Tarix: 18-12-2025 16:46 | Bölmə: Mədəniyyət

“Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq... Bəlkə də... Bilmirəm”.
Reyting.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Oxu.az-a müsahibəsində deyib.
Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmaması ilə bağlı ona ünvanlanan suala maraqlı cavab verib: “Səmimi deyim ki, əgər siz mənim cədvəlimə baxsanız, görərsiniz ki, hazırda “bomj” kimi bir həyat yaşayıram. Bir yerdə 2-3 həftədən çox qalmıram. Xaricdə də, Azərbaycanda da evim var, şükür Allaha, amma mənim üçün “sənin evin haradadır?” sualına cavab yoxdur.
Bilirsiniz, işimiz belədir ki, gəlirəm Bakıya, üç həftə burada, on gün başqa yerdə oluram, sonra yenə qayıdıram, yenə gedirəm-gəlirəm və bu proses belə davam edir. O ki qaldı Bakıda, ya Milanda yaşamağa, onsuz da mən hazırda təyyarədə yaşayıram.
Bəzən dostlarım mənə deyir ki, sən göydə daha çox vaxt keçirirsən, nəinki Yerdə. Vallah, düz deyirlər. Ona görə ev məsələsinə gələndə siz məndən soruşsanız ki, sənin evin haradadır, cavab verə bilmərəm”.
Qeyd edək ki, 48 yaşlı sənətçi 2015-ci ildə rusəsilli Avstriya opera müğənnisi Anna Netrebko ilə Vyanada nikah bağlayıb. Lakin onlar ötən il ayrıldıqlarını, buna baxmayaraq yenə də birlikdə çıxış edəcəklərini açıqlayıblar.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək