Tarix: 15-08-2016 15:38 | Bölmə: Mədəniyyət

Heydər Əliyev Fondu böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyor Rəhim Rəhimovun əməliyyat və müalicə xərclərini öz üzərinə götürüb.
Reyting.az xəbər verir ki, bu barədə Report-a Rəhim Rəhimov məlumat verib. Aktyor qeyd edib ki, əməliyyat xərclərinə kömək göstərilməsi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva məktubla müraciət edib:
"Məktubuma müsbət cavab verilib. Əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Məktubuma diqqətlə yanaşdığına və göstərdiyi köməkliyə görə Mehriban xanıma təşəkkür edirəm. Əməliyyatın sentyabrda olması nəzərdə tutulub. İndi növbəmi gözləyirəm".
R.Rəhimov bildirib ki, hazırda müalicəsi davam edir:
"Həkimlərin məsləhəti ilə gəzintiyə çıxıram. Hətta həkimlər işə çıxmağıma icazə verib və sentyabrda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qayıdacam".
Aktyor bildirib ki, həkim ona bəzi məhdudiyyətlər də qoyub: "Mənə çevik hərəkətlər etmək, tərləmək, ağır iş görmək qətiyyən olmaz. Səhnədə çevik hərəkətlər etmək və tərləmək həmişə olur. Amma çalışacam ki, yüngül hərəkətlər tələb edən tamaşalarımda oynayım".
Qeyd edək ki, xəstə olduğu müddətdə ona bütün teatr kollektivlərinin baş çəkdiyini deyən R.Rəhimov onu unutmayanlara təşəkkürünü bildirib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək