Tarix: 03-12-2025 09:36 | Bölmə: Mədəniyyət

Hollivud məşhuru "Terminator", "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms Kemeron generativ süni intellekti "dəhşətli" yenilik adlandırıb.
Reyting.az xəbər verir ki, rejissor CBS kanalına müsahibəsində "Avatar: alov və kül" filminin istehsalından söz açıb.
Kemeron moşn-kepçer texnologiyasını süni intellekt ilə eyniləşdirməyin yanlış olduğunu bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, moşn-kepçer canlı ifa edən aktyor oyununun rəqəmsal bir qəhrəmana köçürülməsidir, həmçinin aktyor-rejissor yaradıcılığının təntənəsidir. Generativ süni intellekt isə "mətni əsas götürüb sıfırdan obraz və ifa yaradan tam əks bir prosesdir və bu, çox qorxuludur".
Rejissor həmçinin "Avatar: alov və kül" adlı yeni ekran əsərinin nümayişinin dekabrın 19-da olacağını bildirib və onu franşizadakı ən mürəkkəb vizual effektli iş adlandırıb.
Xatırladaq ki, bundan əvvəl də Ceyms Kemeron kinoda süni intellektdən istifadənin əleyhinə olduğunu bildirmişdi.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək