Tarix: 28-12-2025 22:01 | Bölmə: Mədəniyyət

Milyonlarla izləyicisi olan “Çox qəribə hadisələr” (“Stranger Things”) serialı ABŞ iqtisadiyyatına 1,5 milyard dollar gəlir gətirib. “Netflix” platformasında yayımlanan ekran əsəri həmçinin 8 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olub.
Reyting.az xəbər verir ki, serialın çəkilişlərindən ən çox gəlir əldə edən ştatlar sırasında Corciya (650 milyon dollar) və Kaliforniya (500 milyon dollar) ilk yerlərdə qərarlaşıb.
Bundan əlavə, “Çox qəribə hadisələr” serialı “Dungeons & Dragons” oyununa marağı 2016-cı ildən bu günədək 673 faiz artırıb. Serial həmçinin Keyt Buşun “Running Up That Hill” adlı mahnısının təxminən 38 ildən sonra yenidən “Top 10” siyahısına düşməsinə səbəb olub.
Baxış sayı 1,2 milyardı ötən və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanan serialın 5-ci mövsümünün finalı 31 dekabrda yayımlanacaq.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək