15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dərdi özündən böyük xanım - Fotolar
Tarix: 13-02-2021 16:46 | Bölmə: Mədəniyyət

Nailə xanımın vəfat xəbərini eşidəndə çox üzüldüm. Ağlıma ilk gələn fikir: “Əzrail bu ailədən nə istəyir”- oldu? Neçə illər idi ki, onunla bir universitetdə çalışırdıq.
1981-1985-ci illərdə tələbəsi olduğu ADPU-nun Pedaqoji fakültəsinin Musiqi şöbəsinə Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi qayıtmışdı. O, müəllim kimi fəaliyyətə başlayanda Musiqi şöbəsi yenə də Pedaqoji fakültənin nəzdində idi. Səkkiz ildən artıq bir müddətdə onunla birlikdə işlədim, o, müəllim, baş müəllim, dosent əvəzi və dosent vəzifələrində çalışdı. 2015-ci ilin dekabrında Musiqi və Təsviri incəsənət şöbələrinin əsasında yeni bir fakültə yaradıldı. Nailə xanım həmin fakültədə fəaliyyətini davam etdirməyə başladı. Çox istiqanlı, mehriban, məsuliyyətli, müəllimlikdən zövq alan xanım idi. Fakültədə mədəni-kütləvi tədbirlərin, musiqili gecələrin təşkilində canı-dildən iştirak edirdi.
2011-ci ildə Pedaqoji fakültənin 50 illik yubileyi ADPU-nun böyük akt zalında keçirildi. Tədbirdə respublikanın Təhsil naziri Misir Mərdanov, nazirliyin struktur rəhbərləri, ali məktəb rektorları, tanınmış elm və sənət adamları, Milli Məclisin deputatları, xarici ölkədən gələn qonaqlar və universitetin əməkdaşları iştirak edirdi. Tədbirin bədii hissəsinin rəhbəri Nailə xanım idi. Tələbəmiz, Əməkdar artist Ənvər Sadıqovun (indi Xalq artistidir) və müğənni Abbas Bağırovun iştirakı ilə keçən 2 saatlıq konsert proqramını Nailə xanım tərtib etmişdi. Tədbirdən sonrakı banketdə də Nailə xanımın mahnıları ifa edildi. Hətta özü də iki mahnı oxudu.

Pedaqoji Universitetdə yüksək səviyyədə keçirilən “Məzun günləri”nin bədii rəhbəri, təşkilatçısı Nail xanım idi. O, fakültəmizdə fəaliyyətə başlayandan sonra burada yaradıcılıq mühiti xeyli canlanmışdı, tələbələrin iştirakı ilə tez-tez konsertlər təşkil edilir, məşhur musiqiçilərin yubiley tədbirləri keçirilir, tələbələrimiz müxtəlif musiqi yarışmalarında iştirak edir, şəhər və respublika birinciləri kimi diplom və fəxri fərmanlarla təltif olunurdu. Tələbələri Nailə xanımı bir müəllim, bir ana, bir bəstəkar kimi çox istəyir, onun tələbələri olmaları ilə fəxr edirdilər.
Fakültə dekanı kimi mən və dekan müavini kimi Afət xanım Nailə xanıma çox böyük hörmət və ehtiram bəsləyirdik. Yaradıcı insanlar üçün səmimi və insani mühit çox mühüm əhəmiyyət daşıyır. Afət xanım sanki onun qayğısını çəkir, hər vəchlə onun dərdini yüngülləşdirməyə, işləməyə həvəsini artırmağa çalışırdı. Bir dəfə Nailə xanım Afət xanıma zəng edib demişdi ki, növbəti həftədə fərdi dərslərə gələ bilməyəcək, əgər davamlı olsa, işdən ümumiyyətlə, ayırılacaq. Onda biz Nailə xanımı həmin tələbə ilə evdə məşğul olmağa, işdən ayırılmamağa razı saldıq.
Nailə xanımla çox səmimi söhbətlərimiz olurdu. Səbirli, təmkinli, Allaha bağlı, nikbin insan idi, iman-inam əhli idi, dərdə-qəmə boyun əyməməyə çalışırdı. Özü deyirdi ki, həyat mənə hər şeyə dözməyi öyrədib, qurban olum Allaha, yəqin məni sınağa çəkir. Nailə xanım öz taleyinin acı günlərini dilə gətirəndə, təsəlli verməyə çalışsam da, ürəyimdə fikirləşirdim ki, İlahi, insanın dərdi özündən nə qədər böyük olarmış? Onun danışığında, çöhrəsində, yerişində, duruşunda sevinclə kədərin sərhəddini tapmaq çox çətin idi. Hamısı bir-birinə qarışmışdı, hətta övladının toyunda belə. Nə qədər gülərüz görünməyə çalışsa da, şənlənsə də, qol götürüb oynasa da göz yaşları qəlbinə axırdı. Nəğmələri dünyanı dolaşaraq könülləri oxşayan bu zərif xanım gecə-gündüz qəm yükü daşıyaraq, dərdini, qəmini, nisgilini “bəsləyir”, bəstələyir, Yaradana şükranlığını bildirirdi.

Nailə xanımın həyatı dəhşətli sonluqla bitən filmləri xatırladırdı. Təsəvvür edin, iki yaradıcı gənc (Hikmət və Nailə Mirməmmədlilər) tanış olur, bir-birinə könül verir, ülfət bağlayırlar, ailə həyatı qururlar, sağlam övladları dünyaya gəlir. Qısa bir zamanda bəstəkar kimi tanınmağa başlayırlar, hər tərəfdən bəxtəvərlik yağır. Dövlət tərəfindən “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülürlər. Elə bu zaman hardansa acı yellər əsir, Mirməmmədlilər ailəsinin xoşbəxtlik şamını söndürür. Əvvəlcə Nailə xanımın atası rəhmətə gedir, bir il sonra 14 yaşlı oğlu dənizdə boğularaq dünyasını dəyişir.
Dərd gələndə batmanla gələrmiş. 2007-ci ildə həyat yoldaşı, tanınmış bəstəkar Hikmət Mirməmmədli “Xan bağı” restoranında ad günü keçirərkən qəfildən ürək tutmasından vəfat edir. Nailə xanım könül sirdaşını, dərd ortağını itirir, ömür bağçasının gülləri solur. Elə həmin ildə anasını haqq dünyasına yola salır. Ardınca böyük qardaşı rəhmətə gedir. İki il sonra özünə qardaş bildiyi, böyük yeznəsi dünyasını dəyişir. Amma o, bunlara dözərək deyirdi: “Mənim yerimə kim olsaydı dəli də olardı, ağlını da itirərdi. Bəlkə elə düz deyirlər, mən də dəli olmuşam, xəbərim yoxdur”.
Dözürdü deyəndə, özünü sındırmırdı, büruzə vermirdi, övladlarının gələcəyi naminə ayaqda durmağa çalışırdı, amm agilə-gilə əriyirdi. Elə bil ki, itirdiklərinə qovuşmaq üçün tələsirdi, saçları vaxtsız ağarsa da, ona rəng vurmağı sevmirdi. “Bu rəngdən başqa daha heç nə mənə yaramaz və yaraşmaz. Çünki bu rəngi, bəyaz rəngi Allah özü mənə məsləhət bilib, mənə yaraşdırıb”, - deyirdi. Sanki o, ikili həyat yaşayırdı, bu dünya ilə haqq dünyası arasında vurnuxurdu. Bir tərəfdən əcəl həsrətindəydi, digər tərəfdən yaşamaq və yaratmaq eşqindəydi. Azərbaycanın şəhid generalı, Milli Qəhrəman Polad Həşimova həsr etdiyi mahnını (sözləri Baba Vəziroğlu, aranjimanı Rəşad Hüseynov) Aslan Əzimzadənin ifasında yazıya aldırmışdı. Qələbə müjdəli, vətənpərvərlik motivli neçə-neçə əsər yazmağı planlaşdırırdı...
Ölümündən 3 gün qabaq, 2020-ci ilin dekabrın 31-də kafedra əməkdaşlarını təbrik etmək üçün səsli mesaj göndərmişdi. Afət xanımın dediyinə görə, çox az hallarda o, mesaj yazarmış. Bu səs yazısı təbrik mesajından daha çox ağbirçək bir xanımın xeyir-duasını, vida sözlərini xatırladır. Danışığında bir kədər, nisgil, kimlərisə itirmək və anidən itirilmək notları var. Elə bil ki, nə isə hiss edibmiş... İki dəqiqəlik səs yazısında o nə deyirdi, bizə nə vəsiyyət edirdi, kimlərdən halallıq istəyirdi? Konfusi deyirdi ki, insanın ölüm anındakı sözləri çox qiymətlidir. Diqqət yetirək:
“Mənim əzizlərim, axşamınız xeyir olsun. Üzümüzə gələn bu il (2021-ci ili nəzərdə tutur) hamımıza, İnşallah, hamımızın ailəsinə, əzizlərimizə düşərli olsun. Allah Sizi əzizlərinizə, əzizlərinizi Sizə çox görməsin. İnşallah, bu il hamımıza düşərli olsun, cümləmizə düşərli olsun.
Allah bütün Kərbəla şəhidlərindən tutmuş, bu gün, bu saata olan şəhidlərimizə qədər hamısının ruhunu şad eləsin. Onların ruhları bütün xalqımız üçün duaçı olsun.
Allah Sizi xətadan-baladan, qəzavi- qədərdən, təbii fəlakətdən qorusun.
Allah sizi bütün arzularınıza çatdırsın.
İnşallah, elə cansağlığı olsun ki, xəstəlikdən, azar-bezardan, keçici xəstəliklərdən, yataq xəstəliklərindən uzaq olasınız.
Allah bildiyimiz, bilmədiyimiz günaharımızı bağışlasın, hamımızın kiçik günahlarını bağışlasın, böyük günahlarımızı pərdələnmiş eləsin.
Allah Sizə, hamımıza ruzi-bərəkəti xeyirli halallıqla yetirsin, ruzi-bərəkətimizin xeyrini görək. Bol ruzi-bərəkət görək ki, hamımızın əzizlərimizlə bir yerdə xeyirliyə xərcləyək.
Allah Sizi var eləsin. Allar Sizi mənə çox görməsin, elə məni də Sizə çox görməsin.

Bu il hamımızın ailəsinə birbəbir düşərli olsun. Hamımızın əzizlərində, özümüzdə artımlar olsun, əskiklik olmasın. Allah bivaxt ölüm, bivaxt xəstəlik heç birimizə qismət eləməsin. Mən sizi çox sevirəm,çox...çox... çox... istəyirəm. Bir-bir hamınıza əlim də çatmasa, ürəyim sizinlədir. Allah Sizi var eləsin. Mənə dərs deyən müəllimlər başda olmaqla Sizə görə mən, Nailə oldum. Öpürəm Sizi, bərk-bərk qucaqlayıram. İnşallah, xeyirliklə, sağ-salamatlıqla, müharibəsiz, əskiksiz, xəta-bəlasız bu ilimizi də, üzümüzə gələn ilimizi də başa vuraq. Həmişə bir yerdə olaq. Fakültəmizdə həmişə mehribanlıq olsun, necə ki, var. Sizi bir-bir öpürəm, bərk-bərk bağrıma basıram, canlarım mənim.”
Bu səs yazısından 3 gün sonra Nailə xanımın nəğmə dolu ürəyi qəflətən dayandı, o, 4 yanvar 2021-ci ildə haqq dünyasına qovuşdu, ürəklərə köçdü, xatirələrə çevrildi. Mənim tanıdığım bəstəkar Nailə Mirməmmədlinin 59 illik ömür yolu çiçək üzərindəki şeh damlası kimi gün çıxar-çıxmaz yuvarlanıb yox oldu. 59 yaş nədir? Allah rəhmət eləsin!!!
Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək