Tarix: 10-06-2016 14:53 | Bölmə: Mədəniyyət

"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "İpək Yolu ölkələri mədəni irsi – Mili Bayramlar” adlı filmin çəkilişini həyata keçirir.
Filmdə bir neçə irqə, dinə, millətə xas olan adət-ənənələr əks olunaraq, dünyanın üç qitəsinin mədəniyyətini bir yerə toplayacaq.
Film, ipək yolu marşrutu üzərində yerləşən bütün regionu əhatə edir. Belə ki, bura Avropa, Asiya və Afrika qitələri (Albaniya, Çin, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, Hindistan, Iraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Malta, Moldova, Mərakeş, Pakistan, İtaliya, Rumıniya, Rusiya, Cənubi Koreya, Türkiyə, Ukrayna, Azərbaycan) daxildir. Hədəf qrupu kimi layihədən birbaşa faydalananlar xüsusən gənclər olacaq.
Filmin iyirmi beş ölkəni əhatə etdiyini nəzərə alsaq, burada bir milyonadək gəncin filmin nümayişində iştirakı və maariflənməsi gözlənilir.
Layihənin başlıca məqsədi həm Azərbaycan mədəniyyətinin, adət-ənənələrimizin göstəricisi olan milli bayramlarımızı dünya ictimaiyyətinə təbliğ etmək, həm də İpək Yolu üzərində yerləşən digər xalqların mədəniyyətlərini əks etdirən, ən qədim milli bayramların yer aldığı bir sənədli filmin çəkilişi, həmin xalqların mədəni irsinin təbliği, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolu oynayaraq, bu şəkildə dünyaya yenidən bir tolerantlıq örnəyi olmaq və Azərbaycan dövlətinin bugünkü mövqeyinin bir daha gücləndirilməsidir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək