Tarix: 19-12-2025 09:05 | Bölmə: Mədəniyyət

Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "And və Qafqaz dağları arasında təxəyyül dünyası" (The Imaginary World between the Andes and the Caucasus) adlı sərgisinin açılışı olub.
Reyting.az xəbər verir ki, sərgidəki əsərlərin əsas qəhrəmanları And yaylasının rəmzinə çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlar insani duyğularla təsvir edilir.
Açılış mərasimindən əvvəl perulu rəssam Sol Alexo jurnalistlərə bildirib ki, Peru dünyada alpakaların məskəni kimi tanınır. Onun əsərlərinin böyük bir hissəsini məhz alpakalar təşkil edir və rəssam bu obrazları yaradıcılığında müasir üslubda təsvir edir.
Rəssam bildirib ki, Bakının və Şamaxının tarixi abidələri, görməli məkanlarından ilhamlanaraq sərgi üçün yaradıcılıq nümunələri ərsəyə gətirib və alpakaları həmin ərazilərdə təsvir edib. O, həmin yerləri gəzərkən tamamilə fərqli duyğular yaşayıb və yeni ideyalar əldə edib.
Sol Alexo And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərdə alpakaları həm rəmzi, həm də emosional mənada təsvir edib. Onun sözlərinə görə, əsərlərdə bəzən tək, bəzən cüt təsvir olunan alpakalar ətraf mühitlə əlaqəni nümayiş etdirir.
Sənətkar əlavə edib ki, bu kolleksiya onun üçün xüsusi əhəmiyyət daşıyır və gələcəkdə Azərbaycanla bağlı yeni yaradıcılıq işləri ərsəyə gətirə bilər.
Sonra qonaqlar "And və Qafqaz dağları arasında təxəyyül dünyası" adlı sərgi ilə tanış olublar.
Ekspozisiyada Sol Alexonun müxtəlif əsərləri sərgilənir. Bunların sırasında rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı rəsmlər də var.
Bu günədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısı olan Sol Alexo gənc yaşlarından incəsənətə maraq göstərib. O, And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində sərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarında yaşayan alpakaların ümumiləşmiş obrazı ilə incəsənətin mədəniyyətlərarası körpü rolunda çıxış etdiyini vurğulayır. Onun əsərlərində alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi və emosional məna daşıyır.(Report)




Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək