Tarix: 01-02-2016 20:09 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında V.Siqarevin "Ağ ölüm” tamaşası göstəriləcək.
Teatrın mətbuat xidmətinin məlumatına görə,
tamaşa 2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin müəllim
və tələbə kollektivinə nümayiş etdiriləcək.
Azərbaycan Respublikası Prezidentinin "Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə
və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət
Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq V.Siqarevin "Şeytan
ailəsi” adlı əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Ayla
Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək
məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova,
aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova,
Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaq.
Qeyd edək ki, bu gün dünyanı narahat edən əsas
problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqdır. Bu
problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran,
sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına
ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək