Tarix: 01-12-2025 10:40 | Bölmə: Mədəniyyət

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.
Reyting.az Modern.az-a istinadən xəbər verir ki, bu posta Murtuza Bülbül təyin edilib.
O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti, deputat Polad Bülbüloğlunun oğludur.
2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Bethoven adına Uşaq Musiqi Məktəbində başlayıb.
2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovdur.
Simfonik Orkestrdə həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyəti göstərir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək