15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sərdar Fərəcov: “O xəbəri eşidən kimi piano arxasına keçdim...” - Müsahibə
Tarix: 27-06-2022 12:11 | Bölmə: Mədəniyyət

Tanınmış bəstəkar, Xalq artisti Sərdar Fərəcovla Üzeyir Hacıbəylinin ev-muzeyində görüşürük. Münsiflər Heyətinin üzvü olduğu “Muğam müsabiqəsi”nin növbəti turu ilə bağlı rayona səfərə hazırlaşır. Vaxtı az olsa da, Bakıvaxtı.az-a müsahibəyə zaman ayırır. Direktorun kabinetindəki masanın üzərində “Muzıka i vremya” jurnalınin yeni sayı diqqətimi çəkir. Rusiya paytaxtında nəşr edilən bu jurnalın yeni sayının üz qabığında müsahibimizin fotosu verilib.
- Sərdar müəllim, müsahibəyə tamam başqa bir sualla başlamağı planlaşdırmışdım, amma kabinetinizdəki bu jurnalı görəndən sonra fikrimi dəyişməli oldum. Deyirəm bəlkə söhbətə elə “Muzıka i vremya” jurnalından başlayaq. Çünki belə nüfuzlu nəşrin üz qabığında azərbaycanlı bəstəkarın fotosunun verilməsi sıradan bir hadisə deyil...
- Qızım Humay Fərəcova Milli Konservatoriyamızın doktorantıdır, musiqidə dastanlar barədə elmi araşdırmalar aparır. Bu mövzu üzərində çalışarkən mənim illər öncə yazdığım “Şah Xətai” simfoniya-dastanını da təhlil edib. Elmi məqaləni bir neçə ay öncə “Muzıka i vremya” jurnalına göndərmişdi. Məqalə redaksiya heyətinin marağına səbəb olmuşdu və qızımla əlaqə saxlayıb mənim yaradıcılığım haqqında əlavə məlumatları, fotolarımı göndərməyi xahiş etmişdilər. Bu barədə eşidəndə düşündüm ki, redaksiya sadəcə maraqlanır. Jurnalın sonuncu sayını görəndə təbii ki, mənim üçün də gözlənilməz oldu. Amma onu da qeyd edim ki, bu, mənim Rusiyanın musiqi ictimaiyyəti ilə ilk tanışlığım deyil, çünki əsərlərim zaman-zaman həm Moskvada, həm də ölkənin ayrı-ayrı şəhərlərində ifa olunub və maraqla da qarşılanıb. 2019-cu ildə Ufa şəhərində TÜRKSOY-un sifarişi ilə yazdığım “Türk şöləni” simfonik uvertüram maraqlı bir orkestrin ifasında səsləndirildi, tamaşaçılar, musiqişünaslar yüksək qiymət verdilər. Görünür, jurnalın redaksiya heyəti bu məqamı da nəzərə alıb.
- Bəstəkarlar adətən efirlərdə, mətbuatda nadir hallarda görünür, daha çox onların əsərləri “danışır”. Amma son vaxtlar sizi həftədə iki dəfə “Mədəniyyət” TV-də “Muğam müsabiqəsi”nin münsiflər heyətinin üzvü kimi görürük...
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və AzTV 2005-ci ildən başlayaraq çox mühüm bir layihə həyata keçirir. Qədim tarixə malik muğamlarımızın yaşadılması, təbliğ edilməsi, gənc istedadların tapılıb üzə çıxarılması baxımından “Muğam müsabiqəsi”nin əhəmiyyəti böyükdür. Təsadüfi deyil ki, elə ilk vaxtlardan bu müsabiqə xalq arasında böyük populyarlıq qazanıb. Bu günə kimi “Muğam müsabiqəsi”nin qalibi seçilən gənclərin arasında artıq fəxri ad alanlar, Azərbaycan musiqisini xarici ölkələrdə layiqincə təqdim edənlər var.
Mənim bu layihədə iştirakıma gəlincə, bilirsiniz ki, Bəstəkarlar İttifaqının katibi, Xalq artisti, musiqişünas alim, professor mərhum Ramiz Zöhrabov münsiflər heyətinin üzvü idi. Sonra tale elə gətirdi ki, Ramiz müəllim səhhətinə görə iştirak edə bilmədi. 2013-cü ildə münsiflər heyətinin üzvü olmaq mənə təklif olundu və təbii ki, sevə-sevə bu işə razılıq verdim.
Həmin vaxt mən həm Bəstəkarlar İttifaqının katibi, həm də Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru idim. Üstəlik, 5 ilə yaxın idi ki, AzTV-də həftəlik “Musiqi xəzinəsi” verilişini aparırdım. Yəqin ki, bütün bunlar mümkün namizədlər arasından məhz mənim seçilməyimdə mühüm rol oynamışdı.
Etiraf edim ki, “Muğam müsabiqəsi”nin münsiflər heyətində təmsil olunmağım məni geniş tamaşaçı kütləsinə tanıtdı. Çünki aparıcısı olduğum “Musiqi xəzinəsi” verilişinin auditoriyası ilə “Muğam müsabiqəsi”nin auditoriyası arasında fərq çoxdur. Bayaq qeyd etdiyim kimi, bu layihə böyük populyarlıq qazanıb, istər ölkəmizin hər yerində, istərsə də xaricdə maraqla izlənilir. Müsabiqə davam edən günlərdə insanlar tez-tez mənə yaxınlaşır, fikirlərini bildirir, təşəkkür edirlər. Görünür, hər bir iştirakçıya qarşı obyektiv yanaşmam tamaşaçıların da diqqətindən yayınmayıb. Bu, mənim məsuliyyətimi bir qədər də artırır, inanıram ki, münsiflər heyətinin hər bir üzvü eyni hissləri yaşayır.
Həqiqətən də belə bir nüfuzlu müsabiqədə münsif olmaq çox məsuliyyətli bir missiyadır. İstedadları ilə seçilən hər bir iştirakçının çıxışına qiymət verəndə hər dəfə daxilən çox gərginlik keçiririk. Bəzən həmin gəncləri ifasındakı qüsura görə tənqid də etməli oluruq, iradlarımızı bildiririk, bundan hərdən inciyən də olur. Amma son nəticədə ən istedadlılar qalib gəlir, bu, bir daha göstərir ki, “Muğam müsabiqəsi” çox obyektiv keçirilir. Münsif kimi bizim yaşadığımız hisslər, keçirdiyimiz gərginlik necə deyərlər, sonda xoş bir işə vəsilə olur. Azərbaycanın rəsmi dövlət telekanalı müsabiqə qaliblərini işə alır, Mədəniyyət Nazirliyi müsabiqədə fərqlənənləri dövlət konsertlərinə dəvət edir, xarici qastrollara göndərir. Deməli, həm mədəniyyətimiz, musiqimiz yeni ifaçılar qazanır, həm də gənclər öz istedadlarını realizə edə bilirlər. Bütün bunlar dövlətimizin, Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanım Əliyevanın mədəniyyətimizə, istedadlı yaradıcı gənclərə göstərdiyi diqqət və qayğının sayəsində mümkün olur.
Yeri gəlmişkən, onu da qeyd edim ki, belə müsabiqələr Üzeyir Hacıbəylinin sağlığında da keçirilib. Üzeyir bəy gənc muğam ifaçılarının, musiqiçilərin seçilməsi üçün müxtəlif müsabiqələr təşkil edib. Amma bu gün Azərbaycan dövlətinin bu sahəyə ayırdığı diqqət ölçüyəgəlməzdir.
- Münsiflər heyətinin üzvü kimi sizdən builki yarışmanın favoritinin adını soruşsam, yəqin ki, birmənalı cavab ala bilməyəcəm...
- İstedadı olan hər bir gənci öz doğmam, əzizim hesab edirəm. “Muğam müsabiqəsi”nin bu mərhələsinə gələn hər bir ifaçı istedadlıdır və qalib gəlmək şansı var. Lakin müsabiqənin ən maraqlı tərəfindən də biri odur ki, yarışma uzun bir marafondur. Marafonun hansısa bir mərhələsində kimsə səhv edir və şansı rəqibinə buraxır. Builki müsabiqəmiz iki aydır ki, davam edir və artıq yarışmanın həlledici mərhələsinə qədəm qoyuruq. Bu ərəfədə münsif kimi mənim konkret ad çəkməyim bəlkə də doğru anlaşılmaz, ona görə də gəlin tələsməyək. İnanıram ki, həmişə olduğu kimi bu dəfə də layiq olan qalib gələcək!
- Yaradıcılığınızın mühüm bir qolunu teatr tamaşalarına, kinofilmlərə yazdığınız musiqilər təşkil edir. Hazırda hansı tamaşanın musiqisi üzərində çalışırsınınız?
- Məni bir teatr bəstəkarı kimi kəşf edən unudulmaz rejissorumuz mərhum Hüseynağa Atakişiyev olub. Məhz Hüseynağa müəllimin istəyi ilə o zamankı Dövlət Gənclər Teatrında səhnəyə qoyulan Əli Əmirlinin “Onun iki qabırğası” tamaşasına ilk dəfə musiqi yazmışam. Elə ilk iş prosesindən biz bir-birimizi gözəl başa düşdük və nəticədə maraqlı bir tamaşa alındı. Bir aydan sonra Hüseynağa müəllim zəng vurdu ki, artıq növbəti yeni bir səhnə əsərinə musiqi yazmalısan. Beləcə bir mövsümdə Gənclər Teatrı üçün 4 və ya 5 tamaşaya musiqi bəstələdim, bunun özü bəstəkara bir işarə idi, yəni sən artıq teatr bəstəkarı kimi qəbul olunursan.

Mərhum dostum, rejissor Rövşən Almuradlını bu məqamda xatırlamasam olmaz. Rövşən bəylə birgə maraqlı yaradıcılıq işlərimiz olub, o, rejissor olmaqla yanaşı həm də filosof idi, hər sözdə, sətirdə bir məna axtarırdı. Öz potensialını realizə etmək üçün bəstəkara geniş şərait yaratmağı sevirdi. Ona görə də Rövşən bəylə birgə çalışmaq mənə xoş idi.
Rövşən Almuradlı “Cavad xan” bədii filmini çəkməyə başlayanda filmə musiqi yazmağı mənə təklif etdi və mən bu işə çox həvəslə başladım. Film ekranlara çıxdı, böyük maraqla baxıldı. Sonra mən yazdığım musiqinin həmin filmə düşməyən hissələri üzərində yenidən bir də işlədim və nəticədə “Cavad xan” baleti yazıldı. Həmin əsər Akademik Opera və Balet Teatrında tamaşaya qoyuldu.
Rövşən Almuradlının Milli Akademik Dram Teatrının səhnəsində quruluş verdiyi İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” və Fridrix Dürremanttın “Yaşlı xanımın gəlişi” tamaşalarına da musiqiləri mən yazdım. Hər iki tamaşa uğurla repertuara daxil edildi.
“YUĞ” Dövlət Teatrının direktoru, yaxın dostum İslam Həsənovun dəvəti ilə bir neçə il öncə “Lənət” tamaşasına musiqi yazdım. Bildiyiniz kimi, bu tamaşa dahi Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanıb və Bolqarıstandan dəvət edilən Xristo Stoyçevin quruluşunda səhnəyə qoyulub. “YUĞ” teatrı ilə əməkdaşlığım maraqlı və uğurlu alındı.
Sualınızın sonuncu hissəsinə gəlincə, bu yaxınlarda Şəki Dövlət Dram Teatrından dəvət almışam. Teatrda Şəki xanı Çələbi xanın həyatından bəhs edən tamaşa hazırlanır, səhnə əsərinə musiqi yazmağı mənə təklif ediblər. Bəstəkar kimi üzərimə düşən işi artıq başlamışam, yəqin ki, təxminən bir aya musiqiləri tamamlayıb təhvil verə biləcəyəm, sentyabrda yeni tamaşanın premyerası olacaq. Məncə çox maraqlı bir iş alınacaq inşallah.
- Bu gün cəmiyyətimiz Vətən savaşında tarixi qələbəmizdən sonra tanınmış yaradıcı insanlardan hesabat soruşur. Qarabağdakı Zəfərimiz bəstəkar Sərdar Fərəcovun yaradıcılığında necə əks olunub?
- Azərbaycan xalqının 30 ilə yaxın bir müddətdə həsrətlə gözlədiyi an gəlib çatdı, Ali Baş Komandanın əmri ilə Müzəffər Ordumuz torpaqları erməni işğalından təmizlədi. Cəmi 44 günə tarixi qələbəyə nail olduq, Qarabağ azad edildi. Dövlət başçısı İlham Əliyevin Şuşanın azad edilməsi barədə verdiyi şad xəbər hər birimizdə böyük qürur və sevinc hissi oyatdı. Həmin şad xəbəri eşidən an mən bir bəstəkar kimi piano arxasına keçdim və yeni əsərimin “Azad Şuşa” qəhrəmanlıq odasının ilk notları doğuldu. Çox qəribədir ki, əsərin musiqisi ilə sözləri qoşa yarandı və mətnini də özüm yazdım, əsər bir neçə aya tamamlandı. Ötən ilin noyabrında Heydər Əliyev Sarayında Azərbaycan bəstəkarlarının Şuşaya həsr etdikləri əsərlərlə bağlı keçirilən konsertdə “Azad Şuşa” qəhrəmanlıq odası ilk dəfə səsləndirildi.
Bu, mənim Qarabağ mövzusunda ilk əsərim deyil, hələ bir neçə il öncə böyük sufi alimi və şairi Mir Həmzə Seyid Nigari Qarabağinin şeiri əsasında “Qarabağnamə” əsəri bəstələmişəm. Bu əsərimin həm vokal variantı var, həm də tar və orkestr üçün versiyası da. Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin ifasında “Qarabağnamə” müxtəlif konsertlərdə, hətta bir neçə xarici ölkənin səhnələrində səsləndirilib.
Qarabağla bağlı trilogiyanı “Cıdır düzündə bayram” adlı fortepiano üçün poemam tamamlayır. Bu əsəri Avropada yaşayan istedadlı pianoçumuz Ədilə Əliyevanın təklifi ilə bəstələdim və Ədilə xanım Üzeyir bəyin ev- muzeyində dahi bəstəkarımızın ad gününə həsr olunan tədbirdə ilk dəfə ifa etdi.
- Üzeyir Hacıbəylidən söhbət düşmüşkən bir məsələyə aydınlıq gətirək. Üzeyir bəy ömrünün son illərini Bakıda “Monolit” kimi tanınan məşhur binada yaşayıb. Ev-muzeyi üçün niyə məhz Şamil Əzizbəyov 67 ünvanındakı evi seçilib?
- Rəhmətlik Üzeyir bəy bu mülkü 1915-ci ildə öz pulu ilə alıb və 1942-ci ilə qədər burada yaşayıb. Bir çox ölməz əsərlərini, o cümlədən, “Koroğlu” operasını məhz bu evdə yazıb. 1942-ci ildə bəstəkara “Monolit”də 6 otaqlı mənzil verilib. Dahi bəstəkar 23 noyabr 1948-ci ildə dünyasını dəyişəndən bir il sonra onun ev-muzeyinin yaradılması barədə qərar verilib. “Monolit”dəki otaqlar kiçik olduğundan Nazirlər Sovetinin 16 fevral 1949-cu il tarixli qərarında muzeyin məhz əvvəlki evində yaradılması qərara alınıb. Amma qərar müxtəlif səbəblərdən uzun müddət icra edilmir, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbər təyin ediləndən sonra bu məsələ ilə ciddi məşğul olur və 1975-ci il noyabrın 20-də Üzeyir bəyin ev-muzeyi qapılarını ziyarətçilərin üzünə açır. Heydər Əliyev həmin mərasimdə şəxsən iştirak edir. 2005-ci ildə İlham Əliyev prezident kimi bu muzeydə təmir işlərinin aparılması üçün sərəncam imzalayıb, qonşuluqdakı köhnə həyət də dövlət tərəfindən alınaraq muzeyin ərazisinə verilib, inzibati bina tikilib. İndi muzey iki hissədən-memorial və administrativ hissədən ibarətdir. 2025-ci ildə muzeyimizin 50 yaşı tamam olacaq, ümid edirəm ki, yubiley ərəfəsində dövlətimizin diqqəti və qayğısı ilə burada təmir işləri aparılar inşallah.
Onu da deyim ki, Üzeyir bəyin Şuşada da ev-muzeyi var idi, 1959-cu ildə açılan bu muzey 1992-ci ildə Şuşa işğal olunanda fəaliyyətini dayandırmağa məcbur oldu. Bu gün Şuşamız artıq öz azadlığına qovuşub, şəhərdəki bütün tarixi məkanlar, o cümlədən, Üzeyir bəyin ev-muzeyi də bərpa olunacaq. Bakıdakı ev-muzeyinin kollektivi olaraq bu prosesdə yaxından kömək etməyə hazırıq, çünki bunu özümüzə bir borc bilirik.
Etibar Cəbrayıloğlu
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək