15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Naxçıvan: dörd fəsildə” kitabı təqdim olunub - Fotolar
Tarix: 12-04-2021 11:53 | Bölmə: Mədəniyyət

Ötən gün Naxçıvanda “Saat Meydanı” turistik istirahət mərkəzində Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan: dörd fəsildə” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli kitabın müəllifinə və nəşrində əməyi keçənlərə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırıb.
Qeyd olunub ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir, sosial-iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində uğurlar qazanılır. Muxtar respublikada aparılan geniş quruculuq işləri və yaradılan müasir infrastruktur yaradıcı insanlar üçün geniş mövzu seçimidir. Müstəqilliyin ilk illərində Naxçıvanla bağlı məlumat toplamaq istədikdə, məhdud sayda ədəbiyyat və kitablara müraciət olunurdu. Lakin müstəqillik illərində Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, bu ərazidə min illər ərzində xalqımızın formalaşmış milli dəyərlər və adət-ənənələr sistemi geniş öyrənilib, beynəlxalq simpozium və konfranslar keçirilib, nəticədə Naxçıvanşünaslıq mühüm elmi istiqamət kimi müəyyənləşdirilib, minlərlə sanballı kitab və ensiklopediyalar nəşr olunub, tədqiqat əsərləri yazılıb. Nəşr olunan kitablar tariximizi, milli dəyərlərimizi və Naxçıvanın müasir inkişafını öyrənmək üçün dəyərli elmi mənbələr olmaqla yanaşı, həm də muxtar respublikanın kompleks şəkildə tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Ülvi Hüseynli deyib ki, bir yer haqqında kitab yazılanda, ilk növbədə həmin ərazinin tarixinə, təbiətinə, dəyərlər sisteminə, ən əsası isə müasir inkişafına daha çox diqqət yetirilir. Bu gün müasir Naxçıvan zəngin tarix-mədəni irsi, təbiəti və kompleks inkişafı ilə ölkə və dünya müəlliflərinin diqqətini cəlb edir. Yüksək tərtibatla və min tirajla nəşr olunan “Naxçıvan: dörd fəsildə” kitabı da bu mənada mühüm əhəmiyyətə malikdir. Kitab oxuculara qədim diyar haqqında geniş məlumat verməklə yanaşı, həm də yüksək peşəkarlıqla çəkilən fotoşəkilləri ilə vizual tanışlıq imkanı yaradır. Kitabı oxuyanlar Naxçıvanın gözəlliklərini dörd fəsildə görəcək, qədim tarixi abidələri, müasir inkişafı, iqtisadiyyatı və sosial həyatı ilə yaxından tanış olacaqlar. Müəllif kitabda Naxçıvanı öz yaradıcı təxəyyülü və yanaşması ilə təqdim etməyi bacarıb. Məlumat və fotoşəkillərin ahəngdar yerləşdirilməsi, Naxçıvan gözəlliklərinin poetik dillə təqdim olunması kitabın təsir gücünü daha da artırır. Eyni zamanda Azərbaycan və ingilis dillərində nəşr olunması kitabı daha böyük oxucu kütləsi üçün əlçatan edib. “Naxçıvan: dörd fəsildə” kitabı Naxçıvanşünaslığa töhfə olmaqla yanaşı, həm də turizm sahəsində çalışanlar, eləcə də ali məktəblərin Turizm və otelçilik ixtisasının müəllim və tələbələri üçün dəyərli vəsaitdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, müstəqillik illərində muxar respublikada çox sayda kitablar, monoqrafiyalar, albom-katoloqlar nəşr olunaraq geniş ictimaiyyətə təqdim edilib. Tarixi yazmaq tarixi yaratmaq qədər çətin və şərəflidir. Ziyalıların və elm işçilərinin də qarşısında duran əsas vəzifə yaradılan tarixi tədqiqat obyektinə çevirərək mahiyyətini ortaya çıxarıb yazmaq, geniş şəkildə təbliğ etməkdir. Bu mənada yüksək poliqrafik keyfiyyətdə hazırlanan “Naxçıvan: dörd fəsildə” kitabı da elmi tutumu və çoxcəhətli fotoları ilə diqqəti cəlb edir. Nəşrin ön sözünü yazan akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, Naxçıvan elə bir diyardır ki, çoxcəhətli əlamətləri ilə hər kəsin marağına hakim kəsilir. İlk növbədə ona görə ki, Naxçıvan Dədə Qorqud yurdudur, oğuz torpağıdır. Muxtar respublikamız çox zəngin landşaft quruluşuna malikdir, yayı isti, qışı sərtdir. Bütün bu məziyyətlər qədim diyarımızda unikal təbiətin yaranmasına, buna uyğun tarix və mədəniyyət abidələrinin formalaşmasına öz təsirini göstərib.
Kitabda yer alan şəkilləri ayrı-ayrılıqda təhlil edən akademik İsmayıl Hacıyev qeyd edib ki, yeni nəşrdə, ilk növbədə bütün fəsillərdə Naxçıvanın ecazkar təbiətinin, tarixi-mədəni abidələrinin fotoları öz əksini tapıb. Yekun hissədə də qeyd edildiyi kimi oğuz yurdunun təbiətinin sözlə müfəssəl şəkildə ifadəsi çətin olduğu kimi, onu fotoların dili ilə də tam dolğun formada geniş oxucu kütləsinə çatdırmaq asan deyil. Ümumilikdə, “Naxçıvan: dörd fəsildə” kitabında yer alan şəkillər adi gözlə görünməyən, diqqət yetirilməyən nüansları ortaya çıxarmaqla özünəməxsusluğu, fundemantallığı ilə seçilir və Naxçıvanın turizm potensialının, tarixinin, mədəniyyətinin təbliğində əvəzsiz rol oynayır.

Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, Naxçıvanda turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, bukletlər, turist xəritələri hazırlanır, tanıtım işləri həyata keçirilir. Təqdimatı olan “Naxçıvan: dörd fəsildə” kitabı da təbliğat-təşviqat sahəsində görülən işlərin davamı olmaqla yanaşı, muxtar respublikanın turizm sektoru üçün də mühüm töhfədir.
Naxçıvanşünaslıq Mərkəzinə, ali təhsil müəssisələrinə, ziyalılara və ictimaiyyət nümayəndələrinə, turizm sektorunda çalışanlara fotoqraf Hüseyn Bağırovun müəllifi olduğu “Naxçıvan: dörd fəsildə” kitabı təqdim olunub.
Tədbir iştirakçıları yeni kitab və nəşrdəki fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, Naxçıvanın turizm potensialından bəhs edən filmə baxıblar.
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək