Tarix: 14-12-2016 14:44 | Bölmə: Mədəniyyət
Azərbaycan Dövlət Musiqili Teatrının konsertmeysteri Nərminə Əbdürəhmanovanın bu günlərdə 60 yaşı tamam olur.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, bu münasibətlə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nərminə Əbdürəhmanovanı təbrik edib, milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış pianoçunu mükafatlandırıb.
Əbdürəhmanova Nərminə Məşədi Ağa qızı 24 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1976-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinin Fortopiano fakültəsini, 1981-ci ildə Bakı Musiqi Akademiyasını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri S.Hacıbəyov adına Musiqi məktəbində müəllimə kimi başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrının o vaxtki Azərbaycan Dövlət Musiqi(li Komediya Teatrının) vokal sinfi üzrə konsertmeyster vəzifəsinə təyin olunub. Teatrda işlədiyi müddət ərzində bir çox tamaşalara konsertmeysterlik edib. O cümlədən, "Qısqanc ürəklər” (Ramiz Mirişli, Marat Haqverdiyev), "Qızıl toy” (Oktay Kazımov, Ramiz Heydər), "Subaylarınızdan görəsiniz”, "Hərənin öz ulduzu”, (Süleyman Ələsgərov, İsi Məlikzadə), "Nəğməli Könül” (Emin Sabitoğlu, Xalidə Hasilova), "Səhnədə məhəbbət” (Sərdar Fərəcov, Əli Əmirli), "Talelər qovuşanda” (Rauf Hacıyev, Faiq Zöhrabov, Elxan Ocaqov), "Bir günlük siğə”, (Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin), "www.ferzeli-kef.com” (Emin Sabitoğlu, Cahangir Məmmədov) və başqa tamaşaların hazırlanmasında Nərminə xanımın böyük əməyi olub. Kollektiv tərəfindən də çox sevilən pianoçuya Mədəniyyət və turizm nazirinin bu diqqəti hər kəsə sevinc bəxş edib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək