Tarix: 15-12-2025 11:25 | Bölmə: Mədəniyyət

Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq. Sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunacaq.
Reyting.az xəbər verir ki, Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir.
Sərgidə qədim xalça naxışları ilə vəhdətdə təsvir olunan Qarabağ atları, həmçinin qadın portretləri xüsusi yer tutur. Atın hərəkəti, gücü və poetik silueti ornamentlərin strukturlaşdırılmış ritmi ilə ahəngdarlıq təşkil edir. Digər əsərlərdə isə xalça motivləri qadının kimliyi, ruhu, keçmişlə əlaqəsi və müasir dünyada özünüifadə forması kimi təqdim olunur.
Ənənənin müasirliklə qovuşduğu “Naxış və siluet” sərgisi Qarabağın mədəniyyət xəzinəsinin qorunduğunu, eyni zamanda yenidən interpretasiya edilərək gələcəyə daşındığını göstərən sənət manifestidir.
Azərbaycan Milli Xalça Muzeyi xalqımızın zəngin xalça irsindən bəhrələnərək yeni əsərlər yaradan gənc rəssamlara daim dəstək göstərir. Bu baxımdan “Naxış və siluet” layihəsi milli irsin müasir təqdimatı istiqamətində növbəti əlamətdar hadisədir.
Sərgi 21 dekabr tarixinədək davam edəcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək