Tarix: 15-09-2016 13:22 | Bölmə: Mədəniyyət

15-24 sentyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizin müxtəlif teatrları ilə yanaşı, Rusiyanın Moskva "Trikster” Teatrı, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əhli Dubay Bələdiyyə Teatrı, Gürcüstanın C.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı və N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı, İran İslam Respublikasının "Negab” Teatrı və başqa ölkələrin teatrları maraqlı tamaşalarla iştirak edəcəklər.
Festival çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Bələdiyyəsi Şəhər Teatrının tamaşası Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İstanbul Bələdiyyəsi Şəhər Teatrı 22-23 sentyabr tarixlərində Azərbaycanın Xalq yazıçısı Elçinin "Şekspir” əsərini təqdim edəcək. Tamaşanın quruluşçu-rejissoru Türkiyədə yaşayan həmyerlimiz, Əməkdar incəsənət xadimi Məlahət Abbasova, quruluşçu-rəssamı Ayhan Doğandır.
Qeyd edək ki, böyük tamşaçı auditoriyasının sevgi və rəğbətini qazanan, qardaş ölkənin teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən "Şekspir” tamaşası "Yeni Teatro Dərgisi və Başarı ödülü” mükafatına layiq görülüb. Bundan öncə isə səhnə əsərində rol alan 5 aktyor "İlin ən yaxşı aktyoru” seçilib.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək