15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Elməddin Dadaşov: “Azərbaycanda peşəkar kloun sənəti yoxdur” - Müsahibə
Tarix: 06-07-2020 15:34 | Bölmə: Mədəniyyət

Dünyanı bürüyən koronavirus pandemiyası bütün sahələrə, o cümlədən də mədəniyyətə ciddi ziyan vurmaqdadır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da teatrlar, konsert zallar fəaliyyətini müvəqqəti dayandırıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın istedadlı rejissoru və aktyoru Elməddin Dadaşovla müsahibə məhz belə çətin bir zamana təsadüf etdi.
Tanış olaq:
Elməddin Həmzə oğlu Dadaşov 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-08-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Rejissor sənəti» fakültəsində «Dram rejissoru» ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən 2005-ci ildən Dövlət Akademik Musiqili Teatrında çalışıb, əvvəlcə «Səhnə maşinisti», sonra isə rejissor assistenti olub. Bəzi tamaşalarda aktyor kimi də müxtəlif rollar oynayıb. Afaq Bəşirqızı, İlham Namiq Kamal, Ofelya Aslan, Elçin Həmidov, Xanım Qafarova, Fatma Mahmudova kimi sənətkarlarla tərəf-müqabil olub.
- Ölkədə karantin rejimi tətbiq edildiyindən teatrların fəaliyyətində məcburi fasilə yaranıb. Birinci dəfədir ki, belə bir vəziyyətlə rastlaşırsınız, yəqin ki, uyğunlaşa bilmirsiniz…
- Tam səmimi deyim ki, böyük faciədi. Düz 16 ildir Azərbaycan Dövlət Akademik Musiqili Teatrda çalışıram və bu illər ərzində ilk dəfədir bu qədər evdə oturmuşam. Teatrda çalışan insanlar bilirlər ki, hər bazar ertəsi teatrlarda iş günü deyil, onda belə bəzən evdə oturmurduq, teatra gedib yarımçıq qalan işləri görürdüm. Teatrda çalışan hər bir insan kimi mənə də səhnədən ayrı qalmaq çətindir.
Doğru deyirsiniz, birinci dəfədir ki, belə bir halla rastlaşıram. Amma mən həm də bu ölkənin vətəndaşıyam, dövlətin həyata keçirdiyi sərt tədbirlərə, qadağalara əməl etməliyəm. Hər kəs bilməlidir ki, bu addımlar insanları koronavirus bəlasından qorumaq, pandemiyanın fəsadlarını aradan qaldırmaq üçündür. Hər birimiz rəsmi qurumların tələblərinə ciddi əməl etsək, həm özümüzü, həm də yaxınlarımızı xilas edərik. Həyatımızın əvvəlki ritmə, axara qayıtmasını istəyən hər vətəndaş bu gün məsuliyyətli olmalıdır. İnanıram ki, birlikdə bu bəladan xilas ola biləcəyik.
Şəxsən mən karantin dövründən səmərli istifadə etməyə çalışıram. Yarımçıq qalan işlərimi tamamlayıram. Unudulmaz müəllimim, görkəmli rejissor və pedaqoq Vaqif İbrahimoğlu həmişə bizi öyrənməyə, ciddi araşdırmalar aparmağa sövq edirdi. Mən də teatr sahəsi ilə bağlı bir neçə mövzu ətrafında araşdırmalar aparıram, kitab üzərində işləyirəm. Məcburi fasilədən istifadə edib ailəm, iki övladımla daha çox vaxt keçirirəm.
- Teatrının daimi tamaşaçıları Elməddin Dadaşovu bəzən aktyor kimi səhnədə görür, bəzən rejissor kimi quruluş verdiyiniz səhnə əsərlərinə baxır. Sizin üçün bunlardan hansı daha doğmadır?
- Bizim sənətdə gözəl bir deyim var - güclü rejissor həm də güclü aktyor olmalıdır. Aktyor hissləri, duyğuları hiss etməli, bu duyğuları yaşamağı bacarmalıdır. Şəxsən mənim üçün incəsənətin, xüsusi ilə teatrın bütün sahələri doğmadır. Aktyorluğu bir başqa cür, rejissorluğu da tamam başqa cür sevirəm. Hər bir rejissordan nələrsə öyrənməyə çalışıram. Öyrəndiklərim aktyor kimi rol oynayanda və yaxud rejissor kimi tamaşa hazırlayanda köməyimə gəlir. Cənnət Səlimova, Bəhram Osmanov, Mehriban Ələkbərzadə, İradə Gözəlova kimi rejissorların səhnə əsərlərində rol oynamışam və yaxud onların rejissor asistenti olmuşam. Bayaq dediyim kimi, istəmişəm ki, onlardan öyrənim, nələrisə götürüm. Fərq etmir tamaşaçı səni aktyor olaraq səhnədə görür, yoxsa quruluş verdiyin tamaşaya baxır, əsas məsələ sənin gördüyün işin uğurlu, dolğun olmasıdır, məsuliyyətli və yaradıcı yanaşmandır.
- Söhbət zamanı böyük sənətkar Vaqif İbrahimoğlunun adını çəkdiniz. Belə bir pedaqoqun tələbəsi olduğunuz o illəri necə xatırlayırsınız?
- Özümü xoşbəxt insan sayıram ki, Vaqif İbrahimoğludan dərs almaq, ünsiyyət qurmaq, onun qarşısında dəfələrlə imtahan vermək imkanı qazanmışam. Vaqif müəllim dünya mədəniyyətini, incəsənətini gözəl bilirdi və bildiklərini tələbələrinə öyrətməyi xoşlayırdı. Hər pedaqoq bunu bacarmır. Məhz buna görə də tələbələri bu gözəl insanı daim ehtiramla yad edir. Vaqif İbrahimoğlunun yoxluğu incəsənətimiz üçün böyük itkidir.
Sevinirəm ki, ustadımın bir zamanlar çalışdığı sənət ocağındayam, bu kollektivin bir üzvüyəm. Bu gün doğma teatrımda nə uğur qazanmışamsa minnətdar olduğum bir neçə şəxs var, onlardan birincisi məhz Vaqif İbrahimoğludur. O, tələbələri ilə saatlarla, bəzən səhərdən axşama qədər yorulmadan məşq edirdi. Çox gözəl, bir daha ələ düşməyəcək günlər idi…
Fürsət düşmüşkən digər müəllimlərimi də xatırlamat istərdim. Görkəmli sənətşünaslar Fazil Rəhmanzadə, Məryəm Əlizadə, İlham Rəhimli, rejissorlar Cənnət Səlimova, Bəhram Osmanov. Mən Bəhram müəllimlə iki tamaşada işləmişəm və onun aktyorlarla işindən böyük zövq almışam, çox şeylər öyrənmişəm.
Xalq aristi Pərviz Məmmədrzayev mənə dərs deməsə də onun dərslərində oturub özüm üçün qeydlər aparmışam. Bayaq adını çəkdiyim pedaqoqları özümün mənəvi müəllimləri hesab edirəm.
- Sizinlə əvvəlki söhbətlərimizi xatırlayıram, kloun olmaq ən böyük arzularınızdan biri idi. Niyə məhz kloun?
- Uşaqlıqdan bu arzuda olmuşam, çünki sirk tamaşalarını sevirdim. Böyüdükcə də bu sahəyə marağım azalmırdı, SSRİ xalq artistləri Yuri Nikulinin, Mixail Nikolayeviç Rumyantsevin - məşhur kloun Karandaşın yaradıcılığını izləyirdim, onlar haqqında kitablar oxuyur, sənədli filmlərə baxırdım. Bu gün də Bakı Dövlət Sirkinin yeni proqramlarına gedib tamaşa edirəm, uşalarımı da aparıram. Bəziləri kloun sənətinə qeyri-ciddi bir iş kimi baxır, amma belələri başa düşmür ki, hər adam kloun ola bilməz, bu sənət böyük istedad tələb edir.
İllər ötsə də kloun olmaq arzumu hələ də qəlbimdə saxlayıram. Müəyyən dövrdən sonra yəqin ki, istəyimi reallaşdıra biləcəm, özümə qeyri-adi 3 libasdan ibarət geyim hazırlayıb “Kloun Karandaş” adlı ilə fəaliyyətə başladım. Amma təəssüf ki, Moskvadan fərqli olaraq Azərbaycanda peşəkar kloun sənəti yoxdur. Hər kəs bu sənəti qeyri-peşəkarlığa yönəldir və kloun sənətinin belə bir vəziyyətə düşməsi üçün təəssüf edirəm.
- İki oğulunuzdan biri “Mən aktyor olacam” desə razı olarsınızmı?
- Bu sualın bircə və çox qısa cavabı var - yox.
- Artıq növbəti teatr mövsümünün sonuna gəlib çatırıq. Bu ilki mövsüm sizin yaddaşınızda necə qaldı?
- Doğrudur artıq 147-ci teatr mövsümünü başa vurmağa saylı günlər qalıb, təəssüflər olsun ki, pandemiya üzündən mövsümü ürəyimiz istədiyi, planlaşdırdığımız kimi yekunlaşdıra bilmədik. Mövsümün əvvəlində teatrımızda maraqlı premyeralar oldu, bir neçə yeni səhnə əsərlərinin məşqlərinə başladıq. Teatrımızın rəhbəri Əliqismət Lalayevin rəhbərliyi altında bir-birindən uğurlu lahiyələrə start verdik. Məlum səbəblər üzündə işimizə fasilə verməli olduq. İnanıram ki, yeni mövsüm hər birimiz üçün düşərli olacaq. Həmin xoş günlərə tez və sağlam çatmaq üçün özümüzü, yaxınlarımızı qoruyaq.
Söhbətləşdi:
Turan ETİBAROĞLU
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək