Tarix: 05-01-2017 13:42 | Bölmə: Mədəniyyət
Hər zaman ən böyük istək və amalı dogma Vətənimizin mədəniyyət və incəsənətini dünyanın hər yerində daha geniş təbliğ etmək olan, ötən ilin oktyabr ayının ortalarından
başlayaraq Kanadada, daha sonra ABŞ-ın bir neçə şəhərində böyük konsert proqramı ilə musiqisevərlər qarşısında çıxış edən görkəmli sənətkarımız Yaqub Zurufçununn Latın
Amerikası ölkələrinə iki aydan artıq davam edən qastrol səfəri böyük uğurla başa çatıb.
Yalnız Güney və Quzey Azərbaycanından olan soydaşlarımızın deyil, həm dəKanadanın Toronto, Amerikanın iri şəhərlərindən olan Los-Anceles, San-Fransisko, San-Dieqo vədigər şəhərlərində Azərbaycan mahnı və musiqisinə böyük maraq göstərən yerli tamaşaçılar qarşısında bəstəkarlarımızın populyar əsərlərini və xalq mahnılarını özünəməxsus yüksək ustalıqla ifa edən müğənninin konsertləri xalqımızın musiqisinə olan tamaşaçı, dinləyici məhəbbətini daha da artırmaqla hər yerdə alqışlarla, sevgi ilə qarşılanıb.
Özünün konsert proqramını adəti üzrəhər dəfə "Azərbaycan” mahnısı ilə başlayan müğənni dünya şöhrətli dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Sənsiz”, "Sevgili canan” romanslarını, onun şah əsərlərindən olan "Koroğlu” və "Arşın mal alan” operalarından ariyaları, həmçinin Asəf Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun əsərlərini və populyar xalq mahnıları ifa etmiş, ondan ayrılmaq istəməyən pərəstişkarlarından yekunda ayaq üstə alqışlarla, həm də vətən həsrəti-acısı ilə, göz yaşları ilə qarşılanan məşhur "Ayrılıq” mahnısı ilə ayrılıb.
Hər bir konserti onu sevən dinləyicilərlə xoş bir görüş fürsəti hesab edən Y.Zurufçu pərəstişkarlarına müsəlman Şərqinin ilk, dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə özünün hazırladığı mahnı albomunu bağışlayıb, avtoqraflar verib.
60 illik yubileyi iləbağlı dinləyicilərinə sənətkar hesabatı sayıla biləcək konsertlərdə müğənnini istedadlı gənc pianoçu Təhminə Sadıqova müşayiət edib.
Yaqub Zurufçu qastrol səfəri çərçivəsində Azərbaycanın ABŞ və Kanadada və yaşayan tanınmış, məşhur sənət adamları, çoxsaylı həmvətənlərimizlə də görüşmüş, Torontoda ilk dəfə fəaliyyətə başlayan Azərbaycan telekanalının – AzstarTV-nin təntənəli açılışında iştirak etmiş, soydaşlarımızın böyük sevincinəsəbəb olan, ölkəmizin tarixinin, bugünkü sürətli sosial-iqtisadi inkişafının təbliğini, Dağlıq Qarabağla bağlı problemlərin Kanada vətəndaşlarına düzgün, obyektiv olaraq çatdırılmasını qarşıya məqsəd qoymuş yeni telekanala müsahibə verib.
Rəhman ORXAN


Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək