Tarix: 17-11-2016 14:00 | Bölmə: Mədəniyyət
İran İslam Respublikasının Bəndərabbas Teatrının yaradıcısı və rəhbəri, İranda maraqlı tamaşaların müəllifi kimi tanınan rejissor Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrında olub.
Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, E.Poştkohini İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi müşaiyət edib. Qonaqları teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qəbul edib.
Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrının inzibati binası, tamaşa zalı, butafor, geyim, dekorasiya sexləri ilə tanış olduğunu, hazırda teatrda məşqləri gedən tamaşaların və ayrı-ayrı kollektivlərin - xor, balet, orkestrin məşq prosesində iştirak etdiyini, onda çox gözəl, xoş təəssüratların yarandığını söyləyib. "Sizin teatrın binası, burada yaradılmış şərait adama nağıllar aləmini xatırladır. Tam səmimi deyirəm, teatrınızda yaradıcılıqla məşğul olmaq üçün lazım olduğundan da artıq imkanlar var”, - deyə E. Poştkohi bildirib.
Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi yüksək səviyyəli qəbula görə teatr rəhbərliyinə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib. "Bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin çox böyük əhəmiyyəti var”, - deyə S. İ. İbrahimi qeyd edib.
Sonra qonaqlar "Min bir gecə” nağıllarının motivləri və dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri əsasında hazırlanan "999-cu gecə” böyüklər üçün nağıl-tamaşanı izləyiblər.



Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək