmi, ədəbiyyatı, sənəti partiya və hökumət işinin vintciyinə və təkərciyinə çevirmək! Onların süni şəkildə yaradılmış, şar kimi üfürülərək şişirdilmiş nüfuzlarından camaatı itaətdə saxlamaq üçün faydalanmaq!
Məhz bu səbəbdən də Sovetlər Birliyinin dağılmasından sonra görüləcək işlərin başında o dövrdən qalma insititutları tarixin arxivinə göndərilməsi dayanmalı idi! Bu rus ordusunun Azərbaycandan çıxarılması qədər gərəkli idi. Bu milli pulumuzun dövriyyəyə buraxılması qədər əhəmiyyətli idi. Ancaq olmadı. Niyə? Çünki xalqsız xalq şairləri, xalqsız xalq yazıçıları, Nobel mükafatının min ağac ötəsindən keçməyəcək akademiklər-makademiklər xalqın gözündə elə “ali mərtəbəyə” qaldırılmışdı ki, onları oradan endirmək işğalçı rus ordusunu qovmaqdan qat-qat artıq cəsarət, qat-qat artıq güclü ürək istəyirdi.
Nə yazıq ki, nə dünən bizim belə ürəkli, cəsarətli siyasi liderimiz vardı, nə bu gün var, nə də, bu gedişlə, sabah olacaq!
Azərbaycana sözün həqiqi mənasında azad, demokratik gələcək vəd edən bir adamın sevimli şairi Azərbaycan sovet şairi ola bilməz.
Bütün yaradıcılığını Sovet İttifaqının və onun “dahi rəhbərlərinin” vəsfinə həsr edən bir şairə, yazıçıya rəğbətini, məhəbbətini gizlətməyən adamlarmı Azərbaycanı qaranlıqdan işığa daşıyacaqlar?
2013-cü ildə Sovet idarəetməsinin qalığı olan YAP rejiminin namizədinə qarşı çıxardığımız rəqib divarları hələ də 1937 repressiyası qurbanlarının qanı qoxuyan Yazıçılar Birliyinin üzvü idi! Üstəlik, həmin birlik Cəmil Həsənliyə qarşı hakimiyyət namizdədini dəstəklədiyini, ona səs verəcəklərini yağlı-buğlu bəyanatla açıqladı.
Adamın bu mənzərəni hətta təsəvvür etməyə belə təxəyyülü çatmaya bilər, beyni anındaca error verər: Milli Şuranın namizədi Cəmil Həsənli İlham Əliyevin rəqibidir, ancaq məntiqlə belə çıxır, AYB üzvü Cəmil Həsənli İlham Əliyevə səs verməlidir, çünki üzvü olduğu təşkilat belə qərar qəbul edib!
O günlərdə Cəmil müəllimə, heç olmasa, AYB-nin həmin bəyanatından sonra bu sovetdənqalma birliyin sıralarından istefa verməsi üçün çağırış etdim, rədd cavabı aldım.
Cəmil müəllimin 2013 seçkisində inanılmaz dərəcədə dəyərli performansını, əlbəttə, bir kənara qoyuram. Ancaq kimsə qüsura baxmasın: Yazıçılar Birliyi kimi dünəni və bu günü yaltaqlıqla, donosbazlıqla assosiasiya edilən bir qurumla bağlarını qopartmayaraq, o, tarixi yanlışa yol verdi. Seçkidə qələbəsinin rəsmiləşməyəcəyini, əlbəttə, hamımız bilirdik. Ancaq AYB-dən istefa etməklə Cəmil müəllim ən azından sovet tör-töküntüləri üzərində qələbəni rəsmiləşdirə bilərdi. Yeni cığır aça, yeni nümunə ortaya qoya bilərdi. Deyə bilərdi ki, bəli, biz qarşı cinahla təkcə siyasi olaraq fərqli qütblər deyilik, əxlaqi olaraq da, mədəni olaraq da, mənəvi olaraq da fərqli qütblərik.
Yenə kimsə qüsura baxmasın: bu fərqliliyi ortaya qoymadan, dəyərləri, prinsipləri adlardan, adamlardan ön planda tutmadan mən heç bir uğura inanmıram. Uğur qazanılsa belə, onun dayanıqlı olacağına inanmıram. Necə ki, 1993-cü ildə olmadı…
Mən bu gün iqtidarda olanların təqaüd, mənzil, fəxri ad davalarının ünvanına çevrilən sovetdənqalma AMEA-nı və “yaradıcılıq” ittifaqlarını ayaqda saxlamasına hörmətlə yanaşıram. Onlar, Sovet hakimiyyəti illərində olduğu kimi yenə də toplum üzərində “mənəvi dəyənək” rolu oynayan bu institutlara süni nəfəs verib yaşatmaqla üzlərini gələcəyə yox, keçmişə tutduqlarını qorxmadan, çəkinmədən bəlli edirlər.
Biz isə o qədər cəsur deyilik: sistemi bəyənmirik, ancaq onun vintciklərinə, təkərciklərinə – mənasız şair-yazıçılarına, alimlərinə, artistlərinə güldən ağır söz deməyə çəkinirik. Xalqın beyninə “əvəzolunmaz” kimi nəqş edilmiş bu adamlara yüngülvari bir tənqid söyləsək, camaatın qəzəbinə gələcəyimizdən qorxuruq.
İnciməyin, bu yarımçıq cəsarətlə illər, qərinələr dəyişə bilər, ancaq qarşı çıxdığımız sistem əsla dəyişə bilməz…(Abzas.net)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək