Tarix: 07-03-2016 14:04 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Səhnə əsəri xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunub.
İki hissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğludur. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rollarıxalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov,əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Günel İmanova,Elnar Qarayev,Rüstəm Rüstəmov, Ləman İmanova və başqaları ifa ediblər.
Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək