Tarix: 04-12-2025 18:21 | Bölmə: Mədəniyyət

“Atam razı olmazdı ki, onun hansısa əşyasını, ələxsusda qavalını satım. Bu söhbəti ötənil etmişdim. Sonra gördüm ki, çox söz-söhbət düşür, çox adam danışır, ona görə də dedim, satmıram. Amma bugün bəyan edirəm ki, atamın qavalını yenidən satışa çıxarmışam. Buna ehtiyacım var. Mən niyə kimlərəsə ağız açıb, pul istəməliyəm? O vaxt, hələ qavalı satmaq fikrimiz olmayanda bir iranlı bizdən onu 150 min dollara istəmişdi. Amma satmadım. 150 min dollar o vaxt üçün böyük pul idi. Heç vaxt ağlıma gəlməzdi ki, ehtiyacım olar və atamın qavalını sataram. Bu, atamdan mənə yadigar qalan bir əşyadır”.
Reyting.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib.
Sədaqət Hüseynova daha sonra əlavə edib:
“Heç bir satış saytına qoymamışam. Tanıyan bilir, görür və bizimlə də çox adamın münasibəti var. 150 min dolları verən olsa, sataram. Bəlkə razılaşsaq bir az aşağı qiymətə də olar. Hər şey danışıqdan asılıdır. O vaxt məndən soruşmuşdular ki, hansı xanəndəyə satmaq istərdin? Mən də demişdim ki, xalq artistləri Zabit Nəbizadə, Mələkxanım Əyyubova olsa, daha yaxşıdır. Onlar da demişdilər ki, bizim o qədər pulumuz yoxdur. Mən heç kimə hədiyyə vermək istəmirəm. Atamın bir qavalı olub. O qavallarını yığdırırdı, düzətdirirdi. Bir neçə adam maraqlanıb, amma hələ də qiymətlə razılaşmamışıq. O boyda pulu qavala hər insan verməz. Ona görə də yüksək qiymət qoymuşuq ki, əsl sənəti sevən insanlar alsın”, - deyə sənətkarın övladı bildirib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək