15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Prezident Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib - Fotolar
Tarix: 11-02-2020 18:13 | Bölmə: Mədəniyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində milli muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədov ilə görüşüblər və və burada təşkil olunan bir neçə sərgi ilə tanış olublar.
Reyting.az Azərtac-a istinadla xəbər verir ki, Xalq artisti Əlibaba Məmmədovu salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli Əlibaba müəllim, sizi, ilk növbədə, 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Bir həftə bundan əvvəl mənim Sərəncamımla siz Azərbaycan dövlətinin yüksək ordeni olan “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün bu yüksək mükafatı sizə təqdim edəcəyəm.
Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda, həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır.
Muğam bizim milli sərvətimizdir. Siz bizim milli sərvətimizin qorunmasında xüsusi rol oynamısınız. Xüsusilə qeyd etməliyəm ki, müntəzəm olaraq keçirilən muğam müsabiqələri televiziya vasitəsilə milyonlarla insanı əhatə edir. Bu müsabiqələrə baxarkən bizim insanlarımız, hətta musiqidən uzaq olan insanlar muğamın əsl mahiyyətini, incəliklərini öyrənirlər. Gənc ifaçıların çıxışları, xüsusilə münsiflər heyətinin təhlilləri böyük maraq doğurur. Çünki muğamın əsl mahiyyəti, bütün incəlikləri münsiflər heyətinin açıqlamalarında özünü büruzə verir. Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız, bəzi hallarda görürəm, onları ruhlandırırsınız ki, ruhdan düşməsinlər. Eyni zamanda, onların səhvlərini qeyd edirsiniz və yol göstərirsiniz. Hesab edirəm ki, əsl sənətkarın xalq qarşısında xidmətləri bundan ibarətdir. Siz o insanlardansınız ki, təkcə öz sənətinizə qapılmamısınız, onu bölüşmək istəyirsiniz. İstəyirsiniz ki, muğam yaşasın, gənclər bu sənətə yiyələnsinlər.
Onu da bildirməliyəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə televiziya müsabiqələri artıq uzun illərdir keçirilir. Hesab edirəm ki, bunun nəinki musiqi mədəniyyətimizin, bütövlükdə mənəvi dəyərlərimizin təbliğində xüsusi əhəmiyyəti var. Mən çox şadam ki, bizim gənclərimizin böyük əksəriyyəti milli musiqiyə bağlıdır. Bu, hər bir ölkədə belə deyil. Elə ölkələr var ki, orada milli musiqi kənarda qalır, indi dəbdə olan hansısa beynəlxalq musiqi nümunələri üstünlük təşkil edir. Ancaq hesab edirəm, bizim üstünlüyümüz və xoşbəxtliyimiz ondan ibarətdir ki, gənclərimiz də milli musiqiyə bağlıdırlar. Muğamı yaşatmaq bizim üçün müqəddəs vəzifədir. Eyni zamanda, ölkəmizdə bir neçə dəfə keçirilmiş beynəlxalq muğam festivalları da xüsusi rol oynayır. Bu festivallara bir çox ölkələrdən ifaçılar gəlir. Məhz bu festivalı Azərbaycanda keçirməklə bir daha sübut edirik ki, muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır və biz bunu bütün dünyaya çatdırırıq. Bu, onu göstərir ki, xalqımız nə qədər istedadlıdır, bizim milli sənətimiz sərhədlərimizin hüdudlarından kənarda çox sevilir və bir çox ölkələrdə bu sənət yaşayır.
Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, Azərbaycan xalqı da həmçinin. Siz 20 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmusunuz. On il bundan əvvəl mənim Sərəncamımla “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Bir həftə bundan əvvəl - fevralın 4-də “Şərəf” ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.
X X X
Prezident İlham Əliyev “Şərəf” ordenini Əlibaba Məmmədova təqdim etdi.
X X X
Prezident İlham Əliyev: Təbrik edirəm.
Əlibaba Məmmədov: Çox sağ olun, əziz və çox hörmətli cənab Prezidentimiz.
Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Haqqımda dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir. İnanın, mən danışan adamam, amma Sizin qarşınızda danışa bilmirəm. Bu gün mənim sənətimin bütün tərəflərindən söz açdınız. Elə danışdınız ki, sanki məni böyük bir musiqiçi təriflədi, var olun. Çox sağ olun ki, bizim xalq musiqimizə, xalqımızın sənətkarlarına belə böyük hörmət edirsiniz. Var olun, var olsun Mehriban xanım. Vallah, Mehriban xanımın bizə gəlməyini mən indi də yuxu kimi bilirəm. Hamı deyir, bu, doğrudan da çox böyük əks-səda doğurub. Hara gedirəmsə, hamı o görüşdən danışır. Allah saxlasın.
Mənim arzum budur ki, Allah-Təala Sizi xalqımıza, bizə çox görməsin. Allah Sizi qorusun ki, bizim xalqımız daha xoşbəxt olsun. Ölkəmiz gündən-günə inkişaf edir, gözəlləşir. Vallah, xariqələr yaradırsınız. Mən bakılıyam, Bakıda böyümüşəm, amma bugünkü Bakını tanıya bilmirəm. Vallah, mən qəlbən danışan adamam. Mən heç vaxt nə yalan danışmıram, nə də bir adama pislik etmirəm. Bu, mənim idealımdır. Odur ki, mən bundan böyük hörmət görməmişəm, görə də bilmərəm. Bir daha hər ikinizə “Sağ olun!” deyirəm, Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun, Əlibaba müəllim.
Əlibaba Məmmədov: Sağ olun, Mehriban xanım.
Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Bütün Azərbaycan xalqı sizi çox istəyir.
Prezident İlham Əliyev: Bizim üçün çox əziz gündür ki, bu yüksək mükafatı Sizə təqdim edirik. Həmişə belə enerjili olasınız, yaratmaq üçün yaşayasınız.
Əlibaba Məmmədov: Sizin sayənizdədir, doğrudan belədir. Mən görməmişəm ki, xanəndəyə bu boyda hörmət olsun. Çox böyük hörmətdir.
Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Sizə verilən bu yüksək mükafat dövlət tərəfindən bu sənətə göstərilən diqqətdir. Çünki xalq kimi, millət kimi bizi əsrlərboyu qoruyan bizim sənətimiz olub. Çünki biz tariximizi yaxşı bilirik. Uzun illər - onilliklər, yüzilliklər ərzində müstəqillikdən məhrum olmuşuq, ancaq nə dilimizi, nə dinimizi, nə musiqimizi, nə də mənəviyyatımızı itirmişik. Bizi yaşadan bax, bunlardır - sənət, musiqi, ədəbiyyat, dil, milli dəyərlər. Muğam bütün bu amilləri özündə təcəssüm etdirir. Ona görə muğamı yaşatmaq bizim müqəddəs borcumuzdur. Biz də görürük, indi dünya musiqisində müxtəlif meyillər var, istər-istəməz bizim sərhədimizdən də keçir. Çünki bu, elə bir məsələdir ki, orada sədd qoya bilməzsən. Əgər gənclər öz milli dəyərlərindən, öz musiqisindən uzaqlaşsa, gələcəkdə onlar necə vətənpərvər ola bilərlər?! Gələcəkdə müstəqil Azərbaycanın maraqlarını necə qoruya bilərlər?! Gənclərdə milli ruh olmalıdır, milli ruhun mənbəyi də, o cümlədən bizim musiqimizdir. Xüsusilə muğam kimi ümumbəşəri sənətin beşiyi Azərbaycandır.
Əlibaba Məmmədov: Düzdür, doğrudan Azərbaycandır, bunu ucadan deyə bilirik. Mən bir münsif, bir muğam ifaçısı kimi həmişə bu sözü ucadan demişəm ki, muğam bizimdir. İnanmırsınız, gəlin baxın. Sağ olsun Mehriban xanım, dedi ki, muğam bizimdir. Bizim üçün mərkəz tikdirdi, muğama, müsabiqələrə yol açdı. O müsabiqələr bizi dünyaya tanıtdırdı. Bu müsabiqələrin şəxsən mənim özümə çox köməyi oldu. Doğrudan belə oldu. Ona görə də Siz var olun ki, bizim musiqimizi qoruyub saxlayırsınız. Ulu Öndərimiz həmişə deyərdi ki, muğam bizim milli sərvətimizdir. Bizim cənab Prezidentimiz də deyir ki, muğam bizim milli sərvətimizdir. Xanım da deyir ki, muğam bizim milli sərvətimizdir. Mən bir ağsaqqal kimi bir az muğamdan danışmaq istəyirəm. Muğam elə bir sənətdir ki, heç kim deyə bilmir bunu mən yaratmışam. Bunun yaradıcısı yoxdur. Əgər yaradıcısı olsaydı, bizim böyük sənətkarımız Üzeyir bəy bir sıra muğam yaradardı. Olmur, mümkün deyil. Bu, Allahdan gəlmədir, bu, ilahi musiqidir. “Qurani-Kərim” kimi, o da ilahi musiqidir. Ona görə bəzən özüm də təəccüblənirəm, görürsən uşaq elə bir hissə, elə bir guşə oxuyur ki, mən onu bilmirəm. Bu, onun özündən deyil, Allah tərəfindən gəlir. Odur ki, Sizin sayənizdə ucadan deyirik ki, muğam Azərbaycanındır, Azərbaycandan başqa heç yerdə belə bir muğam yoxdur.
Prezident İlham Əliyev: Düzdür.
Mehriban Əliyeva: Düz deyirsiniz.
Prezident İlham Əliyev: Sağ olun, Əlibaba müəllim.
X X X
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Tarixin şah əsərləri” adlı sərgi ilə tanış oldular. Sərginin eksponatları Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarətdir. Qeyd edək ki, Gürcüstan Milli Muzeyində Azərbaycana, o cümlədən İrəvan xanlığına aid minlərlə tarixi, mədəni artefakt var. İrəvan Azərbaycanın qədim torpağıdır və tarixi faktlar da azərbaycanlıların bu torpaqda daim yaşayıb-yaratdıqlarını göstərir. Prezident İlham Əliyev müxtəlif kürsülərdən dəfələrlə İrəvan xanlığı barədə tarixi həqiqətlərə əsaslanan faktlar söyləyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bu, tarixdir, tarixi həqiqətdir. Bu sərgidəki eksponatlar da bunu bir daha aydın şəkildə nümayiş etdirir. İrəvan xanlığı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda, gənc nəslin tariximizi daha yaxşı bilməsi üçün bu sərginin eksponatları olduqca mühüm məna kəsb edir.
Sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası, rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur. Yermakov İrəvan qalasının nadir tikililəri - Sərdar sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb. Burada Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub. Sərdar sarayının arxeoloji qalıqları arasında İrəvan xanlığı və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan xalqına məxsus çox sayda gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim edilir.
Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, milli təsviri incəsənətimizin inkişafına böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş “Live Life” sərgisi ilə tanışlıq oldu.
Dövlətimizin başçısına və birinci xanıma sərginin məqsədi barədə məlumat verildi. Bildirildi ki, sərgi diqqəti ətraf mühit problemlərinə yönəldir. Bundan başqa, sərginin ideyaları arasında təbiətin qorunması və incəsənətin bu sahədə oynaya biləcəyi rolu da var. İndiyədək “Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə təşkil olunub və çox böyük maraqla qarşılanıb. Ekspozisiyada nümayiş olunan 200-dən çox əsər orijinallığı və üslubu ilə seçilir.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi ilə tanış oldular.
Nadir layihə olan bu sərgidə müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş etdirilir. Birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılan ekspozisiyada sərgilənən musiqi alətləri həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq imkanı var.
Növbəti tanışlıq məşhur fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi ilə oldu. Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim edilir. Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan və “qızıl fond”una daxil edilmiş işləri ilə yanaşı, Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunur. Sərgidə, həmçinin fotoqrafın ailəsinə aid arxivdən eksponatlar, müxtəlif sənədlər, yaratdığı tematik albomlar və digər maraqlı eksponatlar var.

Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək