Tarix: 16-03-2016 15:08 | Bölmə: Mədəniyyət

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində "Keçəlin şahlığı” tamaşasını nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, "Keçəlin şahlığı” tamaşası Mirzə FətəliAxundzadənin "Aldanmış kəvakib” əsərinin motivləri əsasında hazırlanıb. Tamaşada uşaqların və gənclərin estetik tərbiyəsi, psixoloji hazırlığı ilə bağlı bir sıra vacib məqamlara toxunulub.
Səhnə əsərində "Sehrli xalat” filmi də xatırlanır. İo-Kio babanın sehrli xalatı vasitəsi ilə keçmişə səfər edilir, Novruz bayramının keçmiş və gələcəklə bağlı olduğu xüsusi vurğulanır.
Səhnə əsərində əsas rolları əməkdar artist Mehriban Xanlarova, aktyorlar Hikmət Rəhimov, Rada Nəsibova, Elnar Qarayev, İlahə Həsənova, Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov və başqaları ifa edir.
Tamaşa martın 19-dan 29-dək gündə dörd seans olmaqla (saat 11:00, 13:00, 15:00, 17:00) tamaşaçıların ixtiyarında olacaq.
"Keçəlin şahlığı” səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirovdur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək