Tarix: 04-02-2016 15:17 | Bölmə: Mədəniyyət

"Gəncliyin səsi” festivalı çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Xoreoqrafiya Akademiyası (BXA) tələbələrinin konserti keçirilib. Tədbir 2 fevral - Gənclər Gününə həsr olunub.
Konsertdən əvvəl BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova bu ali təhsil müəssisənin yaradılmasından və fəaliyyətindən danışıb, festival barədə məlumat verib. Bildirilib ki, bugünkü tədbir üç gün davam edən festivalın yekun konsertidir.
Əvvəlcə gənc rəqqaslar "Azərbaycan süitası” adlı kompozisiya ilə çıxış ediblər. Daha sonra tələbələr Azərbaycan və dünya xalqlarının rəqslərini, P.Çaykovskinin "Yatmış gözəl”, "Şelkunçik” baletlərindən variasiyalar, İ.Minkusun "Don Kixot” baletindən və digər əsərlərdən parçalar ifa ediblər.
Konsertin bədii rəhbəri xalq artisti Gülağası Mirzəyev, quruluşçu baletmeysteri xalq artisti Yusif Qasımovdur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək