15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Süleyman Rüstəmin xatirələrindən: “Əbülhəsən xan Seyid Əzimin qəzəlini oxudu ki...”
Tarix: 19-09-2020 18:56 | Bölmə: Mədəniyyət

İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında xalq şairi Süleyman Rüstəm də olub. Ədibin görkəmli dövlət xadimi Əziz Əliyevlə bağlı xatirələrində maraqlı məqamlar var.
Reyting.az “Əziz Əliyev haqqında xatirələr” kitabına istinadla xəbər verir ki, Süleyman Rüstəm memuarlarının davamında yazır:
“Əziz Əliyevin bir təşəbbüsü də alqışalayiqdir. O, indiyəcən ucuz, eybəcər Amerika filmləri görmüş əhaliyə "Azərfilmin"in çəkdiyi filmləri göstərməyi məsləhət bildi. Bakıdan "Kəndlilər", "İsmət" və digər filmlər gətirildi.
Yadımdadır, sərin bir payız axşamı Gülüstan bağında, açıq havada "Kəndlilər" filmi göstərilirdi. Hava getdikcə soyuyurdu, lakin əhali quru yerdə oturub həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın mübarizəsindən danışan bu film göstərildikcə, təbrizlilər əsərin qəhrəmanını şiddətli alqışlarla qarşılayırdılar.
...Bir gün Əziz Əliyev məni və digər bir yoldaşı yanına çağırıb dedi:
- Düşmənlərimiz min vasitəylə çalışırlar ki, İranda sovet qoşunları olan yerlərdə normal həyat, şərait olmasın. Səbəblərini də bizim ayağımıza yazsınlar. Siz sabah Ərdəbilə yola düşün, amma ehtiyatla hərəkət edin. Özünüzü qoruyun. Sizə yaxşı yol!
Səhəri gün yola düşdük. İkimiz də silahlı idik. Belimdə parabellum, çiynimdə karabin vardı.
Bu yol bizə tanış deyildi. Yolda gediş-gəliş yox idi. Qaranlıq düşdü. Külək əsirdi. Sərabda qalmalı olmadıq. Ərdəbilə yaxın Nir deyilən qəsəbədə gecələdik. Səhər Ərdəbilə çatdıq.
Çayxanaları gəzməyə başladım. Çayxanaların birində qəribə hadisə üz verdi: vaxtilə Bakıda, keçmiş Spasskaya (indiki Qasım İsmayılov) küçəsində cənubi azərbaycanlı iki qardaş yaşayırdı. Onlar xırda alverlə məşğuldular. Kiçik qardaş Baba Novxanı kəndindən Zəhra adlı qızla evlənmişdi. Məhləmizdə atama və başqa adamlara İranı ağız dolusu tərifləyirdi. Guya orda işləmə, əziyyət çəkmə, başına qızıl yağsın. Bəzən mənimlə məhəlləmizdə çürük mübahisəyə girişirdi.
Bəli, çayxanaya girdim. Göz-gözü görmürdü. Tüstü aləmi bürümüşdü. Çayxananın yeri palçıq idi. Ayaqyalın bir nəfər iri padnosdan müştərilərə çay paylayırdı. Bu adam mənə tərəf yaxınlaşanda lapdan padnos əlindən yerə düşdü, stəkanlar sındı.
Bir gün Əziz Əliyev mənə tapşırdı: "Təbrizin məktəb binalarının şəhər ziyalılarıyla bir dostluq görüşünü təşkil etməyə çalış. Qoy bizim opera ustadlarımız da orada çıxış etsinlər. Bu çox yaxşı iş olar".
Təbrizin orta məktəblərinin birində dostluq görüşü düzəltdik. Şəhərin adlı-sanlı ziyalıları salona toplaşdı, qubernator da buradaydı. Mən ədəbiyyat və incəsənətimiz haqqında kiçik məruzə etdim. Sonra bizim Bülbül və digər sənətkarlarımız alqışlar altında çıxış etdilər. Lakin təbrizlilər tərəfindən kimsə səhnədə görünmədi. Mən qubernatora müraciət edəndə o, dedi ki: "Orucluqdur. Burada bir nəfər müğənni var, əgər ağzı oruc deyilsə, oxutdurarıq".
İşarə ilə bir nəfəri yanına çağırıb ona nə isə dedi. Bir azdan onun yanına yaşlı, dolğun bir adam gəldi və salondan bayıra çıxdı. Konserti idarə edən gənc: "İndi də Təbrizin ustad müğənnisi Əbülhəsən xan oxuyacaqdır", - deyəndə, salonda uzun sürən alqışlar qopdu. Qubernatorun yanına çağırtdırdığı şəxs Əbülhəsən xan imiş. Yanımda oturan Bülbül dedi: "Bu heç yaxşı olmadı. Mən niyə ancaq nəğmə oxudum. Bu kişinin yanında pərt oldum..."
Soruşdum:
- Bülbül, bu qoca kimdir, axı?
- Necə kimdir? - deyə Bülbül ona böyük hörmətlə dilləndi. - Şərqin dahi müğənnisi!
Əbülhəsən xan Seyid Əzimin "Zülfünü bas yarama, qoyma, məni qan aparır" qəzəlini elə məharətli səslə oxudu ki, hamımız heyran qaldıq. Bu görüşdən sonra Əbülhəsən xanla səmimi dost olduq. Mitinqlərimizdə, təntənələrimizdə o, öz məlahətli, əvəzsiz səsilə iştirak edirdi. Əbülhəsən xanın bir arzusu da vardı. Deyirdi: "Məni bir neçə aylığa Bakıya aparın. Konservatoriyanızda cavan müğənnilərinizə bir neçə ay muğamatdan dərs verim. Sinəmdə sənət sirləri istifadəsiz yatır".
Bir axşam Təbriz qubernatoru bizi evinə qonaq çağırmışdı. Məclisdə 10-12 nəfər adam vardı. Sovet tərəfindən məclisdə Əziz Əliyev, Mehbalı Əmiraslanov və mən idim. Təbrizin cavan xanəndəsi başmaqçı Xəyyam da burada idi.
Məclis başlanmamış Əziz Əliyev ucaboylu, qarabuğdayı bir adamı mənə göstərib yavaşça dedi: – Bu adamı gözdən qoyma, kimliyini sənə sonra deyərəm.
Mən Əzizin göstərdiyi adamın yanında oturdum. Məclis başlandı. Sağlıqlar deyildi. Xanəndə Xəyyam mənim "Vətən yandı" qəzəlimi oxumağa başladı. Qəzəl oxunduqca qubernator hiddətlənirdi. "Bunu məclisdən kənar eləyin" kimi sözlər deyirdi. Lakin xanəndə qəzəlin sonunda:
"Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən, Cinayət aşdı həddindən, haray sal ki, vətən yandı" – sətirlərini oxuyan kimi, Fəhimi də, digərləri də qəzəblərini süni təbəssümlə əvəz edərək, məni alqışladılar. Yanımda oturan adam pivə içməyi təklif etdi. Mən dedim ki, bura kişi məclisidir, qadın məclisi deyil, gəl araq içək. Qonşum dedi: "Mən arağı nadir hallarda dilimə vurmuşam. Deyirsən, içək, içək də". Mən tez qədəhləri doldurdum. Çox keçməmiş qonşum müvazinətini itirməyə başladı. Danışanda dili topuq çaldı. Mənə dedi ki, şəhər bələdiyyəsində işləyir. Yanımdakının vəziyyətini başa düşən qubernator farsca ona bir neçə acı söz dedi. Tezliklə qonşumu xəstə adı ilə məclisdən çıxarıb apardılar.
Əziz Əliyev mənzilə qayıdanda dedi:
- Çox sağ ol. Vəzifəni yaxşı yerinə yetirdin. Yanındakı adam Təbriz vilayəti məxfi polis idarəsinin rəisi sərhəng (polkovnik) Seyf idi”.
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək