Tarix: 04-04-2017 14:21 | Bölmə: Mədəniyyət
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib.
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Reyting.az bildirib ki, Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:
"Hörmətli Əliqismət müəllim!
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi kimi çalışdığım müddətdə Azərbaycanla bağlı çoxsaylı tədbirlər keçirilmiş və ümumtürk mədəniyyətinin ayrılmaz hissəsi olan Azərbaycan mədəniyyəti və incəsənəti dünyanın mötəbər beynəlxalq təşkilatlarında və çeşidli ölkələrində nümayiş etdirilmişdir.
İnanıram ki, TÜRKSOY ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında qurulan bu gözəl münasibətlər gələcək illərdə də davam etdiriləcəkdir”.
Qarşılıqlı münasibətlərin zəruriliyindən bəhs olunan təşəkkür məktubunda daha sonra qeyd olunur:
"Bir daha təşəkkür edir, Sizə möhkəm can sağlığı, şərəfli və məsul işlərinizdə daha böyük nailiyyətlər arzu edirəm.
Dərin hörmət və ehtiramla, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək