Tarix: 11-02-2016 17:16 | Bölmə: Mədəniyyət

Mingəçevir Dövlət Dram Teatrında tanınmış rus yazarı H.V.Qoqolun "Müfəttiş” əsəri nümayişə hazırlanır. Əsərə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli quruluş verir. Tamaşada teatrın sevilən aktyorları Akif Mirabov ( əməkdar artist), Ella Yaqubova (əməkdar artist), Şıxı Yaqubov (əməkdar artist), Aydın Quliyev, Elmira İbrahimova, Fəridə Məmmədova, Asim Əmirov, Firuz Hacıyev, Hüseyn Mustafayev, Qabil İbrahimli, Asim Məmmədov və Eyvaz Əliyev rol alıblar. Tamaşanın aprel ayının sonlarına təhvil veriləcəyi bildirilir.
Mingəçevir teatrı uşaqlar üçün də yeni tamaşa hazırlayır. Tamaşanın adı ”İncəbel və Div” adlanır. Tamaşada rol alan aktyorlar gənclərdir.
Məlumata görə, tamaşada "İnam” studiyasının tələbələri də rol alıblar. Tamaşada Fəridə Məmmədova, Nargilə Abdullayeva, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Amil Fərzəliyev, Hüseyn Mustafayev, Aytən Allahverdiyeva, Asim Əmirov, Elvin Əkbərli, Paşa Salmanov, Firuz Hacıyev, Asim Məmmədov və Aydın Əhmədov iştirak edirlər. Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Ağaxan Salmanlı, rejissor asistenti Xəyalə Qəmbərova, quruluşçu rəssamı Ləman Salmanlı, musiqi tərtibatıçısı Elnur Rəsulovdur. Tamaşa mart ayının əvvələrində balacaların ixtiyarına veriləcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək